Gömrük Akademiyası Azərbaycanda pandemiya şəraitində məsafədən təhsil prosesi ilə bağlı tədqiqat layihəni təqdim etdi
Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.
Konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə həyata keçirilmiş, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.