ALİ VƏ ORTA MƏKTƏBLƏRDƏ DƏRSLƏR BU TARİXDƏ AÇILIR - Nazir açıqlama verdi, detalları açıqladı

emin emrullayev konfransjpg 1624810049

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.

araz.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.

"Orta məktəblərdə isə 5 günlük dərs qrafiki olacaq", - deyən nazir bildirib ki, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq. Ali təhsil müəssisələrində isə tələbələrin say ilə bağlı məhdudiyyət olacaq. Mühazirələrdə, təxminən, 50-60 tələbənin iştirakı mümkün olacaq".

Onun sözlərinə görə, ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik: "Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt edəcəyimizi planlaşdırmırıq".

Nazir deyib ki, distant və ya hibrid təhsil forması nazirliyin seçimi, istəyi deyil: "Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və indiki vəziyyətdə bu qaçılmazdır: "Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik".

Nazir əlavə edib ki, valideynlərdən heç bir COVID-19 pasportu tələb edilmir.

Onun sözlərinə görə, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: "Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır".

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər