Azərbaycanlı şagird ABŞ prezidentinin qızını heyrətləndirdi - VİDEO

Reyhan_Camalova.jpg

Hindistanın Heydərabad şəhərində Qlobal Sahibkarlıq Sammiti keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, sammitdə iştirak edən Bakı şəhərində fəaliyyət göstərən Gənclik İstək liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova "Reynerci" startapı ilə iştirakçıların diqqətini cəlb edə bilib. Onun hazırladığı layihə hamının marağına səbəb olub. ABŞ prezidentinin baş müşaviri və qızı İvanka Tramp da diqqəti azərbaycanlı şagirdə yönəldib.

İvanka Trump Reyhan Camalova haqqında danışaraq, onun təqdim etdiyi layihəni yüksək qiymətləndirib. Hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan İvanka Tramp çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır" sözlərini də əlavə edib.

Quba rayon sakini, hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji istehsal edən "Reynerci" qurğusunu düzəldib. Təbii ki, onun bu uğuru ən çox valideynlərini sevindirib. Bu ideyanın formalaşmasında Reyhana atası Rauf Camalov da kömək edib.

Reyhan Camalova hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir. Layihə ilk mərhələlərdən uğurla keçib və bu günlərdə yarımfinal və final mərhələsində təmsil olunacaq.

Əlaqəli xəbərlər