"Bəlkə elə buna görə Rafiq müəllim “akademik” adını istəmir" - Orijinal təbrik...

155433.jpg


 Bu gün görkəmli Azərbaycan alimi Rafiq Əliyevin 76 yaşı tamam olur.

Rafiq müəllim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Xarici ölkələrdə bizim alimləri Akademiyada verilən adlarla çağırmırlar. Ölkə daxilində bu adlar dəbdədir. Və bu adlar uğrunda gedən amansız mübarizənin şahidi olmuşuq. Bəlkə elə buna görə Rafiq müəllim “akademik” adını istəmir. O, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Ondan sonra onlarla seçkilər keçirilib, lakin Rafiq müəllim” akademik” olmayıb. Məncə bu daha yaxşı, biz elə indi də onu ürəkdən professor Rafiq Əliyev deyə çağırırıq. Ancaq oxucular üçün bir müqayisənin maraqlı olacağını düşünüb diqqətə çatdırmağı qərara aldım. Rafiq Əliyev AMEA-nın müxbir üzvüdür, Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə akademikdir.

Akademiyanın müxbir üzvü Rafiq Əliyev:
 
Çapdan çıxmış elmi əsərlərinin sayı-355
 
Xaricdə çıxmış elmi əsərlərinin sayı -310
 
Beynəlxalq bazalarda refaratlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı- 92
 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı -15
 
Kadr hazırlığı:
 
Fəlsəfə doktorlarının sayı -141
 
Elmlər doktorlarının sayı -32
 
Akademik Nazim Məmmədov
 
Çapdan çıxmış elmi əsərlərinin sayı -279 (159 məqalə, 120 tezis)
 
Xaricdə çıxmış elmi əsərlərinin sayı -220
 
Beynəlxalq bazalarda refaratlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı -yoxdur
 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 4
 
Kadr hazırlığı:
 
Fəlsəfə doktorlarının sayı -2
 
Elmlər doktorlarının sayı -1
 
Belə işləri Azərbaycan reallığı kimi qələmə verib, üstündən sükutla keçirik. Ancaq hər şeyi qoyaq qırağa. Təkcə hazırladığı kadrlara görə professor Rafiq Əliyevə sonsuz təşəkkürlər düşür. Belə ləyaqətli işlərə görə bu kişiyə ürəkdən PROFESSOR deyirik. Hər dəfə dedikcə əlbəttə kı, bu elmi adın klassik mənasını, tutumunu anlayırıq.
 
PROFESSOR Rafiq Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.
 
Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru
 
Redaksiyadan: AMEA-nın saytında Rafiq Əliyevin bu günki doğum günü ilə bağlı hər hansı bir qeydin və ya təbrikin olması ilə maraqlandıq. Gözlənildiyi kimi heç nə tapmadıq....
Moderator.az

Əlaqəli xəbərlər