“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində valideynlər üçün “dəyirmi masa”lar təşkil edildi

 _MG_8336.JPG“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.


Araz.az-a verilən xəbərə görə, layihənin məqsədi yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.
Sözügedən layihə 7 ay ərzində həyata keçiriləcək və oktyabr ayında layihə çərçivəsində yuxarı sinif şagirdlərinin valideynləri üçün “dəyirmi masa”lar təşkil edildi. Zəngilan rayonu 6 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdlərinin valideynləri ilə bərabər, “dəyirmi masa”ya Bakı və Xırdalan şəhərlərinin bir sıra digər orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin valideynləri qoşulmuşdu. “Dəyirmi masa”da buraxılış siniflərində tədris alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu “alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə olundu, ekspertlər öz tövsiyələrini verdi. Yekunda fəal iştirakçılar sertifikatlarla təltif edildilər.


Növbəti aylarda yuxarı sinif şagirdləri üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Təlimin əsas mövzuları düzgün peşə seçimində dinləyicilərin bilik və bacarıqlarını artırmaq istiqamətində olacaq. Təlimlərdə iştirak etmiş şagirdlərdən formalaşan qrup Bakıda yerləşən yerli təşkilatları, biznes qurumları, tədris mərkəzləri və s. səfərləri və həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Belə səfərlər nəticəsində təlimə cəlb edilmiş fəal dinləyicilərin praktiki bilikləri artacaq, təlimdə nəzəri olaraq əldə etdikləri biliklərin əyani görmək imkanı qazanacaqlar.
Həyata keçirilmiş fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil ediləcəkdir. Burada layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onları həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Layihə gələn ilin yanvarında yekunlaşacaq.

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsinin işçi qrupu