Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

1545986388170920749_1000x669.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə geniş bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan Həmrəylik Gününün tarixindən danışaraq, bu günün xalqımızın təşəkkülündə, inkişafında və formalaşmasında birləşmə, birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu deyib. Məhz ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini deyən Q.Novruzov növbəti dövrdə bu bayramın ümumxalq bayramına çevrildiyini qeyd edib. Akademiya rəisi bu əlamətdar hadisənin mahiyyətinin, tarixinin, eyni zamanda, dəyərinin gənclərimiz üçün çox vacib olduğunu deyib. Hazırda bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

2018-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan Q.Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə uğurlarından danışıb.

Yola saldığımız ilin akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu və bu il ilk məzunlarını yola salan akademiyanın ili uğurla başa vurduğunu bildirib. Akademiya rəisi ali təhsil müəssisəsini bitirən məzunların bir hissəsinin hazırda gömrük orqanlarında, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında çalışdıqlarını da vurğulayıb. Q.Novruzov növbəti illərdə akademiyanın daha çox uğurlara imza atacağına əminliyini ifadə edib. Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.

Sonra “Milli birlik və azərbaycançılıq ideyaları bu gün də uğurla davam etdirilir” mövzusunda akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışovun məruzəsi dinlənilib.

Tədbirdə tələbələrin ifasında şeirlərdən ibarət səhnəciklər və ədəbi-bədii kompozisiya təqdim olunub.

15459863885303240252_1000x669.jpg

Əlaqəli xəbərlər