ADU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

15470230773429151236_1000x669.jpg

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Araz.az xəbər verir ki, əvvəlcə universitetin rektoru, akademik Kamal Abdulla mediaturda iştirak edən təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə rektor qış imtahan sessiyasının təşkili ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, ehtiyac yarandığı halda əlavə vaxt ayrılmasının nəzərə alınması müəyyənləşdirilib.

İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması, həmçinin imtahanlarda baş verə biləcək mənfi halların qarşısını almaq üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

Rektor valideynlərin imtahan sessiyasını müşahidə etmələrinə şərait yaradıldığını da diqqətə çatdırıb.

ADU-da imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkilinə kömək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. Universitetin 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

/AZƏRTAC/

Əlaqəli xəbərlər