Gömrük Akademiyasında İSO standartları üzrə təlimlər davam edir

Copy of Copy of DP2A5782.JPG

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Beynəlxalq Standartlar Sisteminin tətbiqi, Akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması və Akademiyada təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının tələblərinin təmin olunması sahələrində fəaliyyətin İSO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün keçirilən təlimlərin bu gün növbəti mərhələsi başlayıb.

Akademiya və Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən dörd günlük təlimlər TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani tərəfindən aparılır.
Təlimlər zamanı dinləyicilərə keyfiyyətin idarəetmə sisteminin tətbiqi üzrə sənədləşdirmənin həyata keçirilməsi ilə bağlı praktiki biliklər verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bundan öncə Akademiyada İSO 9001-2015 (Keyfiyyəti idarəetmə sistemi) standartı üzrə təlimlər 25 fevral – 01 mart 2019-cu il tarixlərində keçirilib və təlimləri uğurla bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.

Araz.az

Əlaqəli xəbərlər