“Bir” Tələbə-Könüllü Proqramının təqdimatları uğurla davam etdirilir

WhatsApp Image 2019-10-21 at 19.08.11.jpegBu proqram tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, tələblərin karyera imkanlarını genişləndirməyə xidmət edir

Respublika Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir. Proqramın mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən bu Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə yaxından köməkçi rolunu inamla həyata keçirir. Ümumilikdə, oktyabr ayının 2-dən indiyədək Proqramın 27 ali və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib və bu təqdimatlarda 4000-dən çox birinci kurs tələbəsi iştirak edib. Həmin tədbirlərdə tələbələrin könüllülük və onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr haqqında sualları ətraflı cavablandırılıb. Təqdimatlar müddətində minlərlə tələbə Proqrama üzv olub və könüllülərin sırasına qoşulub.

Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi bu təqdimatlarda, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu proqram 40 ali və orta təhsil müəssisəsini əhatə edir. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, karyera imkanlarının genişlədirməyə, şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.
Ümumiyyətlə, ölkəmizin 10 şəhərində yerləşən 40 ali və orta ixtisas təhsil müəssisəsindəki 23,000-dən artıq könüllü üzvə malik olan bu Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edib, bir sıra tədbir və aksiyaların təşkilatçısı olub.
Proqramın növbəti təqdimatının oktyabrın 22-də Azərbaycan Dillər Universitetində keçirilməsi nəzərdə tutulub.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər