AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN VƏ QƏRBİ AZƏRBAYCAN İCMASININ TƏQAÜD LAYİHƏSİNƏ YEKUN VURULMUŞDUR

IMG_7630.JPGAzərbaycan Qaçqınlar Cəmiyyətinin ofisində 2019-cu ildə yüksək balla ali məktəblərə daxil olmuş qaçqın tələbələr üçün təqaüd layihəsinə yekun vurulmuşdur. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının üzvləri, QHT rəhbərləri, media nümayəndələri, müsabiqədə qalib gəlmiş tələbələr və onların valideynləri iştirak etmişlər.

araz.az-a mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tədbiri açaraq bildirmişdir ki, bu ilin dekabrında Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranmasının 30-cu ili tamam olur və bu münasibətlə bir sıra layihələr həyata keçirmək qərarına gəlmişlər. Həmin layihələrdən biri də 2019-cu ildə yüksək balla ali məktəblərə daxil olmuş qaçqın tələbələrə təqaüdün verilməsi məsələsidir. Bu məqsədlə bu ilin avqust ayında müsabiqə elan olunmuş və oktyabr ayında müsabiqəyə yekun vurularaq beş nəfər qalib elan edilmişdir. İcma sədri Ə.Ələkbərli həyata keçirdikləri bu layihəni ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə son zamanlar ölkədə gənclər, təhsil və qaçqınlarla bağlı gerçəkləşdirilən mühüm dövlət proqramlarının tərkib hissəsi hesab etdiklərini və bundan sonra belə layihələrin sayını artıracaqlarını bildirmişdir.
Tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qərbi Azərbaycan İcması sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli, ADPU-nun professoru İbrahim Bayramov, Vətəndaşların Sosial Rifahı İctimai Birliyinin sədri İradə Rzazadə, Əlil Qadınlar Cəmiyyəti Assosiasiyasının prezidenti Məhluqə Qaramanlı, tanınmış elm və təhsil adamları Nazir Əhmədli, Rəhilə Abdullayeva, Mahir Qəribov və b. çıxış etmiş, layihənin əhəmiyyətindən danışmış, tələbələri təbrik etmişlər.
Daha sonra Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov müsabiqə qaliblərini elan etmiş, tələbələrə xatirə hədiyyələri, qazandıqları təqaüdlər təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir. Qalib tələbələrə Azərbaycan Qaçqınlar Cəmiyyətinin üzvlük vəsiqələri təqdim edilmişdir.

IMG_7476.JPG

Araz.az

Əlaqəli xəbərlər