ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Gömrük Akademiyasında olub

dp2a7232_bf0bb206f4ce9690da047806f654d537.jpg

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang Bakıya səfəri çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.

Qonağı salamlayan Akademiyanın rəisi Qulu Novruzov bildirib ki,  Azərbaycan və ÜGT strukturları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində yerləşdiyini qeyd edən Akademiya rəisi 2019-cu ildən başlayaraq növbəti iki il müddətində Azərbaycanın ÜGT-nin Avropa Regionuna rəhbərlik etdiyini xatırladıb.

ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzinin Akademiyada yerləşməsinin bu məkanın Direktoratlıq üçün strateji əhəmiyyətini daha da artırdığını bildirib. O, deyib ki, Direktoratlıq həm Akademiyanın, həm də Mərkəzin potensialının inkişaf etdirilməsi üçün zəruri olan digər resursların təşkil  edilməsini təmin etməyə hazırdır.

Görüşdə Azərbaycanın ÜGT-də aktiv və faydalı rolu, ÜGT-nin Azərbaycanda gömrük strukturlarının, xüsusilə kadr potensialının daha da inkişaf etdirilməsində dəstəyi, ÜGT-nin beynəlxalq ekspertlər şəbəkəsinin Akademiyanın təhsil, təlim, tədris və tədqiqat fəaliyyətləri üçün cəlb edilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, iki qurum arasındakı əlaqələr, gələcək planlar və layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonra qonaq Akademiyanın infrastrukturu ilə, eləcə  DGK Kinoloji Mərkəzi və «Azərterminalkompleks» Birliyi ilə tanış olub.

Araz.az

Əlaqəli xəbərlər