2020-2021 tədris ilində bizi nə gözləyir? - MÜTƏXƏSSİS RƏYİ

thumb"Hədəf" Liseyinin direktoru Şəmil Sadiq rəhbərlik etdiyi qurumun YouTube səhifəsində növbəti tədris ilindən, pandemiyanın törətdiyi çətinliklərdən və yaranan problemlərdən söz açıb. 


TED.az xəbər verir ki, Ş.Sadiq qeyd edib ki, sentyabrda məktəblərin açılacağına inanır: "Əks halda isə bizi ciddi problemlər gözləyir. Çünki dünyaya nəzər saldıqda 2020/2021-ci tədris ili üçün müəyyən konsepsiyanın yaradıldığını görürük. Amma bizdə bu konsepsiya haqqında hansısa rəsmi açıqlama yoxdur. Əgər hazırlanırsa da, ictimaiyyət xəbərsizdir. Bu da narahatlığı artırır". 

Lisey direktoru şagirdlərin bir qisminin virus təhlükəsindən dolayı, məktəbə gəlməyəcəyi təqdirdə qarşıya çıxacaq çətinliklərdən də söz açıb. Bildirib ki, məktəblərin heç də hamısı sürətli internetlə, sinif otaqları isə kameralarla təchiz olunmayıb. Bu da onlayn dərs formatının tətbiqinə ciddi əngəl yaradır. 

araz.az

Əlaqəli xəbərlər