Təhsil naziri təyin olundu – Emin Əmrullayev kimdir?

emin emrullayev 768x432

 

Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info Emin Əmrullayevin dosyesini təqdim edir:

Bildirək ki, Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Emin Əmrullayev 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Sabiq təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanıilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. 6 aprel 2016-cı il tarixindən qurumun direktoru vəzifəsini Emin Əmrullayev icra edib.

Sabiq təhsil naziri Ceyhun Bayramovun 9 yanvar 2020-ci il tarixli əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. (publika.az)

 

 

 

araz.az

Əlaqəli xəbərlər