Bu gündən ali məktəblərə ərizə qəbuluna başlanılıb

imtahan11.jpgBu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb.

"Report"un xəbərinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq.

DİM qəbul imtahanlarının vaxtını dəyişib

imtahan010210.jpgBu il keçirilməsi planlaşdırılan bəzi imtahan günlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək.

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər

051802201901.JPG

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA)  IV kurs tələbələri 18 fevral 2019-cu il tarixdən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcəklər. Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. DGKA-dan Araz.az-a verilən xəbərə görə, Qulu Novruzov “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamlarına toxunub və dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını xüsusilə qeyd edib.

22 -dən səhifə 37

Əlaqəli xəbərlər