Bakıda Beynəlxalq Muzeylər Şurasının iki beynəlxalq komitəsinin beynəlxalq konfransı keçirilib

pgozalov01.jpg

Tarixçi alim Pərvin Gözəlov da konfransda iştirak edib

10-12 oktyabr tarixində paytaxt Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsi olan ICDAD və DEMHIST-in Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri “Dekorativ sənət və interyer” adlı konfrans keçirib. Tədbirdə 14 ölkədən --Azərbaycan, Türkiyə, Avstriya, Misir, Yaponiya, ABŞ, Hindistan, İtaliya, Portuqaliya, Çexiya, Almaniya, Gürcüstan, Livan və Niderlanddan 42 nümayəndə iştirak edib.Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli Muzeylər Komitəsi və Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata”nın dəstəyi ilə həyata keçirilib.

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində valideynlər üçün “dəyirmi masa”lar təşkil edildi

 _MG_8336.JPG“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır (FOTO)

narmin_qasimova_101018_02.jpg

Qasımova Nərmin Elmar qızı orta təhsilini Bakı şəhəri, Nizami rayonu, 220 saylı məktəbdə alıb. Doqquzuncu sinfə qədər bütün fənlərə maraq göstərib. Son siniflərdə isə, daha çox ixtisas qrupu üzrə fənlərə hazırlaşıb. Həmişə marağı humanitar yönümlü fənnlərə olsa da, riyaziyyatı da çox sevir. Hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Hüquqşünas” ixtisası üzrə I kursda təhsil alan Nərmin Qasımova Akademiyaya bu il sözügedən ixtisas üzrə ən çox bal - 663 bal toplayaraq daxil olub.

23 -dən səhifə 32

Əlaqəli xəbərlər