Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə

20_1516113060.jpg

Araz.az palitraya əsasən xəbər verir ki, müstəqil dil kimi ana dilimizin özünün tarixi ənənələrə söykənən fonetik sistemi, zəngin lüğət tərkibi, orijinal qrammatik strukturu vardır. Müstəqilliyi şərtləndirən zəruri amillərdən biri də yazıdır. Şifahi nitqə nisbətən dil tarixinin sonrakı inkişaf mərhələsində meydana çıxan yazı və onun inkişafı dilimizin yaşaması, inkişaf etməsi, təşəkkül tapması kimi məsələlərdə mühüm rola malikdir. Bu baxımdan qədim tarixi köklərə malik olan xalqımızın qədim yazı mədəniyyəti, yazı ənənələri mövcuddur. Şübhəsiz ki, yazı mədəniyyətinin inkişaf edib formalaşması, bir ənənəyə çevrilməsi, dildə sabitləşməsi bilavasitə orfoqrafiya qaydaları ilə bağlıdır. Orfoqrafiya qaydaları da sabit və əsasən dəyişməz olmalıdır. “Orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Buna görə də bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. Yəni dilin düzgün yazı qaydalarını müəyyənləşdirərkən həmin dildə danışan millətin ümumiləşdirilmiş olduğu ədəbi tələffüz normalarını, daha doğrusu, ədəbi tələffüz zövqünü nəzərə almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalarının hamı tərəfindən məqbul sayılıb, bəyənilib və asanlıqla mənimsənilib işləniləcəyinə tam əminlik yaranır. Həm də belə qaydalar tez sabitləşir və uzun müddət yaşaya bilər”. (Əbdüləzəl Dəmirçizadə) Bu mənada orfoqrafiya lüğətinin VII nəşri üçün tövsiyə olunmuş orfoqrafiya qaydalarının çap olunmazdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunması çox yaxşı bir haldır. Əlbəttə, bu, dilimizin, xüsusən də yazılı nitqimizin inkişafı istiqamətində atılmış çoxsaylı mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Hələlik 69 bənddən ibarət olan və lüğətdə çapı üçün tövsiyə olunan orfoqrafik qaydaların müzakirəyə verilməsi onu göstərir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VII nəşri öz tutumuna, elmiliyinə, sanbalına, dəqiqliyinə görə əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənəcəkdir. Bu cəhətdən elmi arqumentlərlə əsaslandırılmış hər bir təklifin, hər bir fikrin dəyərləndirilməsinin yazı qaydalarının sabitləşməsində böyük rol oynayacağını düşünürük. Məhz buna görə də müzakirəyə təqdim olunmuş orfoqrafiya qaydaları haqqında əlavə və təkliflərimizi təqdim etməyi zəruri hesab edirik. Orfoqrafiya qaydaları haqqında təkliflərimiz aşağıdakılardan ibarətdir:
1. Layihənin 1-ci bəndində göstərilir: “Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır”. Təklif edirik ki, bu cümlə “Azərbaycan dilinin lüğət tərkibində çoxluq təşkil edən milli sözlərin böyük əksəriyyəti deyildiyi kimi yazılır” şəklində verilsin. 
2. Layihənin “Mürəkkəb sözlərin yazılışı” bölməsində göstərilir ki (42-ci bənd), tərkibində -anti hissəciyi olan “mürəkkəb sözlər” bitişik yazılır. Əslində, -anti qoşulduğu sözdə əksilik, ziddiyyət məzmunu yaradan rus-avropa mənşəli ön şəkilçidir. Yəni qoşulduğu söz mürəkkəb deyil, düzəltmə olur. Məs.: antifaşist, antidemokrat və s.
3. Bitişik yazılan mürəkkəb sözlər bölməsində (“b” bəndində) belə bir qayda verilib: “eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. (bitişik yazılır—İ.Ə.)
Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır”. Lakin lüğətdə öz əksini tapmış “gethaget” (səhifə 258) sözü bu qayda ilə ziddiyyət təşkil edir. Ona görə də qayda üzərində müəyyən düzəlişlər aparılsa, daha uğurlu olar.
4. Layihənin 45-ci bəndində yazılır ki, “birhecalı qoşmalar ( -can, -cən, -dək, -tək ) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək”. Yaxşı olardı ki, qayda “şəkilçiləşmiş birhecalı qoşmalar ( -can, - cən, -dək,) aid olduqları sözə bitişik yazılır” formasında verilsin. “Aid”, “xas”, “tək” kimi birhecalı qoşmalar isə ayrı yazılsın. Məs.: Sənə aid, şirə xas, quş tək və s.
5. Təkliflərimizdən biri də ondan ibarətdir ki, ay adlarının düzgün yazılışı haqqında bir bənd də əlavə olunsun. Düzdür, 58-ci bənddə belə bir qayda verilib: Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır: a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart ( 8 Mart ), Novruz bayramı və s.
Lakin bu qayda düzgün olsa da, dəqiq deyil. Orfoqrafiya qaydaları sabit olmalı, bir sözün bir neçə formada yazılışına imkan verməməlidir. Təsəvvür edin ki, “21 Fevral Beynəlxalq Ana dili Günü”, “9 Noyabr Bayraq Günü”, “18 Oktyabr Müstəqillik Günü” kimi mürəkkəb adlarda ay adları böyük yazıldığı halda, “27 dekabr 2017-ci il”, “15 mart 2017-ci il” kimi birləşmələrdə kiçik yazılır. Bir neçə cümləyə nəzər salaq: 1) 18 Oktyabr xalqımızın tarixində əlamətdar günlərdən biridir. 2) 18 oktyabr tarixində məktəbimizə yoxlama gəlmişdir. 3) 18 oktyabr 2017-ci il və s. Göründüyü kimi, bir sözün iki yazılış forması meydana çıxır ki, bu da orfoqrafiya qaydalarına ziddir. Buna görə də orta məktəbdə şagirdlər yoxlama imla, yoxlama inşa yazanda ay adlarınının ilk hərfini gah böyük, gah da kiçik yazırlar. Təklifimiz ondan ibarətdir ki, ay adlarının hamısının ilk hərfi ya böyük, ya da kiçik hərflə yazılsın. Ancaq biz ay adlarınınilk hərfinin böyük yazılmasının tərəfdarıyıq. Məs.: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr.
6. Təkliflərimizdən biri də abraviatura qaydaları ilə bağlıdır. Hesab edirik ki, ixtisarlarla bağlı qaydalar yenilənməli, müəyyən əlavə və düzəlişlər aparılmalıdır. Demək olar ki, orfoqrafiya lüğətinin çap olunmuş bütün nəşrlərində bu məsələyə münasibət eyniyyət təşkil edir. Hətta misallar belə eynidir. İxtisarların növləri haqqında məlumat aydın verildiyindən izahata ehtiyac duymuruq. Bu məsələ ilə bağlı təkliflərimiz bunlardan ibarətdir. a) təklif edirik ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drob—əyri xətt (/) də əlavə olunsun.Drobun funksiyası, texniki cəhətdən işlənmə arealı və məqamları daha çoxdur. Bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Abreviatura qaydalarından bəhs edən dilçilik ədəbiyyatında, demək olar ki, drobun (əyri xəttin) qısaltmalardakı rolu haqqında heç nə deyilmir. Adətən tərkibində "kiçik", "baş" və s. kimi sözlər olub rütbə, dərəcə, vəzifə bildirən söz birləşmələrinin ixtisarı zamanı drobdan istifadə olunur. Məsələn: kiçik çavuş — k/çavuş kiçik gizir —k/gizir baş çavuş —b/çavuş baş əsgər —b/əsgər baş leytenant —b/leytenant baş gizir —b/gizir baş laborant —b/laborant baş müəllim —b/ müəllim baş mühasib — b/mühasib və s. b) bənddə verilir ki, “sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s.” Lakin dil faktları göstərir ki, bu qaydadan təkcə sözdə yox, həm də II və III növ təyini söz birləşmələrinin yazılışında tətbiq olunur. Xüsusən də ödəmə terminallarının, kassa aparatlarının, poçtların verdiyi qəbzdə bu daha çox müşahidə olunur. Məs.: Nərimanov rayonu —Nərimanov r-nu, Xəzər rayonu—Xəzər r-nu, Bakı şəhəri—Bakı ş-ri və s. Layihədə ixtisarların bu formalarına münasibət bildirilib qaydalarda müvaviq düzəlişlər aparılsa, daha yaxşı olar. Bundan başqa, əməli yazı növlərinin bəzi növlərində də söz birləşmələrinin göstərilən şəkildə yazılışına təsadüf olunur.
7. Layihənin 68-ci maddəsində belə bir bənd var: “Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir”. Burda durğu işarələri adı altında verilmiş “defis” durğu işarəsi deyil, orfoqrafik işarədir. Bundan başqa, durğu işarələri sintaktik kateqoriya olduğu halda, defis morfoloji kateqoriyadır.

Ucqar kəndlərin maarifçiləri-onlar üçün müəllimlik bir missiyadır

02-12.01.18-1.jpg

Təhsil Nazirliyindən araz.az-a verilən məlumata görə Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimləri Rüfanə və Natiq, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid, Şamaxının dağ kəndi, mərkəzdən 30 km. aralı Ərçiman məktəbində dərs deyən Şahsuvar və Tehran, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram, Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə, Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Mahmud, Masallının Təklə kəndində bu tədris ilindən müəllimliyə başlayan Günel və onlarla azərbaycanlı gənci bir keyfiyyət birləşdirir: fədakarlıq. Onlar sevdikləri müəllimlik peşəsinin vurğunlarıdır. Bu onların özünün seçdiyi yol, özlərinə yazdıqları qədərdir. Bu qədəri yaşaya-yaşaya sıralarını da artıracaqlar.

Gənc fədakarlar

Onların hər biri bir cür fədakardır. Biri Cəlil Məmmədquluzadənin həyatını oxuyandan sonra, başqası Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərindən ilhamlanıb, bu yolu gedəcəklərinə qərar veriblər. Məsələn, Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədovanın həkim, yoxsa müəllim olacağı ilə bağlı tərəddüdlərinə Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı, onun əsasında çəkilən film son qoyub. O da əsərdəki baş qəhrəman Fəridə kimi olmaq istəyib. Bütün çətinliklərə baxmayaraq, ucqar yerlərə, kəndlərə gedib təhsildən uzaq düşən uşaqları maarifləndirmək niyyətindədir.

Cəlil Məmmədquluzadənin həyatından örnək götürüb müəllimliyə dağ kəndlərində başlayan gənclərin üstünə bəlkə Mirzə Cəlilə atılan palçıqdan atılmayıb. Məktəbdən yayındırmaq, yolundan qaytarmaq istəyən olmayıb. Ancaq onların da yoluna başqa problemlər çıxıb.

Gənc müəllim Şahid Muradlı “Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanırdı”, - deyib, öz ürəyindəki mübarizə həvəsini ortaya qoyub. Təkcə Şahiddirmi? Ölkədə Mirzə Cəlilin həyatındakı bu kiçik epizoddan həvəslənib, günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa tələsənlər ordusu yetişməkdədir.

Fədakar insanlara hər zaman hörmət, sevgi duyulub, onlar daim əl üstündə tutulub. Yəqin ona görədir ki, belələrinin etdiyini hər adam bacarmayıb. Söhbət peşəsini sevməkdən və onu ən yaxşı şəkildə icra etməkdən başqa, həm də ən çətin şəraitdə sevməkdən və sevdirməkdən gedir.

Ucqar kənd məktəblərinin gənc müəllimləri də məhz bu yolu tutublar. Seçdiyi peşəsini sevib-sevdirməyə ən çətin şəraitdən başlayıblar. Aralarında ali məktəblərə qəbul imtahanlarında 500 və daha çox bal toplayıb məhz müəllimliyi seçənlər də var, tələbəliyin 3-cü kursuna çatanda ən yaxşı müəllim olmağa qərar verənlər də.

Maraqlıdır ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında da əksəriyyəti əyalət üçün tələb olunandan çox yüksək bal toplayıb və sadəcə rayonu deyil, onun ən ucqar kəndini seçiblər. Bir rayonun hər cəhətdən təmin olunmuş müasir məktəbini deyil, dörd divardan başqa heç nəyi, şagirdi belə tək-tək olan məktəbində dərs demək istəyiblər. Məsələn, fizika müəllimi olan Rüfanə Rzayeva Xınalığa 3 il əvvəl Oğuzdan gəlib. Evlərinə gedib-gəlmək bütöv bir günü aldığından ailəsini ildə bir neçə dəfə görə bilib. Nə bu həsrət, nə Xınalığın sərt hava şəraiti onu müəllimlikdən çəkindirməyib. 9 kənddən 340 şagirdin təhsil aldığı internat tipli Xınalıq orta məktəbində dərs deyib.

Onlar müəllimliyə sevdalandılar

Bir peşədə fədakar olmaq üçün onu sevmək lazımdır. Onlar danışdıqca hiss olunur ki, müəllimlik ən uca amalları, sevdalarıdır. Elə Narıngülü götürək. Əsasən, avarların yaşadığı kənddə heç bir çətinlik yaşamadığını deyən gənc müəllim üçün yeganə narahatlıq dərsinin az olmasıdır: “Həftədə 5 saat dərsim var. Maaşları vaxtında alırıq. Ancaq dərs saatım az olduğuna görə, maaşım da azdır. Yaxşı ki, maaşdan əlavə həvəsləndirmə olaraq, 60 manat pul alıram. Bu, vəziyyətdən çıxmağıma kömək edir. Dərsim az olsa da, işləməyə həvəsim çoxdur. Peşəmi çox sevirəm. Gələcək üçün hələlik bir planım var: peşəkar müəllim olmaq!”.

Günel Osmanova Qazaxdan ta Masallıya müəllimlik etməyə gəlib. Rayon mərkəzindən 20 km. uzaqda yerləşən Təklə kəndində ibtidai sinif müəllimidir. Artıq bir neçə aydır işləməsinə baxmayaraq, çox sevilir: “Müəllimlik mənim üçün əvəzsiz bir peşədir. Bizim rayonda bu peşəyə xüsusi maraq var. Hamı qızını müəllim kimi görmək istəyir. Ona görə də ətrafımda müəllimliyə xüsusi nəzərlərlə baxanlar çoxdur. İşimi çox sevirəm. Müəllim olmaq üçün sadəcə təhsilim kifayət etməyib. Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda uğur qazana bilmək üçün öz üzərimdə işləməli oldum. Artıq müəlliməm və çox xoşbəxtəm. Deyəsən, bu hisslərim uşaqlarıma da təsir edir. Uşaqlarla işləməyi çox sevirəm. Dərsdə yeniliklər etməyə çalışıram. Hər dərsi maraqlı etmək üçün nəsə fikirləşirəm. Masallıya gələndə mənə sadəcə otaq verdilər. İndi bura sadəcə bir otaq deyil, uşaqlarımın rəngarəng dünyasıdır”.

Azərbaycan müəlliminin yeni obrazı

Dizlərində güc, ürəklərində təpər olduqca, onların hər biri qaranlıqda işıq saçan, çarəsizlikdə yol göstərən olacaq, xəstəyə loğman, xəstəliyə dərman kimi tanınacaqlar. Müəllimliyin bu əzəli obrazı indi müasir müəllimlərdədir. Onlar həm müəllimə aid edilən ənənəvi xüsusiyyətlərə, həm də müasir müəllimdə tələb olunan yeni keyfiyyətlərə sahibdirlər. Yeni standartları bilir, sosial şəbəkələrlə işləməyi bacarır, müasir dərs metodlarından istifadə edir, əyləndirərək öyrədirlər. Ucqar kəndin köhnə məktəbində müasir dərs metodları tətbiq edərək köhnəlikdən yeniliyə körpü salır, cahil həyatdan inkişaf etmiş dünyaya pəncərə açırlar.

Köhnə xüsusiyyətlərlə yeniliyin birləşməsindən ortaya çıxan bu yeni müəllim surətini hamı sevib. Bu sevgi sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əks-səda doğurub, hətta müsabiqələrdə qalib olub.

Sosial şəbəkədə məşhurlaşdılar

Onlara sevgi məhdud dairədən başlayıb, qısa müddətdə bütün ölkəyə yayılıb. Ucqar kənd məktəbinə gedənlər əvvəlcə məktəbdə, sonra kənddə, daha sonra rayonda tanınıb. Gənc müəllimlərin əksəriyyəti dərsə başladıqları ilk gündən barələrində söz açdırmağa nail olublar.

Onlardan biri 26 yaşlı Həbib Əlizadədir. Dünya təcrübəsində tətbiq edilən bir metodu Lənkəranın dağlıq Gəgiran kənd məktəbində uğurla icra edir. O, uşaqlara qoşulub rep deyir. Özü də tarixdən.

İsmayıllı rayonunun İstisu kəndində ibtidai sinif müəllimi olan Şahid Muradlı isə sosial şəbəkədə “Özündən başla” layihəsi ilə məşhurlaşıb. Qələm tutmağı, hərf, işarə yazmağı yenicə öyrənən azyaşlılara həm də “özündən başlamağı” öyrədən müəllim yeniliyi ilə tanınıb. Uşaqların öyrənmə həvəsini artırmaq, işinin effektini qaldırmaq üçün müasir müəllimin öz yolu var. Maraqlıdır, o yol hansıdır? Hələ məktəbə alışmayan, valideyni üçün dərsdə bir neçə dəfə ağlayan gözləri nə ilə güldürmək, o gözləri qapıdan necə çəkmək olar? Körpə ürəklərə sinfi doğmalaşdırmaq üçün kiçik əllərə rəngli qələm və dəftərdən əlavə nə vermək olar? Bir gənc müəllimin kağızı belə yenicə boyamağı öyrənən şagirdlərinə sinif otağını, oturduğu partanı rənglətdirməkdə məqsədi nə ola bilər? Müəllimin cavabı belədir: “Müəllim olaraq, sinif otağının əlverişli mühiti məni düşündürüb. Ölkə müəllimləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan “Özündən başla” layihəsini də beləcə fikirləşdim. Sinif otağını şagirdlərimlə bərabər boyadıq. Bu yolla onlara məktəbin bizim ikinci evimiz olduğunu hiss etdirmək istəyirdim. Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Belə də oldu”.

Problemi həll etməyə özündən başlayan müəllimlər

Müasir müəllim problemlərdən danışmır, o, problemləri həll edir. Giley-güzar, qeybət, söz-söhbət onun işi deyil. Getdiyi hər yerə yenilik aparır, gördüyü dərdə çarə axtarır. Şahid Muradlının da yuxarıda barəsində danışdığımız layihəsi onun özünün bu məqsədə sadiqliyini göstərir: “Qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara sosial mesaj vermək istədim: “Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.

Bir sözlə, uşaqların öz əli ilə dünyasını rəngləndirən müəllim bir layihə ilə bir neçə hədəfə nail olub: həm sinif otağının problemini həll edib, həm uşaqları əyləncəli bir şəkildə kollektiv işə istiqamətləndirib, həm də bundan sonra uşaqların divarlara, partalara zərər yetirməsinin qarşısını alıb.

Natiq Məlikov isə öz rayonunda - Qubada coğrafiyanın tədrisindən narazı olduğu üçün bu ixtisası və peşəni seçib. Necə deyərlər, öz əyalətinin əmək bazarını, çatışmazlığını nəzərə alıb, zəifliyini aradan qaldırmaq üçün çıxış yolu olaraq, özündən başlayıb.

Ucqar kənd məktəblərinin problemini bilən və bunu həll etməyə çalışanlar arasında Ərçimandakı müəllimləri də unutmaq olmaz. Sumqayıt sakini Şahsuvar Məmmədov kimya ixtisası üzrə Şamaxının Ərçiman kəndində dərs deyir. Ucqar kənd məktəbində 9 illik müəllimlik təcrübəsi var. Bundan əvvəl də Yardımlının Horavar kəndində işləyib.

Ərçimana riyaziyyat müəllimi Tehran Dadaşov Qubadan, tarix müəllimi İsmayıl Hacıyev isə Bakıdan gəlib. Hər ikisinin ucqar kənd məktəbində ilk təcrübəsidir. Rayon mərkəzindən 30 km. aralıda dərs deməyə onları problemləri həll etmək istəyi aparıb. Hesab edirlər ki, Təhsil Nazirliyinin ucqar kənd məktəblərində işləyənlər üçün ödədiyi əlavə vəsait onlara bu arzularını yerinə yetirməkdə çox böyük dəstəkdir.

Problemi vaxtında görüb, onu düzgün qiymətləndirib, çıxış yolu axtaran gənc müəllimlər dərsdə ona lazım olanları təşkil etmək üçün nə mümkündürsə edir. Bu da onu göstərir ki, Azərbaycanın gənc müəllimləri problem həll edərkən nədən başlayacağını, hansı məsələni necə həll edəcəyini bilir. Bu minvalla da onun yeni obrazı meydana çıxır: həlledən. Məsələn, Lerik rayonu Lərmərud kənd orta məktəbində idman zalı var, amma orada avadanlıqlar yoxdur. Məktəbin gənc müəllimi Seymur İbrahimov, sizcə, buradan necə çıxış yolu tapıb: “Avadanlıqlar yoxdursa, bu, o demək deyil ki, mən dərs keçməyəcəm. Bizə avadanlıqlar olmadan da dərs keçməyi öyrədiblər”.

Bəs, necə? Dərsə isinmə hərəkətləri ilə başlayır, sonra: “Əgər dərsimiz yuxarı ətraf əzələlərinin inkişaf edirilməsidirsə, bizə turnik lazımdır. Turnik yoxdursa, bunu başqa hərəkətlərlə əvəz edirəm. Məsələn, qolların bükülüb-açılması hərəkətini edirik. Əvəzləyə bilməyəcəklərim avadanlıqları isə əldə etməyə çalışıram. Artıq toplar, şahmat dəstləri və s. idman avadanlıqları təşkil etmişəm. Zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm. Bundan başqa, uşaqları dərsdə mütləq nəzərə alıram. Tutaq ki, yorğundurlarsa, onlarla estafet oyunlar təşkil edirəm. Belə oyunlar həm uşaqları əyləndirir, həm də fiziki göstəricilərini artırır. Estafet oyununun keçirilməsində fərqli metod yaratmışam. Bundan başqa, uşaqlara idmanın nəzəriyyəsindən də suallar verirəm. Bu da onların həm fiziki göstəricilərini, həm də idman haqqında dünyagörüşlərini artırır.

Kim sevirsə idmanı... idmanı sevdirən müəllim

Seymur İbrahimovun fikrincə, fiziki tərbiyə fənninə çoxları, hətta başqa fənn müəllimləri biganə yanaşır: “Halbuki uşaqların fiziki tərbiyə dərslərinə ehtiyacı daha çoxdur. Uşaqlar 3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə? Çünkü uşaq gün ərzində yığdığı kalorini itirmir və beləcə, fikirlərini dərsə yönəldə bilmir. Yəni, uşaqların oxuduğunu mənimsəməsi üçün fiziki tərbiyə zəruri sayılır. Ən əsası, bizə sağlam nəsil lazımdır”.

Məktəblərdə fiziki tərbiyə dərslərinin əhəmiyyətindən danışan Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin gənc müəllimi Nuray Mehrəliyev şagirdlərinin idmanda uğurlarına artıq nail olanlardandır: “Ölkəmizdə idmana xüsusi qayğı var. Təhsil Nazirliyi də idmanın kütləviləşməsi istiqamətində ardıcıl tədbirlər görür. Bu məsələdə mənim kimi fiziki tərbiyə müəllimlərinin üzərinə böyük iş düşür. Kurikulum sistemi də imkan verir ki, fiziki tərbiyə dərslərini daha da maraqlı, əyləncəli, cəlbedici edək. Mən həm müəllimliyi sevirəm, həm idmanı. İki il sərbəst güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin sol ayağımdan ağır zədə aldığım üçün ixtisasımı dəyişərək, voleybolu seçdim. Bu idman növü üzrə birinci dərəcəli hakim adına layiq görüldüm. Bu idman sahəsində də bacarıqları necə inkişaf etdirəcəyimi bildiyimin nəticəsidir ki, müəllimi olduğum Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi”.

“Müəllimlərdə mütləq olacaq” - hər dərdə çarə müəllim

Bir zamanlar kim hansı suala cavab tapmayanda, müəllimdən soruşurdu. “Müəllimdir, bilər” deyib ixtisasının nə olduğu ilə maraqlanmazdı da. Nə fərqi var ki, hansı ixtisasa yiyələnib. Əsas odur ki, müəllimdir. Müəllim də sualın altında qalmaz, mütləq bir fikir söyləyər, o fikir birmənalı olaraq qəbul edilərdi. “İndi zaman dəyişib”, - deməyin. Ucqar kəndlərdə indi də belədir. Müəllimlərlə bağlı bu təsəvvür hələ də qalır. Müəllimin hörməti də, nüfuzu da elə öz yerindədir. Bunu ucqar kəndin gənc müəllimləri müşahidə edib. Qubanın Zeyid kəndində dərs deyən Gülşən kəndlə şəhəri belə müqayisə edir: “Şəhərdə hazırlıqla məşğul olmuşam, təcrübə vaxtı da uşaqlarla işləmişəm. Amma şəhər uşaqlarında o həvəs, müəllimə hörmət, emosional hisslər qalmayıb. Hər şey adiləşib. Kənddə uşaqlar daha təmiz, daha inamlıdırlar. Şəhər məktəblərində müəllimlə anlaşılmazlıqlar çox olur. Burada isə o cür problemlərlə üzləşmirik. Kənd mühitində dərs deməyin çətinliyi odur ki, valideynlər təhsilsiz olduğuna görə uşağa evdə kömək edən yoxdur”.

Bu saf münasibəti əhalidə də hiss edən Gülşənin sözlərinə görə, kimə hansı dərman lazım olsa, məhz kəndin gənc müəlliminə üz tutur, “Müəllimdə mütləq olacaq”, - deyirlər. Bu da müasir Azərbaycan müəlliminin yaratdığı daha bir obraz. Xəstəyə loğman, xəstəliyə dərman ola biləcək bir kənd müəllimi obrazını Gülşən Yolçubəyli Zeyid kəndində yaradıb. Azərbaycanın ayrı-ayrı ucqar nöqtəsində bu cür gənc müəllim çoxdur.

Erkən nikah onların ortaq “problemi”dir

Özü çətinliklə oxuyub, çətinliklərə sinə gərərək ailəsindən uzaqda müəllimlik edən 24 yaşlı gənc müəllimi - Gülşən Yolçubəylini narahat edən səbəb, əslində, ölkəni narahat edir: “Çalışdığım kənddə qızlar çox erkən evlənir. Məktəbin yuxarı siniflərində qızlar artıq nişanlıdırlar. Hətta vəziyyət elə səviyyədədir ki, on birinci sinifdə oxuyan və hələ də nişanlanmamış qıza birtəhər baxırlar. Bu, məni çox üzür”.

Müəllimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanlarında yalnız ucqar kənd məktəblərindəki vakansiyaları seçən gənc müəllim indi qız şagirdlərini özü kimi taleyi ilə barışmamağa inandırmaq istəyir. Hər dərsin 10-15 dəqiqəsini onlarda mübarizə ruhunu qaldırmağa həsr edir.

Söhbət hər sinifdə 2-3 şagird olmaqla cəmi 17 şagirdi olan gənc müəllimdən gedir. Ancaq bu rəqəmə baxıb pessimizmə qapılmır. Cəhalətdən bircə qızı xilas etsə də, kardır. Odur ki, böyük əzmlə dəniz səviyyəsindən 2236 metr hündürlükdə, 150 nəfərlik bir kənddə, xəstəyə dərman tapmağa, qızlara ümid olmağa çalışır. O, bilir ki, bu mübarizədə tək deyil. Çoxlu gənc müəllim onunla eyni cəbhədə döyüşür. Gədəbəydə doğulub, Bakıda böyüyüb, Qubaya müəllimlik etməyə yollanan Xəyalə kimi. Qəçrəş kənd məktəbində “Tarix” fənnini tədris edən Xəyalə Əsgərli də cəhalətlə savaşda onunla çiyin-çiyinədir. Qızların erkən nikaha marağının olması əvvəlcə onu təəccübləndirib: “11-ci sinifdə universitetə yalnız 2 qız hazırlaşır. Bu vəziyyəti dəyişmək üçün əlimdən ancaq yaxşı müəllim olmaq gəlir. Ən yaxşı müəllim, məncə, şagirdlərin sevdiyi müəllimdir. Müəllim şagirdlərin sevdiyi olmalıdır ki, üzərlərində təsir qüvvəsi olsun və lazım gələrsə, təhsil almaq hüququ əllərindən alınanda, mübarizəyə onların özünü də qoşa bilsin. Mən də buna çalışıram”.

Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə Quliyeva deyir ki, dərs dediyi məktəb ucqar kənd məktəblərindən seçilsə də, burda da erkən nikah probleminin olması onu narahat edir: “Ən böyük problem şagirdlərimi tələbə bileti ilə görmək varkən, gəlinlikdə görməkdir. Amma burada oxumaq istəyən oxuyur”.

Ucqar kənddə müasir dərs

Ölkədə tədris standartları dəyişib. Yeni metodlarla dərs keçən müəllim ölkənin ən ucqar nöqtələrində də var. Elə deyək sosial şəbəkə fenomeni Həbib müəllimi. Onun dərsi, adətən, müzakirə müstəvisinə çevrilir: “Dərslərdə debat təşkil edirik. Hər iki tərəf fikir yürüdür və hər hansı məsələnin həll yolları müzakirə olunur. Yəni şagirdlər özünüifadəni öyrənir. Müasir təhsil sisteminin əsas məqsədlərindən biri də məntiqi və tənqidi düşüncənin inkişaf etdirilməsidir”.

Müasir kənd müəlliminin dərsi 45 dəqiqə ilə məhdudlaşmır. O, bütün gün ərzində şagirdlərlə təmasdadır. Həbib müəllim də həmin kənd müəllimlərindəndir. Dərsdə öyrədir, tənəffüslərdə uşaqlarla vaxt keçirir, birgə oyunlar təşkil edir, çay içir, gəzintiyə gedir və s. Onun fikrincə, uşaqlarla birgə təşkil edilən hər tədbir tədrisin tərkib hissəsidir.

İmişlinin Sarıxanlı kənd 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Həsənov da Həbib müəllimdən geri qalmır. O, keçdiyi dərsin fərqini belə izah edir: “Biz təkcə informasiya ötürmürük, həm də mövzuya yaradıcı yanaşma istəyirik. Buna görə də dərsi daha yaxşı qavramaları üçün şagirdlərə mövzu ilə bağlı kiçik esse yazmağı tapşırıram. Yazı yazdıqca şagirdlərin fikrini çatdırmaq, mühakimə etmək və səlis nitqlə danışmaq bacarığı da artır”.

Həbib müəllim kimi, Elnur müəllim də dərsdə diskussiya yaradır: “Şagird gözləmir ki, əlini qaldırıb löhvə qabağına gəlsin və dərsi danışsın. Biz dərs müddətində hamımız mövzunu müzakirə edirik. Hamımız sual da veririk, cavab da alırıq”.

Narıngül Məhəmməd qızı Balakən rayonunun Qazbölük kənd tam orta məktəbinin müəllimidir. Kənd ucqarda yerləşsə də, buradakı şəraitdən razı olan gənc müəllimin sözlərinə görə, 2011-ci ildə tikilən məktəb binası burada müasir dərs standartlarını tətbiq etməyə imkan verir. Tədris etdiyi “Texnologiya” fənni barədə danışan müasir müəllim dərsdə uşaqların əl qabiliyyətlərini, bacarıqlarını üzə çıxarmağa çalışır: “Dərs zamanı həm nəzəri məlumatı mənimsəyir, həm də praktiki olaraq, qrup işləri görürük. Ev tapşırığı olaraq, hər hansı məmulatın hazırlanmasını onlardan istəyirəm. Keçdiyim mövzuya uyğun olaraq, evə praktiki iş verirəm. Bu, əsasən, hər hansı fiqurun düzəldilməsi, hansısa əl işinin hazırlanması olur. Bəzən özüm nümunə üçün düzəltdiyim əl işlərini dərsə gətirirəm”.

Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədova işlədiyi müddətdə artıq fənnini sevdirib: “Sentyabrda ilk dəfə məktəbə gələndə, şagirdlərin kimya ilə maraqlanmadığını gördüm. Artıq o günlər geridə qalıb. İndi kimyaya maraq göstərir, dərslərə müntəzəm cavab verirlər. Təsəvvür edin, əvvəllər II və III ixtisas qruplarına hazırlaşmaq istəyənlər sonradan kimya fənninin olduğu I-IV qruplara maraq göstərdilər. Hətta kimya müəllimi olmaq istəyənlər də var. Burada laboratoriya otağı olmasa da, əvvəldən qalan bəzi maddə və sınaq şüşələrini sinifdəki dolaba qoymuşuq. Buranı bir növ, kimya kabinetinə oxşatmışıq. Mövzumuza uyğun bəzi sadə reaksiyalar apara bilirik. Şagirdlər təcrübə apardığımız dərsə daha çox maraq göstərirlər”.

Onlar uzağı yaxın etmək istəyirlər

Rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə işə başlayan müəllimlər dərsini deyib evinə getmək, iş yerini dəyişib ailəsinə qayıtmaq niyyətində deyillər. Mübariz ruhlu gənc müəllimlər uzağı yaxın etməkdə qərarlıdırlar. Məsələn, Həbib Əlizadə özü kimi müəllimləri başına yığıb ucqarlarda müəyyən işlər görmək niyyətindədir: “Tək işlədiyim yerdə yox, digər məktəblərdə də. Ümid edirəm, yaxın günlərdə 3 ucqar məktəbdə uşaqları sevindirəcəyik. Eyni zamanda, uşaqlara kitab paylamanı sosial layihəyə çevirməyə çalışırıq. Gənc və işini sevən müəllimlərlə birgə də müəyyən yeni layihələr ola bilər. Bunun üçün də həm maliyyə, həm də müəllimlərin istəyi önəmlidir. Yaxın gələcəkdə olmasa belə, növbəti illərdə bunu etməyə çalışacağıq”.

Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin gənc müəllimi Ehtiram Safquliyev ucqar kəndlərə müəllim kimi getmək istəyənlərə deyir: “Möhkəm və səbirli olsunlar. Şəraitə uyğunlaşdıqdan sonra işlər yoluna düşəcək. Əsas olan yalnız işini sevmək, öz yoluna inamla davam etməkdir. Bunu edə bildikdən sonra hər şey asandır. İnanın ki, ucqarlarda gənclərə çox böyük ehtiyac var. Onlar bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq hüququ var. Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs borcumuzdur”.

Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi ad üzrə çalışdığı iş stajı əsas götürüləcək

trend_amea_main.jpg
Bu il yanvarın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq.
 
Araz.az Trend-ə istinadən xəbər verir ki, bunu akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib.
 
Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.
 
Hazırda alimlərin (bilavasitə ixtisası üzrə çalışan ) əməkhaqlarına elmi dərəcələrə görə 60-100 manat məbləğində əlavələrin edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, bu ilədək əməkhaqqına elmi adlara görə əlavələr yalnız ali məktəblərdə çalışan alimlərə şamil edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.
 
İ.Həbibbəyli əlavə edib ki, elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan, elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi ad üzrə çalışdığı iş stajı nəzərə alınacaq.
 
İ.Həbibbəyli hazırda AMEA-da çalışan dosent və professorların sayının dəqiqləşdirildiyini, əməkhaqqına artımların edilməsi ilə bağlı hesablanma işlərinin aparıldığını da söyləyib.
 
Qeyd edək ki, qərara görə, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər - SİYAHI

276387_507547.jpg

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

QəbələPress.info "Report"a istinadən layihənin tam variantını təqdim edir:

Əsl Azərbaycan sözlərinin yazılışı

1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s.

2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq,bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s.

Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli ola­­­raq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqaşəfəqiüfüqə və s.

3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərliküzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~yəvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim, üzüyün və s.

Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edil­mir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, tex­nik-texnikin və s.

4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin söz­lə­rə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d]kimi səslənir.

Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır.

5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir.

Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir.

6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir.

7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s.

Alınma sözlərdə saitlərin yazılışı

8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kom­bi­nat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.

9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdirmüdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.

Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.

10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt,

süjet, tütor, uvertüra və s.

11. Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır:

a) Aşagıdakı sözlərin sonunda a hərfi ya­zıl­mır: aksiom, anket, ap­tek, atmosfer, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, ma­şın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s.

b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır:botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonun­da a hərfi ya­zılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu hal­da, botanik sahə üzrə mütəxəssisdir.

12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatorişəklində verilmiş sözlərinmetaforaprofilak­to­riya, sana­to­ri­ya kimi yazılması tövsiyə olunur.

13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır:

a) iki saitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin,

qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin;

b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.,

Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s.

Söz köklərində samitlərin yazılışı

14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:

a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.

Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır.

b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır:

15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır:

borş, Şedrin, Şerba, Şors və s.

b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin,

meşşan, Pleşşunov, Vereş­şa­gin və s.

16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xü­susi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte,

hu­­­manizm və s.

17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl,

zənbil.

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

18. -iy, -skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski.

19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.

20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s.

21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s.

22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

Qoşasaitli və qoşasamitli sözlərin yazılışı

24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

25.Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır.

26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa ppsamitiilə yazılır:guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s.

27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kksamitiilə yazılır:mürəkkəb, mütəkkə, səkkiz və s.

28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır:əlbəttə, hətta, Səttar və s.

29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır:diqqət, doqquz, saqqal və s.

30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, ka­­pella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s.

Qeyd: Mənbə dildə tərkibində llnnpp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s.

31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa sa­mitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

Qeyd:

Bu qayda hiss və küll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən bi­ri­ni atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki ssamitlərindən biri ixtisar olunur.

33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari.Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir.

35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s.

36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s.

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şə­kil­çisi olan sözlər qoşa yysamiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tə­ləf­füz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyəüs­lu­biy­yat – üslubiyat və s.

Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Şəkilçilərin yazılışı

38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:

1) Bir cür yazılan alınma şəkilçilər:

-i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s.

Sonu saitlə bitən sözlərdə bu şəkilçi –vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s.

-varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s.

-stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, üsaitləri artırılır:Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan.

2) İki cür yazılan şəkilçilər:

Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən:

burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s.

3) Dörd cür yazılan şəkilçilər:

-, -ki, -ku, - şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s.

Sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s.

Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.

4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər.

Sonu kar samitlə bitən sözlərdə:

, -ki, -qu, -asqı, pusqu, seçki, sürtkü və s.

qın, -kin, -qun, -künbitkin, ötkün, satqın, tutqun və s.

Sonu cingiltili samitlə bitən sözlərdə:

-ğı, -gi, -ğu -bölgü, çalğı, vergi, vurğu;

-ğın, -gin, -ğun, -günəzgin, qırğın, süzgün, yorğun.

39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-, -ci, -cu, -) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.

40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

Mürəkkəb sözlərin yazılışı

41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır:

a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, Bülbüloğlu, Çər­kəz­qızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türk­mən­şəli, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s.

b) eyni feil kökünün təkrarı və aha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s.

Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır.

c) eyni sözün təkrarı və ba bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s.

ç) kino və foto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom,

fotomüxbir, kinofilm, kinoteatr və s.

42.Tərkibində antiaudioaviaavto, makromikromini, monomulti, nano, neo, post, superultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:

a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s.

b) tərkibində eksəkskontrqeyriobervebhissəcikləri olan mürək­kəb sözlər: eks-prezidentəks-sədakontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizaynerveb-səhifə, vitse-admiral;

c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər,

tərcümeyi-hal, tərzi-hərəkət;

ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq;

d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı,

söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.

e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.

ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən alasözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göyvə s.

Köməkçi sözlərin yazılışı

44. İdiimişikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş,

gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s.

Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

45. Qoşmalar iki cür yazılır:

1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;

Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət.

2) ikihecalı qoşmalar (ilə. kimiqədərötrütəkitəkinüçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.

Qeydlər:

1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, - şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s.

2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır.

46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki,

həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki.

47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki.

48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki.

-, -mi, -mu, -mü; -sana, -sənə və -ca, - cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim.

Qeyd: -, -mi, -mu, - sual ədatı -da, - köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən?

49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh,

ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay

50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Birinci hərfi böyük yazılan sözlər

51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəyoğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Sə­məd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s.

Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.

52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samo­var, Tülkü və s.

53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi,

Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır:Azərbaycan Respublikası,

Bir­ləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası.

55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.

56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s.

57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrəkimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Qeydlər:

1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.

2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır:

a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart(8 Mart), Novruz bayramı və s.

b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu.

59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Res­­publikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır.

60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azər­bay­can” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mi­ne­ral suları...

Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s.

61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s.

Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s.

İxtisarlar (abreviaturlar)

62. İxtisarlar üç cür yazılır:

1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s.

2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s.

3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır:

d-r (doktor), z-d (zavod) və s.

63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, BMT-yə, MDB-nin və s.

Sözün sətirdən sətrə keçirilməsi

64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.

Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-avə s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.

65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-davə s.

66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə ke­çirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s.

67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz.

68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir.

69. Vaxtilə apostrofla yazılan cürət, məşəlvüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ətkimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağı­­dakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-rancü-rət,

he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu birgə hazırlayıb. “Azərbaycan dilininorfoqrafiya qaydaları” layihəsi Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Layihə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub.

"Report"un xəbərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

"Report" layihənin tam variantını təqdim edir:

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu birgə hazırlayıb. “Azərbaycan dilininorfoqrafiya qaydaları” layihəsi Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Layihə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.

On minlərlə İKT mütəxəssisinə ehtiyac olacaq - Universitetlər kadr hazırlayırmı? - VİDEO

5a1ece23b07d0_9223.jpg

Hazırda Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologyaları üzrə 1500-ə yaxın mütəxəssis var. Amma yaxın gələcəkdə bu sahə üzrə on minlərlə mütəxəssisə ehtiyac olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Ölkəmizdə rəqəmsal iqtisadiyyat sürətlə inkişaf etdiyindən bu sahənin mütəxəssislərinə də ehtiyac artacaq.

32 -dən səhifə 34

Əlaqəli xəbərlər