Qəbul imtahanlarının vaxtı açıqlandı - Siyahı

imtahan-2019.jpgDövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

Tələbələrin köçürülməsi (transfer) başladı – 1 həftə vaxt var

rus telebeAzərbaycanda bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

DİM-in materiallarını sosial şəbəkələrdə pulla satanların adları açıqlandı

dovlet imtahan merkezi dimDövlət İmtahan Mərkəzi qurumun intellektual mülkiyyətindən qanunsuz istifadə edənlərə xəbərdalıq edib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşmışlar.

Dövlət Gömrük Komitəsinin Akademiyası – 7 il

DGKA.JPGDövlət Gömrük Komitəsinin Akademiyası 7 yaşını qeyd edir.

Araz.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli sərəncamına əsasən yaradılmış Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Abituriyentlər üçün vaxt daralır: yeni qəbul qaydaları nəticəyə necə təsir edəcək?

imtahan yeni

2 ay sonra başlayacaq buraxılış imtahanlarının nəticələri də önəmli olacaq...

Məlum olduğu kimi,  2019-cu ildən ali məktəblərə qəbul, həmçinin orta məktəblərin IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsas səbəb orta məktəbdə tədrisdə tətbiq edilən dəyişikliklər, kurikulumların tətbiqi, orta məktəb dərsliklərinin yeni tələblərə uyğunlaşdırılması və ən nəhayət, bu dəyişikliklərin meydana çıxardığı biliyin qiymətləndirilməsi üçün lazım olan yeni qaydalar oldu.

6 -dən səhifə 20

Əlaqəli xəbərlər