Gömrük Akademiyasının tələbələri Makedoniyada beynəlxalq yay məktəbində iştirak edəcəklər

logo DGKAAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasının 3-cü kurs tələbələri Eldar Əliyev və Murad Hacıyev 13-19 iyul 2019-cu il tarixlərində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində keçiriləcək “Fərqlilik yarat: rəqəmsal hüdudları aşaraq biznes işində necə nailiyyətlər əldə etməyi öyrən” beynəlxalq yay məktəbində iştirak edəcəklər.

ELMİ ƏSASLARLA HƏYATA KEÇİRİLƏN ƏHƏNG İSTEHSALI PROSESİNDƏ GENİŞ TƏTBİQ OLUNAN METODLAR -- TƏLƏBƏ SÖZÜ

WhatsApp Image 2019-07-04 at 03.28.01.jpegDünyanın qabaqcıl ölkələri sırasındakı Azərbaycanın dağ-mədən və kimya sənayelərinin sürətlə inkişaf etməsi, mineral-xammal ehtiyatları əhəmiyyətinin durmadan artması onun iqtisadi qüdrətindən xəbər verən əsas amillərdəndir. Ölkə ərazisində illərdi yaradılan mineral-xammal bazasının mövcud vəziyyəti, göz önündəki möhtəşəm uğurları, aydın görünən perspektivləri bu sahəyə, milli və xarici investisiyaların cəlb olunması ilə, dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açıb. İndi, karbоhidrоgеn еhtiyatlarla zəngin Azərbaycanda həyata keçirilən və hər biri özünün müxtəlif həcminə, əhatəliyinə görə fərqlənən bütün texnogen proseslərin dövlətin iqtisadiyyatına və əhalisinə faydası danılmazdır. Bütün bunlar, bu istiqamətli nəhəng layihələrin icrasına start verildiyi gündən həyata keçirilən prоsеslər zamanı özünü açıq-aydın büruzə verir.
Bu yerdə, onu da qeyd etmək vacibdir ki, dağ-mədən və kimya sənayelərinin inkişafının dövlətə və əhaliyə faydası ilə yanaşı, ətraf еkоlожi və sоsial mühitlərə zərərləri də danılmazdır. Məhz buna görədir ki, təbii sərvətlərdən istifadənin fəsadlarını azaltmağın vacibliyi, onun yaranma səbəbləri, ondan çıxış yolları, eləcə də ətraf mühitin qorunmasının, insanların sağlamlığının və cəmiyyətin təhlükəsizliyinin səmərəli şəkildə təminatı məqsədilə, təbiəti-mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində vahid elmi-texniki siyasətin həyata keçirilməsi və mühüm mühafizə tədbirlərinin görülməsi dövlətimizin bütün milli proqramlarında əsas məsələ kimi qarşıya qoyulur.

Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir

logo DGKAAzərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur. Belə ki, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub.

Gömrük Akademiyasında magistraturaya qəbul aparılır

DGKA-magistr.jpg

2019/2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılır. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilir.

2 -dən səhifə 22

Əlaqəli xəbərlər