Kollec məzunlarının universitetə qəbul müəmması...

kollec-telebe.jpgÖtən il "Təhsil haqqında" Qanunun 22-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən kollec məzunları ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul imkanından yararlana bilərlər. Hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunduğundan, subbakalavr təhsili alan şəxslərin ali təhsil müəssisəsinə qəbul olmaq üçün yenidən müsabiqə mərhələsini keçməsinə ehtiyac yoxdur. 

Gömrük Akademiyasının tələbələrinin məruzələri beynəlxalq konfransda

logo DGKARusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilmiş “İqtisadi təhlükəsizliyin və gömrük tənzimlənməsinin problemləri: səmərəli həllərin axtarışı” mövzusunda 4-cü beynəlxalq elmi-praktiki konfransın təşkilatçıları Rusiyanın Cənub Ural Dövlət Universiteti, Ali İqtisadiyyat və İdarəetmə Məktəbi, Cənub Ural Ticarət-iqtisadi Palatası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Çelyabinsk gömrüyü olublar.

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib

01.JPGDövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart - 6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.

13 -dən səhifə 30

Əlaqəli xəbərlər