Abituriyentlər üçün vaxt daralır: yeni qəbul qaydaları nəticəyə necə təsir edəcək?

imtahan yeni

2 ay sonra başlayacaq buraxılış imtahanlarının nəticələri də önəmli olacaq...

Məlum olduğu kimi,  2019-cu ildən ali məktəblərə qəbul, həmçinin orta məktəblərin IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsas səbəb orta məktəbdə tədrisdə tətbiq edilən dəyişikliklər, kurikulumların tətbiqi, orta məktəb dərsliklərinin yeni tələblərə uyğunlaşdırılması və ən nəhayət, bu dəyişikliklərin meydana çıxardığı biliyin qiymətləndirilməsi üçün lazım olan yeni qaydalar oldu.

Dövlət İmtahan Mərkəzi yeni layihəyə start verdi –"Videodərs”lərdən necə yararlanmaq olar?

dovlet imtahan merkezi dimDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sosialyönümlü yeni layihəyə start verilib.

Araz.az DİM-ə istinadən xəbər verir ki, layihəyə əsasən fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “videodərs” formasında təqdim ediləcək.

Məlumata görə, “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq:

Dövlət Gömrük Komitəsinin Akademiyası Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək

Copy of 22-01-2019-01.jpgDövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Roger Herman ilə görüşüb.
DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Araz.az-a verilən məlumata görə, Qulu Novruzov Akademiya haqda məlumat verərək, Prezident İlham Əliyevin sərəncamı ilə 24 yanvar 2012-ci ildə yaradılan ali təhsil ocağının 2014/2015-ci tədris ilində ilk dəfə tədrisə başladığını və 2018-ci ildə ilk məzunları olduğunu bildirib. O, növbəti tədris ilində gömrük fəaliyyəti ilə bağlı olan digər müvafiq ixtisaslar üzrə də qəbulun həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

ADU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

15470230773429151236_1000x669.jpg

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Araz.az xəbər verir ki, əvvəlcə universitetin rektoru, akademik Kamal Abdulla mediaturda iştirak edən təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə rektor qış imtahan sessiyasının təşkili ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, ehtiyac yarandığı halda əlavə vaxt ayrılmasının nəzərə alınması müəyyənləşdirilib.

19 -dən səhifə 32

Əlaqəli xəbərlər