Akademiyanın institutlarından birinə Cəlal Əliyevin adı verilə bilər

40467.jpg

Araz.az bildirir ki, Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Akademiyanın Rəyasət Heyətinin iclası keçirilib.

bildirir ki, iclasda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib. 

Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edən BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatlar aparılıb: "Bunlardan 6 iş və 468 mərhələ tamamlanıb. Bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib".

O, hesabat dövründə Botanika İnstitutunun alimləri tərəfindən Qafqaz və Azərbaycan florasına aid yeni bitki növlərinin aşkarlandığını bildirib.

Məruzə dinlənildikdən sonra təsdiqlənib, mühüm nəticələr bəyənilərək AMEA-nın illik hesabatına daxil edilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova institutda aparılan elmi-tədqiqat işləri haqda məlumat verib.

Akademik iclasda kollektiv adından rəhbərik etdiyi instituta akademik Cəlal Əliyevin adının verilməsini təklif edib.

AMEA prezidenti, akademik Akif Əlizadə təklifə müsbət yanaşıb, məsələnin müzakirə ediləcəyini vurğulayıb.PRESSDAY.az 

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor rəzaləti - Şəhər Təhsil şöbəsinin müdiri Nizami Namzovun isə ərizəsi alınıb

1516903037_aaaaaaaaaaaaaa.jpg

Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır - bir qutu 5 manat.

Sumqayıtdakı mənbədən 9 saylı şəhər tam orta məktəblə bağlı daxil olan məlumat ilk baxışdan təhsil müəssisəsinin yeni təyin olunmuş direktoru Həqiqət Abdullayevanın ölkə qanunlarını çeynədiyi təəssüratını yaradır. Mənbənin bildirdiyinə görə şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov tərəfindən 9 saylı tam orta məktəbə direktor olaraq yeni təyin olunmuş Həqiqət Abdullayeva təyinatının mürəkkəbi qurumamış bazar qiymətlərini də bu təhsil müəssisəsinə gətirib. Şagirlər üçün nəzərdə tutulmuş Böyük Summativ Qiymətləndirməni 2 manat civarında “qiymətləndirən” direktor bu məbləği ödəməyən şagirdə qiymət yazılmamsı tapşırığını verib. Lakin bununla da kifayətlənməyən xanım direktor məktəbdə çalışan müəllimlərin onsuzda az olan maaşına da əl qoyub. Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır - bir qutu 5 manat. Əslində bir müəssisədə bu qədər qanuna zidd məsələ bəsdir deyib, məlumatı bu anda bitirməkdə olardı. Lakin adam sadəcə suç makinası. Belə ki, təhsil müəssisəsinin şəratinin imkan vermədiyi halda fakultətiv fərdi məşğələlər haqqında əmr verib, həmin dərsləri yanvar ayından müəllimlər arasında bölüb. Əslində burada qeyri – adi nə isə olmazdı. Əgər Həqiqət Abdullayeva bu məsələni də pula çevirməsə idi. Məlumatı verən mənbə qeyd etdi ki, məktəb direktoru məşğələləri aparacaq müəllimlərə də konkret məbləğ müəyyən edib. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, bir müddət öncə direktor müavini vəzifəsindən qərəzli şəkildə azad edilən müəllimin yerinə Təranə adlı müəllimə təyin edilib. Hal–hazırda sabiq müavinlə Təhsil şöbəsi arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt Təhsil şöbəsinin müdiri Nizami Namazov sabiq müavinin işinə bərpa olunmasına ciddi cəhdlərlə mane olmaqdadır. Elə buna görə də haqqında çıxarılan qərardan Appelyasiya şikayəti verəcəyi - qeyd edilir. Mənbənin "BakuNews"a verdiyi məlumata görə, Təhsil şöbəsinin müdiri yeni təyin olunmuş Təranə adlı xanımdan direktor müavini görəvi üçün 10.000 manat civarında “şirinlik” aldığı mütləq şəkildə ifadə edilməkdədir. Lakin informasiyalar bununla da bitmir. Mənbənin bildirdiyinə görə Nizami Namazovun Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri görəvindən alınması üçün artıq ərizəsi də alınıb. Bu isə Nizami Namazov tərəfindən 5000 manat alınaraq müddətli müəllim ştatına götürülən yüzlərlə müəllimin ciddi təşvişinə səbəb olub. Post –Namazov dövrü bu müəllimlərin nəinki görəvlərinn sonu, o cümlədən vermək məcburiyyətində qaldıqları 5000 manatın da...

Bizi izləyin.

Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqelərini dərc etməyə hazırdır.
BakuNews.Tv

"Bu nə məntiqdir, nə yekəxanalıqdır? - Təhsil ekspertindən sərt açıqlama...

114055.jpg

Araz.az bildirir ki, ”Təhsil İdarəsindən məktəb direktorunun ölümü ilə bağlı rəsmi açıqlamada bildirilir ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Lakin rəsmi açıqlamada açıqlanmır ki, əvvəlcədən belə bir razılaşdırma olub, ya olmayıb, olubsa kiminlə olub. Açıqlamada həmçinin “tədris prosesinə maneçilik”, “peşəkar yanaşma və qarşılıqlı hörmət” müstəvisindəki proseslərə də qiymət vermək bir yana, adi münasibət belə bildirilmıyib. Daha bunun nəyi açıqlama oldu? Halbuki, bu kimi detallara əhəmiyyət verməmək, bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir. Jurnalistin informasiya əldə etmək hüququna malik olması, heç də onun təhsil müəsəsində ajiotaj yaratmaqla, tədris prosesini pozması, mətbəxə və ya tualetə "soxulması" anlamına gəlmir. Məktəbin hər cür yersiz və əsassız təsir və müdaxilələrdən mühafizəsi və müdafiəsi qeyd-şərtsiz təmin edilməlidir. Bir də ki, dövlət televiziyasi olduğu halda, özəl kanalın meydana atılıb “can-fəşanlıq” etməsini necə başa düşmək olar? Hər hansı bir aidiyyatı yoxlama üçün səlahiyyətli rəsmi dövlət qurumları var... “ 
 
Bir müddət əvvəl isə bu ATV- nin jurnalisti "“Saytlar niyə qaşınır?”" sualı ilə çox etikasız bir açıqlama vermişdi.
 
ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı qəribə açıqlama verib.
 
Verilişin aparıcısı direktorun ölümü haqda bunları deyib:
 
"Onun ölümünün mənə nə aiddiyyəti? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”.
 
Qeyd edək ki, mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib. Verilişin aparıcı Azər İsmayılov direktorun ölümündə ittiham olunur.
 
Belə çıxır ki, bunun bir jurnalist kimi istədiyi kəsdən informasiya almaq hüququ var, digər jurnalistlərin bundan informasiya almaq hüququ yoxdur. 
“Saytlar niyə qaşınır?” ”“ bu nə məntiqdir, nə yekəxanalıqdır, bu nə mədəniyyətdir?
 
Nadir İsrafilov, tanınmış təhsil eksperti
Moderator.az

300 saylı məktəbin direktoru İradə Xəlilova “nataraz ailə” adlandırdığı şagirdi polisə verdi

1517052849_1517048959_b_550_325_16777215_00_images_xeber_sekilleri_24yanvar2018_irade-polis-696x352.jpg

Təhsil xalqın gələcəyidir. Bu bir həqiqətdir. Ancaq o da acı bir həqiqətdir ki, xalqın gələcəyini məhv etmək üçün hər cür oyunlardan çıxan oyunbazlarda az deyil. Əvvəlcə onu qeyd etməliyik ki, Mikayıl Cabbarovun Təhsil Nazirindən Vergilər Nazirliyinə transfer olması və hələ də indiyə qədər həmin posta təyinat aparılmaması “başsız” qalan təhsilimizin başına “corab hörən” məktəb direktorlarının əl-qolunu da genişləndirib. Hər cürə qanunsuz əməllərlə məşğul olan məktəb direktorlarından biri də Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilovadır.

Araz.Az xəbər verir ki, RealMedia.az-ın redaksiyasına Sevda Qurbanova tərəfindən şikayət məktubu daxil olub. O, şikayət məktubunda məktəbin direktoru İradə Xəlilovanın misli görünməyən, ağıla sığmaz əməllərindən gileylənir. O, yazır ki, övladı Qurbanov Rəvan Seymur oğlu 9 “C” sinifinin şagirdidir. Lakin məktəb direktoru İradə Xəlilova heç bir səbəb olmadan onu Binəqədi rayon 6 –ci polis bölməsinə verib. İradə Xəlilova öz şikayətini belə əsaslandırıb ki, şagirdin davamiyyəti aşağıdır, o tez-tez dərsdən yayınır. Burda da qəribə bir mənzərənin şahidi oluruq. İlk dəfədir ki, görürük şagird dərsdən yayındığı və ümumiyyətlə məktəbə getmədiyinə görə polis şöbəsinə şikayət edirlər. Adətən görmüşük ki, daxili nizam intizamı pozduğuna görə, məktəbdaxili cəzalandırılır. Məsələn, dərsdə iştirak etmədiyi üçün,ona qayıb qoyulur və sinfdə saxlanılır. Daha bu hallara görə şagirdin polisə verilərək məhşəl əyağına çəkilməsini görməmişik. Amma İradə Xəlilova öz təcrübəsində bunu da bizə göstərdi.
Digər tərəfdən görmüşük ki, şagird dərsdə özünü yaxşı aparmasa, belə deyək “nadinclik” edərsə valideyin iclası keçirlərək bu haqda onun valideyninə irad bildirilməlidir. Marqlıdır ki, Rəvan Qurbanov dərsə gəlmədiyi halda sinif rəhbəri və direktor tərəfindən bu haqda onun valideyninə xəbər verilibmi? Və yaxud şagir məktəbə gəlmədiyi halda bircə dəfə də olsun direktor və müəllim maraqlanıbmi ki, şagirdi niyə və nə səbəbə məktəbə gəlmir?..
Məktəb direktoru hələ bu azmış kimi, şagirdin üzünə qarşı “siz nataraz ailəsiniz” deməklə ailəsindəki ziddiyyətləri qabarıq şəkildə başına qaxınc edərək onu sinif yoldaşlarının yanında alçaltması heç bir halda müəllimə(yə),ələlxüsusda məktəb direktoruna yaraşmır. Məktəbdə bir ailədir. Heç də əbəs yerə deyilməyib ki, uşağın ikinci valideyini onun müəllimidir. Əyri və düz yolu şagirdə məhz elə müəllimi öyrədir. Görünür, İradə Xəlilova 9-cü sinif şagirdinə “nataraz ailə” deməklə bu sözün onun psixologiyasına necə mənfi təsir etdə biləcəyini düşünməyib. İradə Xəlilova sevinməlidir ki, nə yaxşı ki, şagird intihar etməyib.

P.S.Məsələ ilə bağlı adıçəkilən məktəblə telefon əlaqəsi saxladıq. Zəngimizə cavab verən şəxs adını açıqlamasa da, bizə bildirdi ki, Rəvan Qurbanov adında şagird bu məktəbdə təhsil almır. Ancaq telefonun trupqasını qulağında bir qədər kənara tutaraq yanındaki kiməsə xırda pıçıltıyla “Rəvanın anası jurnalistlərə şikayət edib” deməsinə də duyduq. Əmin olduq ki, bu məktəbdən bizi də aldadırlar. 
Mövzuya qayıdacağıq.

Təcili!!! YENI TƏHSİL NAZIRI POSTUNA KİMİN GƏTİRİLƏCƏYİ ACIQLANDI – Xanım deputatın müdhiş dosyesi

1516905629_1516890376_5.jpg

Təhsil naziri portfelini əldə etmək üçün ən şanslı namizəd deputat Sevinc Fətəliyevadır

Araz.az bildirir ki, bu barədə FİA.Az-ın mediaya istinadla yaydığı xəbərə görə, Sevinc Fətəliyevanın təhsil naziri təyin olunması ilə bağlı prezident sərəncamı imzalana bilər. 

Fətəliyeva başqa namizədlərdən fərqli olaraq, bu posta iddiasını ortaya qoymayıb və bu etimad ona ölkə rəhbərliyi tərəfindən göstərilir. 

Son günlər təhsil nazirinin kim olacağı ictimaiyyət arasında və mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir. Bu xəbəri pia.az yazıb. 

S.Fətəliyeva adı biznesdə, qalmaqalda çəkilməyən millət vəkilidir. O, AŞ PA nümayəndə heyətinin üzvüdür. Hakimiyyətin fəal deputatlarından sayılır. 

İqtisadçı Qubad İbadoğlu yazmışdı ki, böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. 

Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır

1979 təvəllüdlü Sevinc Fətəliyeva Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatıdır. 

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiridir. 

2015-ci ildən AŞPA-nın Avropa sosial xartiyası üzrə Alt-Komitəsinin sədr müavini və AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi vəzifəsində işləyir. 

AŞPA-da Azərbaycanı uğurla təmsil edən deputatlardan biridir. 

Sevinc Fətəliyeva Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Təhsil sahəsində 14 illik pejoqji fəaliyyəti var. 

2003-cü ildən Bakı Slavyan Universitetində (BSU) çalışan Sevinc Fətəliyeva 2006-cı ildən bu universitetin İngilis dili filologiyası kafedrasının müdiri vəzifəsində çalışır və filologiya elmləri namizədidir.

Məlum sərəncamdan sonra ölkə mətbuatında və sosial şəbəkələrdə yeni təhsil nazirinin kim olacağı barədə müxtəlif fikirlər səsləndirilir. 

Səsləndirilən fikirlər arasında təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir. 

Bir çox təhsil üzrə ekspertlər də məhz Məleykə Abbaszadənin yeni təhsil nazirinə ən ideal namizəd olduğunu bildirirlər.

Təhsil nazirinin kim olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Bu, əlbəttə ki, prezidentin səlahiyyətində olan bir məsələdir. Yəni təhsil strateji sahə olduğuna görə hesab edilir ki, burada daha çox intellektual səviyyəsi, idarəçilik qabiliyyəti yüksək olan şəxsin üzərində dayanılsa, daha yaxşı olar. 

Təhsil sahəsində islahatlar artıq başlayıb və bunun davamı mütləq olmalıdır. Qarşıda çox ciddi hədəflər var. Bu hədəflərə çatmaq üçün həmin islahatların rasional davamı vacibdir. 

Təhsil Nazirliyi sistemində də çox qabiliyyətli insanlar var. Eyni zamanda bu gün bütün cəmiyyət hiss edir ki, islahatçı rektorlar da artıq görsənir.

Çox qısa bir vaxtda rəhbərlik etdiyi ali məktəbin sıçrayışlı inkişafına səbəb olan, idarəçilik gətirən bir neçə ali məktəb rektoru da var. 

Hər halda prezidentin kadr seçimi bu sahədə də düzgün olacaq və Azərbaycan təhsilinin gələcək inkişafına həmin seçim öz töhfələrini verəcək.

Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə keçmiş nazir Mikayıl Cabbarovun uğurlu layihələrə imza atdığını və gələn şəxsin də bu layihələri davam etdirməsini istədiyini demişdi: 

“Mən təhsil işçisi kimi Məleykə Abbaszadənin, Misir Mərdanovun və Nərgiz Paşayevanın bu posta layiq olduğunu düşünürəm. 

Çünki bu insanlar təhsil sistemində işləyən insanlardır. Bu şəxslər təhsilimizin Avropa standartalarına uyğun qurulmasında, onun tələbləri baxımından inkişafında müəyyən xidmətləri olmuş insanlardır”.

20 -dən səhifə 23

Əlaqəli xəbərlər