DIQQƏT!!! DİQQƏT!!! YÜZLƏRLƏ VƏTƏNDAŞA MƏTBUAT SURASININ ADIYLA SAXTA VƏSİQƏ PAYLANIB - Hər bir vəsiqə 500 1000 manata!

1517597707_27459312_838384613000222_2082378867021194538_n.jpg

Araz.az xəbər verir ki, son bir neçə aydır ki, ölkədə reket fəaliyyətlə məşğul olan “jurnalist”lərlə bağlı davamlı tədbirlər görülür. Lakin bütün bunlara baxmayaraq görülən tədbirlər reket “jurnalist”lərə “dur” deyə bilməyib. Mütəmadi olaraq, belə fəaliyyətlə məşğul olan şəxslərin əməlləri üzə çıxır. Ən dəhşətli fakt isə aşagıda dərc etdiyimiz foto-faktdır. 
Şəkildə gördüyünüz bu vəsiqə Habil Tagıyev adlı istifadəcinin fesebok səhifəsində yayılıb. Bildirilir ki," bu vəsiqə Ağdamda bir aptek müdirəsinə 500 manata satılıb.(Aldığımız məlumata görə yüzlərlə belə vəsiqələr paylanıb) Müddəti də 4 il. Xanım müdirəyə də tapşırıblar ki, bu vəsiqə daşdan keçən vəsiqədir, hansı jurnalist gəlsə qəbul etməyin( öz nömrəsini də qoyub ki, gələn olsa bu nömrəyə zəng edin) Çünki, bu vəsiqə şəkildə gördüyünüz kimi, Mətbuat Şurasının sədri cənab Əflatun Amaşovun sədri olduğu bir təşkilatın vəsiqəsidir."
Vəsiqənin "etibarlılıgı" ücün Əflatun Amaşovun saxta imzası da qoyulub.

Qeyd edək ki, adı dələduzluqda hallanan Qaynar-Xətt.az saytının təsisçi Fəxrəddin Əhmədov ,direktoru Zaur Əhmədovdur.

Araşdırmamız davam edir.
DIQQƏT!!! DİQQƏT!!!  YÜZLƏRLƏ VƏTƏNDAŞA MƏTBUAT SURASININ ADIYLA SAXTA VƏSİQƏ PAYLANIB - Hər bir vəsiqə 500 1000 manata!
Qaynarxett.az

Laçınla FOTOSÖHBƏT

lacin1516706469.jpg

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi ölkəmizin ən qədim insan məskənlərindəndir. Ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.


Araz.az-ın xəbərində deyilir ki, Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək nadir abidələrdəndir. Bununla yanaşı, rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr),  Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq  qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə  X-XIX  əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr  öz memarlıq üslubu ilə  qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. 

Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olub.


Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü “məğrurluq” mənasını bildirir.


Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalıb. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min  başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.

Hazırda düşmən işğalında olan Laçının fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən laçınlı olan,  Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl şərh edib.

Sarı Aşığın abidəsi

Laçın rayonu, Kommunist küçəsi

Ağoğlan məbədi

Tarix Diyarşünaslıq müzeyi

 

Laçın qəbirsanlığı

 Həkəri çayı üzərində körpü

 

Qayğı qəsəbəsi (işğaldan əvvəl və sonra)

Hüsülü kəndində Həmzə Soltan sarayı

Laçın təbiəti

Seyidlər kəndində qədim körpü

Əhmədli kəndində qədim alban məbədi

 Rayon mərkəzində 1941-1945 abidəsi

Güləbird körpüsü

Pircahan kəndində körpü

Ərdəşəvi kəndi

 

Qarasaqqal sovməəsi


Varazqun məbədi

Bozlu kəndi

Sarı Aşıq məqbərəsinin açılışı

Məlik Əjdər türbəsi

Laçın şəhər 1 saylı məktəbi

 

Sovet İttifaqi Qəhrəmanı Əvəz Verdiyevin abidəsi

Minkənd İstisu

Minkənd həftəbazarı

Minkənd İstisu

Quşçu kəndində bulaq

Modern.az

İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

azn-100-azerbaijani-manats-1.jpg

“Manatın üzərindəki imza məsələsi 1992-ci ildən müzakirə edilir”.

İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

Araz.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, hələ o dövrdə Elman Rüstəmov Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini idi. Bəzi simvollar dəyişilsə də Elman Rüstəmovun imzası manatın üzərində saxlanılır. Yəqin ki, Elman Rüstəmov vəzifədən gedərsə müəyyən müddətdən sonra yeni manatlar dövriyyə buraxılan zaman imza da dəyişiləcək. Əlbəttə bu təcrübə təkcə Azərbaycanda eyil digər ölkələrdə də mövcuddur”. 

İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Elman Rüstəmov vəzifəsində kənarlaşarsa yəqin ki, manatın üzərindəki imza da dəyişiləcək. Bu da keçiriləcək sonuncu seçkidən sonra bilinəcək. Seçkidən sonra Mərkəzi Banka rəhbər kim seçiləcəksə yəqin ki, manatın üzərində də onun imzası olacaq. Başqa dövlətlərdə də bu cür təcrübə mövcuddur. Köhnə əskinaslar istifadə vaxtını tamamladıqdan sonra dövriyyədən çıxarılacaq. Yeni manatlar dövriyyəyə buraxılacaq. Bununla bağlı mən inanmıram ki, hər hansı problem yaşansın. Çünki manatın üzərində kifayyət qədər mühafizə elementləri var. Bu mühafizə elementləri imkan verir ki, imzanın fərqliyindən aslı olmayaraq manatın saxtalaşdırılmasının qarşısı alınsın”. Big.az

Dünyanı heyran edən 9 fiziki qüsurlu insan – FOTO

Dünyanı heyran edən 9 fiziki qüsurlu insan – FOTO

Araz.az 1news.az xəbər saytından əldə etdiyi məlumatda deyilir ki,fiziki cəhətdən qüsurlu olan insanlar gündəlik həyatda bir çox problemlərlə qarşılaşır. Lakin sadalayacağımız qəhrəmanlar bütün dünyaya sübut etdilər ki, əlinin və ya ayağının olmaması heç də hər şeyin sonu deyil.

1. Keyt Foster, gimnast (17 yaş)

 2011-ci ildə kəskin miyeloid leykoz xəstəliyindən 17 yaşlı gimnast ayağını itirir. Lakin əməliyyatdan 3 il sonra Keyt yenidən idmana qayıdaraq məşqlərini davam etdirir. Ötən il Keyt yarışlarda iştirak edib və bu günədək digərləri ilə eyni dərəcədə çalışır.

2.Cessi Kuinn, fitnes-model (24 yaş)

Doqquz il öncə Cessi xərcəng xəstəliyindən ayağının itirir. Lakin yaşadıqlarına baxmayaraq o, depressiyaya qalib gələrək Instagram-ın ən uğurlu bloggerlərindən birinə çevrilir. Hazırda Cessi fəal həyat tərzi yaşayır: üzgüçülük və qaçmaqla məşğuldur, eləcə də Nike firmasının layihələrində iştirak edir.

3. Sergey Kutovoy, fitnes-blogger (21 yaş)

Keçirdiyi qəza nəticəsində Sergeyin ayaqları kəsilir. Həmçinin o, uzun müddət artıq çəkidən əziyyət çəkirmiş. Xəstəxanada qaldığı müddətdə onun çəkisi 101 kiloqrama çatır. Lakin bütün bunlara baxmayaraq o, bütün iradəsini toplayaraq idmanla məşğul olmağa başlayır. Hazırda Sergey Instagram-ın fəal istifadəçilərindəndir. O, firnes-model olmaq istəyir. Ən bəyük arzusu isə paralimpiyada iştirak etməkdir.

4. Paola

2014-cü ildə Paolanı maşın vurur. Qəza nəticəsində onun ayağı kəsilir. Lakin protez sayəsində o, hamı kimi adi həyat yaşaya bilir. Paola rəqs və fitneslə məşğuldur, eləcə də at minməyi də bacarır. Ən önəmlisi isə Paola öz qüsurundan utanmayaraq şort da geyinir.

5. Cessika Van Zeyl, ictimai fəal (23 yaş)

Nadir xəstəliklərdən olan melanomaya görə tələbə qız görmə qabiliyyətini itirir. Əgər onun gözü əməliyyat olunmasaydı xərcəng bütün bədəninə vüsət edərdi.

6. Kanya Sesser, idmançı, model (25 yaş)

Ayaqları olmadan doğulan Kanyanın anası onu buddistlərin məbədi önünə qoyur. 5 yaşı olarkən o, övladlığa götürüldüyü valideynləri ilə birgə ABŞ-a gələrək, burada model olmağa başlayır. Hazırda o, Paralimpiya-2018-də iştirak etmək üçün ciddi surətdə idmanla məşğul olur.

7. Rebekka Marine, model (30 yaş)

Qolsuz doğulan Rebekka uğurlu karyera qurmağa müvəffəq olur. Hətta 2 dəfə Nyu Yorkda moda həftəsində iştirak edir. O, tezliklə Vogue jurnalının üz qabığında fotosunun olacağına çox inanır.

8. Betani Hemilton, sörfinqist (27 yaş)

Betaninin ən sevdiyi məşğuliyyət sörfinqdir. 13 yaşında köpək balığının hücumuna məruz qalaraq qolunu itirir. Lakin yaşadığı uğursuzluqlara baxmayaraq o, məşhur idmançı, çox gözəl ana və həyat yoldaşıdır. Eləcə də o, “Qəlbin sörfçüsü” kitabının müəllifidir.

9. Nik Vuyçiç, yazıçı, natiq (34 yaş)

Bu qəhrəmanı tanımayan yoxdur. Tetrameliya sindromu ilə doğulan Nikin aşağı və yuxarı ətrafları demək olar ki, yoxdur. Lakin bütün bunlara baxmayaraq o, tam həyat tərzi sürür. Gənclik vaxtında özünə qəsd etmək fikirləri olmasına baxmayaraq hazırda o, üzməyi, kompüterdə yazmağı bacarır. Həmçinin Nik yazıçıdır. Eləcə də Nik iki övlad atasıdır. O, bütün dünyada insanlarda ruh yüksəkliyi yaradan mühazirələr oxuyur.

Əlaqəli xəbərlər