İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

azn-100-azerbaijani-manats-1.jpg

“Manatın üzərindəki imza məsələsi 1992-ci ildən müzakirə edilir”.

İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

Araz.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, hələ o dövrdə Elman Rüstəmov Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini idi. Bəzi simvollar dəyişilsə də Elman Rüstəmovun imzası manatın üzərində saxlanılır. Yəqin ki, Elman Rüstəmov vəzifədən gedərsə müəyyən müddətdən sonra yeni manatlar dövriyyə buraxılan zaman imza da dəyişiləcək. Əlbəttə bu təcrübə təkcə Azərbaycanda eyil digər ölkələrdə də mövcuddur”. 

İmza məsələsi müzakirədə: Elman Rüstəmov vəzifədən gedərsə... - Millət vəkili danışdı

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Elman Rüstəmov vəzifəsində kənarlaşarsa yəqin ki, manatın üzərindəki imza da dəyişiləcək. Bu da keçiriləcək sonuncu seçkidən sonra bilinəcək. Seçkidən sonra Mərkəzi Banka rəhbər kim seçiləcəksə yəqin ki, manatın üzərində də onun imzası olacaq. Başqa dövlətlərdə də bu cür təcrübə mövcuddur. Köhnə əskinaslar istifadə vaxtını tamamladıqdan sonra dövriyyədən çıxarılacaq. Yeni manatlar dövriyyəyə buraxılacaq. Bununla bağlı mən inanmıram ki, hər hansı problem yaşansın. Çünki manatın üzərində kifayyət qədər mühafizə elementləri var. Bu mühafizə elementləri imkan verir ki, imzanın fərqliyindən aslı olmayaraq manatın saxtalaşdırılmasının qarşısı alınsın”. Big.az

Əlaqəli xəbərlər