Avqustun 21-də Məhərrəm ayı başlayacaq

871470Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

araz.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: "Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur"

araz.az

Əlaqəli xəbərlər