BDU-nun 1-ci kurs tələbəsi qətlə yetirildi - Yenilənib

bddd.jpg

Bakı Dövlət Universitetinin tələbəsi öldürülüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.

Sabirabad rayon sakini Amil Adıgözəlov Şirvan sakini Rəşad Fətullayevi bıçaqlayıb, yaralı xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Cinayəti törətməkdə şübhəli bilinən A.Adıgözəlov saxlanılıb.

R.Fətullayev BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi imiş.

***

R.Fərzullayev 580 balla universitetə qəbul olub. Məlumata görə, ali təhsl müəssisələrində tətil olduğu üçün tələbə də evlərinə gedib. Orada atasına məxsus mağazanın qarşısında olarkən həmyaşıdı olan qonşusu Amil ondan pul istəyib, lakin Rəşad ona pul verməkdən imtina edib. Bu səbəblə başlayan mübahisə sonda ölümlə nəticələnib.



 

Əlaqəli xəbərlər