Hacı Beyləqanski 19 il azadlıqdan məhrum edildi

1595999427 haciRusiyanın paytaxtı Moskvada cinayət törətməkdə təqsirli bilinən Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi 1-ci bəndi (iki və ya daha çox insanın öldürülməsinə cəhd) və 2-ci bəndi (qətl), 222-ci maddənin 1-ci bəndi (qanunsuz silah dövriyyəsi) və 322-ci maddənin 1 -ci bəndinə (giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçmək) əsasən barəsində hökm çıxarılıb.

Asiya.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 
 
 
 
 

Əlaqəli xəbərlər