Ağsu sakini özünü və ailə üzvlərini xəstəxananın qarşısında yandırmağı çıxış yolu kimi görür

1519020256_photo_82526.jpg


 Ağsu rayon Mərkəzi Xəstəxanasında görünməmiş qanunsuzluq höküm sürməkdədir.

Araz.az xəbər verir ki, Bakunews.az-a müraciətdən rayon sakini, Anar Rəsulbəyli fiziki və əqli məhdudiyyətli olaraq doğulmuş qardaşı Rəsulov Ramal Əlifağa oğluna qarşı Mərkəzi xəstəxanada olan laqeyid münasibətdən söz açıb. O məktubunda qeyd edir ki, Ağsu rayon Mərkəzi Xəstəxanasında qanunsuzluq və vəzifədən sui-istifadə halları müşahidə edilməklə yanaşı dinc əhalinin haqqı olan məsələlərdə rüşvət tələbi yüksək yer almaqdadır. Dəfələrlə RMX-ya gedərək fiziki və əqli məhdudiyyətli olaraq doğulmuş qardaşı Ramalın əlilik dərəcəsinin verilməsini istəsədə buna heç cürə şərait yaradılmamaqdadır. Məlumatla yanaşı qeyd etmək istərdik ki, bu gün Ağsu rayonunda DSMF-nin fəaliyyətində heçdə şəfavlıq qeydə alınmayır. Bir müddət əvvəl DSMF-nin əməkdaşı Altay adlı şəxsin rüşvət qalmaqalı və media nümayəndələrinə hətta rüşvət təklifi rayonun imicinə böyük zərbələr vurmuşdur. 

Anar Rəsulov qeyd edir ki, 1983-cü il təvəllüdlü Rəsulov Ramal Əlifağa oğlu, fiziki və əqli məhdudiyyətli olaraq doğulmuşdur və bütün təbii ehtiyaclarını köməklik olmadan edə bilməyən şəxsin əlilik dərəcəsi alması o qədər müşkül məsələyə çevrilib ki, hətta arada səhvmi edirik tələbimizdə deyə düşüncələrə də qapılırıq. Qardaşı, Anar Rəsulbəyli bizə müraciət edərək bildirir ki, Rayon Mərkəzi Xəstəxanasına, əlillik sənədlərinin hazırlanması ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, xəstəxananın müvafiq bölməsinin məsul həkimi (baş həkimin müavini) Əli Hüseynov, qardaşıma düşməli olan əlillik dərəcəsini DSMF-nin həkim komissiyasında baxılmasına imkan vermir. Qardaşımın Bakıya aparılmasını, orda bir müddət xəstəxanada yatmasını tələb edir. Qardaşım Ramal Rəsulovun "Əsgərliyə hansı səbəbdən aparılmamışdır?" sualını verdikdə isə, susur və məsələyə laqeyd yanaşdığı ortaya çıxır. 

Anar Rəsulbəyli, süni şəkildə yaradılan bu problemlərin, rüşvətlə bağlı olduğunu qeyd edir və çıxış yolunu, anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq, intihar etməkdə görür. Həmçinin, həkimlərin bu cür hərəkətlərinin DSMF ilə bağlılığının olduğunu və bununla yanaşı vətəndaşlara zülm edənlərin Prezident İlham Əliyevə yalan məlumatlar verərək əhalinin hansı halda olduğundan xəbərinin olmasının qarşısını almaqda olduqların vurğulayıb. Nazir Səlim Müslümovunda məhz əslən ağsudan olması amma ağsu daxilindədə ayrı seçkilik qoyulması müşahidələrdən yan keçməyən əsaslı faktlardır. Belə ki, Səlim Müslümovun doğulub boya başa çatdığı kəndin sakinləri hər tərəfli sosil yardım və pensiyalarla təmin edilir. Amma ağsunun digər kəndlərində və şəhərində yaşayan şəxslər həmçinin digər rayon sakinləri bu cür operativ xidmətdən məhrum edilməkdədir. Görünən odur ki, Azərbaycanda Ağsunun Pirhəsənli kəndinin sakinlərindən başqa nazirliyin xidmətindən razı qalan şəxsin tapılması mümkünsüz hala çevrilib. Azərbaycanda ən böyük ünvanlı sosial yardımı belə Ağsunun Pirhəsənli kənd sakini almaqdadır. Prhəsənli kənd sakinlərinə göstərilən qayğının yarısı belə Azərbaycanın heç bir bölgəsində heç bir kəndində belə əhaliyə hiss etdirilmir.

Ağsu rayon Mərkəzi Xəstəxanasında baş verənlər ilk və sonuncu müşkül məsələlər deyildir. Şəkər diabetli xəstələrin dərmanlarının vaxtında verilməməsi dövlət tərəfindən verilən imtiyazlardan dinc əhalinin yararlana bilməməsi halları ilə tez-tez qarşılaşmaqdayıq. Bütün bunlar sakinləri ciddi narahat edən amilərdəndir. Xəstəxananın baş həkiminin müavininin qanunsuz tələbləri bitmək bilmir. Əli Hüseynovun xəstə şəxsin qanuni haqqını onun komissiyadan keçməsinə rəy verməməsinin əsas səbəbini Anar Rəsulbəyli rüşvət istəməsi ilə əlaqələndirməkdədir. Rüşvətin isə məbləği düputat maaşının iki mislidir deyə qeyd edilir...
Ağsu rayon Mərkəzi Xəstəxananən baş həkimin müavini Əli Hüseynovla bağlı müdiada yayılan məlumatlara nəzər saldıqda bu şəxsin fəaliyyəti dövründə müsbət xarakterizə edilmədiyini görmək mümkündür. Əli Hüseynov barəsində dərc edilən məqalələr məhz rüşvət qanunsuzluq kimi qeyd edilən motivli yazılardan ibarətdir.

Mövzu diqqətimizədir! 
Qarşı tərəfdə öz fikirlərini bildirə bilər

Bakunews.az

Vəkil Elçin Sadıqovun növbəti uğuru - keçmiş jurnalistlər azadlıqda

1518604775_elchin-sadiqov.jpg


 2015 -ci ildə Sabirabad rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək həbs edilən müəllimlər və sabiq jurnalistlər Kazım Cəbrayılov və Şahlar Cəbrayılov iki gün öncə azadlığa buraxılıb. Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan müəllimlərin nümayəndəsi tanınmış vəkil Elçin Sadıqov olub.

Məhkəmədən sonra araz.az-a açıqlama verən Elçin Sadıqov bildirib ki, Cəbrayılovların həbsi qanuni deyil və onlara bəraət verilməsi üçün Ali məhkəməyə kassasiya şikayəti veriləcək. Vəkil onu da qeyd edib ki, Şirvan Apelyasiya məhkəməsi bəraət verməli olduğu halda öncəki məhkəmə hökmünü dəyişməklə kifayətləndi: "Lakin bu son deyil. Biz bu qərardan Ali məhkəməyə müraciət edəcəyik. İnanıram ki, hər iki şəxsə bəraət hökmü çıxarılacaq".
Realliqinfo.org qeyd edir ki, Kazım və Şahlar Cəbrayılov Sabirabad rayonu Nizami kəndində orta məktəb müəllimi kimi fəaliyyət göstərirdilər. Həmin məktəbin direktoru Sabirabadddan Milli məclisə mandat almış Rüstəm Xəlilovun qohumudur. Cəbrayılovlar dəflərlə, Nizami kəndində Deputat Rüstəm Xəlilovun atasına heykəl qoymasına etiraz ediblər. Buna səbəb R.Xəlilovun atasının heykəlinin şəhidlərin abidəsinin qarşısında qoyulması olub. Bu etirazlardan sonra deputatın sifarişi ilə hər iki şəxs həbs oilundu. Ölkə mediasında ictimailəşən bu faktdan sonra deputatın atası Gülabba Xəlilovun heykəli texnika vasitəsilə uçuruldu və şəhidlərin abidəsinin önündə təmir işləri aparıldı.
Onu da qeyd edim ki, Kazım və Şahlar Cəbrayılovlar 2005 - ci ildən ölkə mediasında imzaları ilə də tanınmışdılar.
Realliqinfo.org 

Milan məhkəməsi Azərbaycanla siyasi korrupsiyada ittiham olunan Volonteyə bəraət verib

mehkeme-chekic.jpg


 "Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı.

Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı".

Araz.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Elxan Süleymanov deyib.

"Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm", - deyə E. Süleymanov qeyd edib.

Erməni biznesmenin başı kəsilib

img1936359.jpg


 2017-ci ilin payızında Stavropol diyarında yoxa çıxan Qevork Bazinyanın meyiti tapılıb.

 

Araz.az Rusiya mediasına istinadən bildirir ki, Kirov rayon sakininin bədənində zorakı ölüm əlaməti aşkar olunub.

O, 2017-ci ilin oktyabr ayında yoxa çıxıb. Qevork iş yerindən öz maşını ilə gedib. Bundan sonra heç kim onu görməyib.

Həmin gün axşam Bazinyana məxsus “QAZ-3302” Novopavloskdakı şəhər zibilliyinə gedən yolda, meşə zolağında aşkar olunub.

64 yaşlı erməninin ölümü ilə bağlı cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, onun bədənində işgəncə izləri aşkarlanıb: Yaralar və qançırlar. Ölümündən əvvəl onun başını kəsiblər. Polislər qətlə yetirilənin başını tapa bilməyiblər. Mənbə əlavə edib ki, əsas versiya - sifarişli qətldir.

Digər məlumata görə, Qevork Bazinyan “Apollon” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. PRESSDAY.az 

Korrupsionerin cibindən büdcəyə: 106 milyard dollar qazanc

1517670451_untitled-1.jpg


Araz.az xəbər verir ki, Səudiyyə Ərəbistanında geniş antikorrupsiya kampaniyası nəticəsində 106.7 milyard dollar əldə edilib. Məlumatı krallığın baş prokuroru bildirib.Şeyx Səud əl-Mocib deyib ki, noyabrın 4-dən bəri dindirilməyə çağırılmış 381 nəfərdən 56-sı hələ də həbsdəsaxlanılır. Qalanları isə ya iddia qaldırılmadan buraxılıb, ya da onlara qarşı irəli sürülmüş iddialarla razılaşaraq məsələni, aktivləri hesabına ödəməklə həll edəndən sonra azadlığa buraxılıblar.
 
Şeyx Mocib heç bir ad çəkməsə də, kampaniya zamanı saxlanılmış şəxslər arasında şahzadələr, nazirlər və biznesmenlərin olduğunu deyib. Son günlərdə həbsdən azadlığa çıxanlar arasında milyarder investor şahzadə Əl-Valid bin Talal və MBC Ərəb peyk televiziya şəbəkəsinin sahibi Əl-Valid əl-İbrahim də olublar.Onlar Ər-Riyadın diplomatik məhəlləsində yerləşən Ritz-Carlton Hotel mehmanxanasında saxlanılıb.Hər ikisi günahsız olduqlarını bildirib. Lakin Səudiyyə rəsmi dairələrindəki mənbələrə görə, həmin şəxslər açıqlanmayan "pozuntulara" yol verdiyini etiraf etdikdən sonra, məsələnin ödəniş etmək yolu ilə həllinə razılıq veriblər.
 
Azad edilmiş digər şəxslər arasında mərhum kral Abdullahın oğlu şahzadə Mitəb bin Abdullah da var. Deyilənə görə, o, öz məsələsini 1 milyard dəyərində sərvət hesabına həll edib. Dövlət naziri İbrahim əl-Assəfə qarşı irəli sürülmüş iddialar isə pozuntu müəyyən edilmədiyinə görə ləğv olunub.
 
Şeyx Mocib bildirib ki, iddiaları ödəniş yolu ilə həll etməkdən imtina edən 56 şəxs "digər cinayət işləri və ya istintaqın davam etdirilməsi məqsədi ilə" hələ həbs altında qalmaqdadırlar.Onların gələn ay Ritz-Carlton mehmanxanasından həbsxanaya köçürülməsi gözlənilir. Ötən həftə maliyyə naziri Məhəmməd əl-Jadaan deyib ki, antikorrupsiya kampaniyasının gedişində əldə edilmiş vəsait dəyəri 13,3 milyard olan və Səudiyyə vətəndaşlarının qiymətlərin bahalaşmasına duruş gətirməsinə yardım göstərmək məqsədi daşıyan proqram üçün istifadə olunacaq.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında antikorrupsiya kampaniyası kral Salmanın 32 yaşlı, oğlu vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə keçirilir.O, bu kampaniyanın onun, hakimiyyətini möhkəmləndirmək məqsədi daşıması barədə təhlilçilərin iddialarını "gülməli" adlandırıb. Vəliəhd bildirib ki, kampaniya gedişində həbs altına alınanların çoxu, 2017-ci ilin iyun ayında o, hakimiyyətə gəldikdən sonra ona sədaqətlik andı içiblər.
 
Maraqlıdır, antikorrupsiya adı altında Səudiyyə Ərəbistanı böhrandan bu yolla çıxırmı? Ümumiyyətlə, gedən proseslər nəyə dəlalət edir? 
 
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanında maraqlı proseslərin baş verdiyini deyib: 
 
"Əslində elit təbəqə daxilində ciddi bir mübarizə gedir. Növbəti rəhbərin kim olacağı ilə bağlı elitalar arasında ciddi mübarizənin nəticəsi kimi antikorrupsiya adı altında yeni vəliəhd Məhəmməd bin Salman bir kampaniya başlatdı. O, potensial rəqiblərini bu ad altında həbs etdirdi. Həbsdən sonra onlarla danışıqlar masasına oturdu və onların bir çoxunun aktivlərinə əl qoyuldu. Burada söhbət 100 milyard dollardan gedir. Ehtimallar var ki, bu rəqəm iki dəfə artsın. Çünki hələ həbsdə saxlanılanlar var. Yeni vəliət həmin şahzadələrin, nazirlərin və biznesmenlərin maliyyə vəziyyətini zəiflətdi. Həmçinin vəliəhd öz siyasi hakimiyyətini möhkəmləndirdi. Təbii ki, Qərbdən dəstək almadan bunu etmək mümkün deyildi. Həbs olunanların böyük əksəriyyətinin qərb dövlətlərində, o cümlədən, ABŞ-da böyük aktivləri var. ABŞ-ın Dövlət Departamenti aparılan əməliyyatı yüksək qiymətləndirdi. Belə ki, Amerika bu prosesi dəstəkləyərək Səudiyyənin yeni bir dönəmə qədəm qoyduğunu açıqladı. Qərbdən gələn dəstəyi arxasına alan yeni vəliəhd bu addımları atmaqla əlavə bir fond da yaratdı”.
 
İqtisadçı qeyd edib ki, Səudiyyə Ərəbistanı post-neft dövrünə keçidlə bağlı qərar verib: 
 
"Yaxın 12 ildə təqribən 1 trilyona yaxın investisiyalar qoyulacaq. 2030-cu ilə qədər Səudiyyənin tamamilə neftdən asılı olmayan bir vəziyyətə gətirilməsi hədəflənir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı alternativ enerjiyə ən çox yatırım qoyan ölkələrdən biridir. Səhralarda böyük günəş elektrik stansiyaları qurmağı planlaşdırırlar. Hesab edirəm ki, bu, doğru qərardır. Çünki demək olar ilin 365 günü günəşli havası olan bir ölkədə alternativ enerjidən istifadə olunmurdu. Artıq bunu həyata keçirməyi hədəfləyirlər”. 
 
Natiq Cəfərli hesab edir ki, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən yeni vəliəhd öz hakimiyyətini möhkəmlətmək üçün bu addımları atır: 
 
"Əslində Ərəbistanda korrupsiya adı altında keçirilən əməliyyatları biznesə yönəldirlər. Yəni, korrupsiya əslində biznesin yox, məmurların əməli sayılmalıdır. Belə ki, dövlət vəzifəsindən istifadə edib pul qazananlar korrupsiyaya bulaşmış sayılır. Həbs olunanların əksəriyyəti iş adamları idi. Onlar kral Məhəmməd bin Salmana müxalif düşüncədə və səudi ailəsinin daxilində gedən proseslərdə vəliəhdin əleyhinə olan insanlar idi. Bu da siyasi bir mübarizə üsulu idi. Əlavə vəsaitin olması, yeni vəliəhdə ciddi işlər görmək üçün bir fond yaratmağa imkan verdi. Kral Salmanın əldə etdiyi milyardları islahatlara yönəltməsi gözlənilir. Qərb dövləti bunu dəstəkləyir. Əslində proseslərin böhranla birbaşa əlaqəsi yoxdur. Səudiyyə anlayır ki, neft erası bitmək üzrədir və post-neft dövrünə hazırlaşmaq lazımdır. Sistemə XXI əsrə cavab verən yeni idarəetmə modeli gətirmək lazımdır. Bütün bunlar gənc krala həvalə olunub. Kral Salman Amerikada təhsil alıb. Bu da Səudiyyədə yeni bir dönəmin başlanması üçün əsas yaradır”. Qaynarinfo.az

Bakıda ilginc cinayət: 16 il əvvəl onu döyən komandirindən qisas aldı

mehkeme_0451_51517746548-300x225.jpg

Əsgərlikdə olarkən komandiri tərəfindən döyülən şəxs qisas almağı özünə söz verib. Və nə az, nə çox düz 16 il sonra komandirini Bakıda görüb və intiqam almağı planlaşdırıb. Məqsədi onu döyən keçmiş komandirini cəzalandırmaq olub. Bu işdə ona iki tanışı kömək edib. Amma onlar adam döyməkdə yox, özgənin əmlakının quldurluq yolu ilə ələ keçirməkdə də ittiham edilirlər.

Araz.az-ın musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Araz Yusifov, Qulu Səfərzadə və Mikayıl Qafarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədlriyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəvan Ağayevə qarşı quldurluq ediblər. Belə ki, onlar Rəvan Ağayevi yolda döyərək cibində olan pulunu və telefonunu götürüblər. Təqsirləndirilən şəxslər Rəvan Ağayevə yumruq, təpik, dəmir parçası və bıçaqla da zərbələr endiriblər.

Araz Yusifov və Mikayıl Qafarov elan olunan ittihamla özlərini qətiyyən təqsirli bilməyiblər. Qulu Səfərzadə isə qismən təqsirli bildiyini deyib.

Məhkəmədə zərərçəkmiş Rəvan Ağayev ifadə verib. O, deyib ki, yolda gedərkən əvvəllər tanımadığı Araz Yusifov qarşısına çıxıb.

Ona cibindən pulunun düşdüyünü deyib: “Mən aşağı tərəflə gəlirdim. Amma o mənə yuxarı yolu göstərərək dedi ki, cibimdən pulum düşüb. Mən isə ona gülərək dedim ki, yolun əks tərəfindən gəlirəm. Elə bunu deyəndə arxadan iki nəfərin də gəldiyini gördüm. Üzümü Araza tərəf döndərəndə gözümün altından bir yumruq vurdu. Başımı qaldıranda bir yumruq da gözümün üstündən vurdu”.

Rəvan Ağayev qeyd edib ki, yerə yıxılan zaman ona arxadan zərbələr də vurulub. O, iki bıçaq zərbəsi aldığını və təqsirləndirilən şəxslərdən birinin də əlində dəmir parçası olduğunu deyib. R.Ağayev cibində olan pulunun və telefonunun götürüldüyünü söyləyib.

Məhkəmədə ifadə verən Araz Yusifov bu cinayət əməlini törətmələrinin səbəbini danışarkən deyib ki, məqsədləri quldurluq edib, əmlak ələ keçirmək olmayıb.

O deyib ki, tanışı Qulu Səfərzadə ilə birlikdə Rəvan Ağayevi döyüblər:

“Həmin vaxt mən Rəvan Ağayevin sifətinə bir dəfə yumruqla vurmuşam. Onu döyməyimizin səbəbi isə mən 2002-2003-cü illərdə hərbi xidmətdə olduğum zaman Rəvan Ağayev komandir müavini vəzifəsində işləyirdi. Rəvan Ağayev dəfələrlə məni təhqir edib döymüşdü. Onun tabeçiliyində olmağımdan sui-istifadə edərək mənə qarşı təhqiredici ifadələr işlədib, döyüb. Məni döyərkən alnıma yetirdiyi xəsarətin izi bu gün də qalmaqdadır. Hər dəfə o izləri görəndə Rəvan Ağayevi xatırlayıram”.

Araz Yusifov deyib keçmiş komandirini şəhərdə görərkən ondan qisas almaq zamanı çatdığını düşünüb:

“Mən onu hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında gördüm. Bundan sonra bir neçə dəfə də onun eyni vaxtda həmin ərazidən keçdiyini görüb başa düşdüm ki, o, həmin vaxtlarda oradan işə gedir. Onu döydürüb ondan qisas almaq qərarına gəldim.

Mikayıl Qafarovdan kömək etməsini xahiş etdim. O da tanışı Quluya dedi. Bundan sonra mən Qulu ilə birlikdə gəlib “20 Yanvar” metro stansiyası yaxınlığında gediş-gəlişin az olduğu küçədə Rəvan Ağayevlə rastlaşıb onu döydük və mən həmin vaxt ondan qisasımı almaq üçün yumruqla bir dəfə onun sifət nahiyəsinə vurdum. Niyyətim yalnız hərbi xidmətdə olduğum dövrdə onun mənə yetirdiyi fiziki və mənəvi iztirabların, qismən də olsa, əvəzini çıxmaq olub”.

Araz Yusifov qeyd edib ki, hadisə zamanı Rəvan Ağayevin telefon və pulundan xəbəri olmayıb: “Heç zaman onun puluna və telefonuna əl uzatmazdım, çünki bu hərəkətləri hər şeydən əvvəl mən özümə təhqir hesab edirəm. Təbii ki, öz şəxsiyyətimə vurulan fiziki və mənəvi zərəri bağışlamadığım halda, öz şəxsiyyətimi alçaldıb əvəz çıxmaq əvəzinə 50 manatına və köhnə telefonuna tamah salmağım heç zaman ağlımdan belə keçməyib”.

Məhkəmədə məlum olub ki, Araz Yusifov bu əməlində ona kömək edən dostlarına 400 manata qədər pul da vəd edibmiş.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə onlar özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 25 iyun 2017-ci il tarixdə saat 08 radələrində Rəvan Ağayevi təqib edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən Azərbaycan Respublikası Uşaq Ankoloji Xəstəxanasının qarşısında dəmir parçası və bıçaqdan silah qismində istifadə etməklə ona basqın ediblər.

Bu hadisədən sonra ilk olaraq polis əməkdaşları Qulu Səfərzadəni saxlayıblar. Polis əməkdaşları Qulu Səfərzadədən zəng edərək Araz Yusifovu görüşə çağırmasını istəyiblər. Araz “Elmlər Akademiyası”nın qarşısına görüşə gedərkən saxlanılıb.

Məhkəmə prosesi davam edir.

İntiharların dəhşətli statistikası

42a0cce8d9ac5c72bd168bd833c40315.jpg

Ötən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib ki, onların da 495 nəfəri intihar hadisəsi ilə bağlıdır. Bu barədə birliyin direktoru Ədalət Həsənov mətbuata açıqlamasında bildirib.

2016-cı ildə isə bu rəqəm 327 idi. Rəsmi məlumata görə həmin ildə 327 intihar-tamamlanmış suisid, 470 tamamlanmamış susid qeydə alınıb. 

Ən çox intihar hadisəsi isə 2015-ci ildə olub. Həmin ildə 525 nəfər özünə qəsd edib. 

Qeyd edək ki, əhalisi hazırda 10 milyona yaxın olan bir ölkədə bu rəqəm dəhşətlidir desək, yanılmarıq. Araşdırmalar onu göstərir ki, bu ilin yanvar ayında baş verən intihar hadisələrinin sayında xeyli artım var. Təkcə yanvarın 23 və 24-də 8 intihar hadisəsi olub. İntihar edənlər isə əsasən özünü asaraq və ya kimyəvi məhlul içərək özünə qəsd edib.

Картинки по запросу İntihar

Ümumiyyətlə son vaxtlar az qala hər gün 2-3 intihar, özünə qəsd etmə xəbəri ilə rastlaşırıq. Bu cür xəbərlər artıq adi hala çevrilib. Ekspertlər qeyd edir ki, əslində getdikcə artan intihar hadisələrinin gerçək statistikası daha yüksəkdir. Hər ayda 30-40, hətta 50-yə yaxın intiharın baş verməsi ilə bağlı iddialar var. İntihar hallarının kişilərdə qadınlara nisbətən daha çox rast gəlindiyi bildirilir.

Bəs görəsən son vaxtlar az qala adi qəbul etdiyimiz özünə qəsd hadisələrinin artmasına səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə son 45 ildə intiharların sayı 60 faiz artıb. İntiharların statistikası isə demək olar ki, həm inkişaf etmiş, həm də kiçik dövlətlərdə eynidir. Məlumata görə təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır və bunun da öz səbəbləri var. Bura bioloji, psixoloji, sosial faktorlar daxil olduğu kimi, genetik meyarlar da daxildir.

Картинки по запросу Ümumdünya Səhiyyə Təşkilatı

Ölkəmizdə intiharların sayının kritik həddə çatmasının səbəbinə gəldikdə isə, ekspertlər qeyd edir ki, Azərbaycanda daha çox maddi imkansızlıqdan özünə qəsdlər olur, intihar edənlərin əksəriyyəti əhalinin yoxsul təbəqəsinə aiddir. Ən təəssüf edici hal isə odur ki, son vaxtlarda daha çox gənc anaların, ataların özünə qəsd etməsinin şahidi oluruq.

Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsi xəbəri isə bütün ölkəni sarsıtmışdı. Çünki intiharın səbəbi ailədaxili münaqişə və yaxud zorakılıqla bağlı deyildi. S.Kərimova məhz 280 manat işıq pulu borcuna görə özünə qəsd etmişdi.

Картинки по запросу Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı

Mövzu ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmova “Yeni Müsavat”a danışıb: “Doğrudur, intiharların sayı çoxdur. Lakin bu artım digər, hətta inkişaf etmiş ölkələrdə də var. İntihar az müşahidə olunan yer daha çox inkişaf etməkdə olan ölkələrdir. Bu cür ölkələrdə daha çox epidemiyalardan inşalar dünyasını dəyişir. 

Картинки по запросу psixoloq Elnur Rüstəmov


Statistika da onu göstərir ki, intiharlar inkişaf etmiş ölkələrdə daha çoxdur. Ən yaxşı inkişaf ölkələrdə bu problem artan tendensiyda davam edir. Əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur. 
Çox yaxşı olardı ki, intihar statistikası ilə bağlı mütəxəssislər araşdırma aparsın. Müəyyən olunmalıdır ki, intiharların əsas səbəbi psixoloji amillər, yoxsa ailədaxili münaqişələr və sairədir. 

Bəzən görürük ki, bədbəxt hadisə də intihar olayı kimi təqdim olunur. Və yaxud hansısa intihar hadisəsi statistikada göstərilmir, hadisənin hansısa xəstəlik ucbatında baş verdiyi bildirilir. 

Bütün hallarda maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də valideynlər yeniyetmə övladlarına qarşı diqqətli olmalıdır. Araşdırma onun göstərir ki, intihar edən şəxslərin əksəriyyəti təkrar intihara cəhd edənlərdir. Buna görə də birinci mərhələdə bu cür insanlara psixoloji dəstək mütləq lazımdır”. Musavat.com

4 -dən səhifə 11

Əlaqəli xəbərlər