Bakıda manyak həkim – ginekoloqu yandıraraq qəltə yetirdi – Polis rəisinin arvadından sensasion açıqlama

1-103-300x170.jpg

Bir müddət əvvəl boşandığı həkim arvadını öldürərək yandıran sabiq polisin xanımı ölkə başçısına müraciət edib. 
Araz.az xəbər verir ki, Zəminə Əliyevanın Criminal.az saytına da göndərilən müraciətində bir neçə gün əvvəl Şabran rayonu ərazisində aşkarlanan kişi meyiti ilə ərinin məhkum olunduğu cinayətin eyni adam tərəfindən törədilməsinə işarə edib.
Bakı-Quba yolunda yandırılmış meyit 
”Məlum olduğu kimi, 27.01.2018 tarixində Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yol kənarında şəxsiyyəti məlum olmayan, yandırılmış kişi meyiti aşkar edilib. Eyni dəst-xətt ilə, 06.07.2015 tarixində də sonradan Əliyeva Natavan Rafiq qızı olması müəyyən edilən meyit də Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində aşkar edilib və həmin fakt uzrə həyat yoldaşım Əliyev Samir Səməndər oğlu təqsirsiz olaraq həbs olunub.
Hal-hazırda da qanunsuz olaraq həbsdə saxlanılan həyat yoldaşımın təqsirsiz olduğunu, cinayəti törətməkdə ittiham edildiyi vaxt tamamilə başqa yerdə olduğunu təsdiq edən şahid ifadələri, mobil telefonun antenn dairə məlumatları cinayət işində öz əksini tapıb. Hansısa manyak tərəfindən törədilən bir cinayətin heç bir əsas olmadan həyat yoldaşımın üstündə qalmasını, eyni dəsi-xətt ilə törədilmiş Şabran rayonu ərazisində aşkar edilmiş naməlum kişi meyiti faktı da təsdiq edir.
 

Zəminə Əliyeva
Böyük ehtimallar var ki, hər iki cinayət bu və ya digər formada bir-biri ilə əlaqəlidir. Ola bilsin ki, bu cinayət ya eyni səxs tərəfindən törədilib, ya da 06.07.2015 tarixində meyiti aşkar olunmus Əliyeva Natavan Rafiq qızı cinayətini törətmiş səxsdən qisas məqsədi ilə törədilib. Xahis edirəm, bu cinayətlərin bir-biri ilə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq göstəriş verəsiniz.
Z.Əliyeva müraciətinin surətini Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Baş prokuror Zakir Qaralova da göndərib.

Mərhum Natəvan Əliyeva
Criminal.az xatırladır ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı – Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən 2 saylı doğum evində mama-ginekoloq işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilib.

Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...

1517206878_intihar.jpg

Araz.az xəbər verdiyi kimi yanvarın 24-də Ağsunun İlxıçı kəndində özünü kəndirlə asaraq intihar edən 36 yaşlı Kərimova Səbirə Tehran qızı əslində, o kəndirdən Azərbaycanın ölmüş, cansız 25 ilini asmış oldu. O kəndirdə sallanan bədənin əzabları bitdi, Azərbaycanın isə hələ davam edir...
36 yaşlı gənc qadını ipə götürən ikicə səbəb var idi: borca görə kəsilən işığı və kəsilən sosial müavinət...
Və Səbirə də öz taleyinin ipini kəsərək, ayaqlarının altındakı tableti itələməklə bu ölkənin ona yaşatdığı məşəqqətdən canını qurtararaq torpağa tapşırır. 
Eynilə Tunisdəki göyərtisatan nümunəsi, eynilə qul üsyanı...

Anaxeber.Az qeyd edir ki, onun oğlu Naxçıvanskidə hərbi təhsil alırdı ki, Azərbaycana layiqli hərbçi olsun. Əri isə həmin gün mal-heyvan dalınca getmişdi. 
Evin kiçiyi isə zilqaranlıq, zülmət, borca görə kəsilən işıqsız evin otağında anasını gözləyəndə bilmirdi ki, həyətdəki tövlədə anasının əzabları çoxdan bitib.
Cəmi 280 manata görə Azərbaycanda çıl-çiraq içində yaşayanlar, öz ailəsinə qarşı adekvat hərəkət olarsa, bəlkə də qatilə dönəcək adamlar heç bir rəva, mərhəmət hissi bilmədən, vücudlarındakı sonuncu vicdan hissini də itirərək səfalət içində sürünən Kərimovların işığını kəsib gedirlər. Və təkcə budurmu? - Yox!!!
Səbirəni intihara aparan zülmət, soyuq otaqda ümidsiz günlərinin başlaması deyildi, həm də balasının qarnını bu qışın sazağında, özü də qarlı-boranlı Ağsuda doyurmaq idi. 
Amma danışanda ağzına "çullu dovşağn sığmayan" əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun "gözəlim" idarəçiliyi nəticəsində Kərimovların sosial yardımı da kəsilmişdi. 
Vəhşilikdir! Nanəciblikdir! Dövlət məmurlarının bir yoxsul ailəyə iqtisadi terrorudur! Neft ölkəsinin vətəndaşını bədbəxt etməkdir! 
Bu özbaşınalığı yuxarı və ya aşağı ranqda kimlər edibsə, "Axırıncı aşırım"da Abbasqulu bəyin dediyi kimi - "binamusluqdur, biqeyrətlikdir!"
S.Müslümovun doğma rayonundakı kadrları onun sosial yardımını kəsəndə o zülmət, buza dönmüş daxmasında hansı qiymətli əşyanı görüb belə qərar veriblər? 
Yaxud nazirin rayona icra başçılığı edən dayısı Ənvər Seyidəliyev isti kabinetindən çıxıb bu ailənin bircə dəfə soyuducusunu açıbmı? - inanın ki, heç dəfnə də getməyib...
İcra başçısının İlxıçı kəndinə təhkim elədiyi nümayəndəsi Azad İsgəndərovun verdiyi sərsəm açıqlamaya bir baxın, sanki bu məmurun heç bir məsuliyyəti yoxdur: 
"Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib. 
Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. 

Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.
Nə gözəl, nə pakizə, nə müjdə... 
Adama deməzlərmi, icra nümayəndəsi olduğun yerdə ölmüşdünmü yoxsa öz güzəranını yaxşılaşdırmağa başın qarışmışdı deyə vaxtın olmayıb?! 
İcra nümayəndəsi kəndə təyin olunur ki, icra hakimiyyətinə vətəndaşların problemlərni məruzə eləsin. 
Amma A.İsgəndərov Kərimovların sosial yardım və işıq problemini bilə-bilə əlləri cibində kəndin o başına, bu başına gedib-gəlir, gün keçirirmiş...
Bu, qətldir. Bir ailənin məhvə sürüklənməsi, bir gənc qadının intihara təhrik olunması hadisəsidir. Kərimova özünü asmayıb, onun dərdlərinə laqeyd qalan məmurların özbaşınalığından "asılıb". 
Bu hadisəyə sosial şəbəkələrdə çox kəskin etiraz və qəzəb oldu. Amma status yazanlardan birinin cümləsi hədəfi düzgün nişan almışdı: "Başına daş düşüb Azərbaycanın..."

Anaxeber.Az qeyd edir ki, hər şey bitib. Nə Ə.Seyidəliyev, nə S.Müslümov, nə də B.Rzayev tükü tərpənəcək. Onların yaratdığı sistem, idarəçilik prinsipləri insanların faciələrinə yol açır. 
Məhz S.Müslümov onun sosial yardımını kəsməsəydi, qadın işıq pulunu ödəyərdi, balalarını yetim qoyub boğazına kəndir keçirməzdi...
O kəndir keçəcəksə, bir gün birilərinin boğazına keçməlidir. Çünki bu dərəcədə biganəlik, özbaşınalıq, qəddarlıq olmaz. 
Prezident həmişə bildirib ki, aztəminatlı, yoxsul ailələrə güzəşt olunmalıdır, onların kommunal borcları ödənməsində möhlət verilsin. 
Ancaq harınlamış məmurlar həm ailənin işığını kəsir, həm də müavinətini. S.Müslümov isə bar-bar bağırır ki, biz şəffaf fəaliyyət göstəririk. Budur sizin şəffaflığınız? 
Necə ki, Füzuli Ələkbərovun oğlu yanvarda İsmayıllını qatıb-qarışdırmışdı, indi xələfi Səlim Müslümovun yerlərdəki adamları İsmayıllıya uzaq olmayan Ağsuda Tunis nümunələrinİn toxumlarını səpirlər - seçki ilində.
Bütün bunlardan sonra S.Müslümov heç bir şəffaf sistemdən, rüşvətsiz sosial müavionət verilməsindən danışa bilməz. 
Bu yerdə Baş nazirin nəvəsi adam öldürən müavini Əli Həsənovun dediyi cümləsi yada düşür və əsl tragikomediyadır: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”. 
Elədir, çünki bir-bir ölürlər...

Anaxeber.Az 

“Mülki şəxslər məni maşına basıb polis idarəsinə aparıb döydülər” – Polisdən prezidentə şikayət

1517062128_araz.jpg

Araz.az xəbər verir ki, Araz Babək oğlu Yusifov prezident İlham Əliyevə müraciət edib. Səbəb isə polislər tərəfindən döyülməsidir.
Yasamal rayonu Salatın Əsgərova küçəsi dalan 6, ev 6. üvanında yaşayan Araz Yusifov iddia edir ki, törətmədiyi cinayəti boynuna almadığı üçün polislər onu amansızlıqla döyüblər.
"Hörmətli, cənab Prezident! Mənim narazılığım törətdiyim döymə əməlinə görə mənə açıq-aşkar əsassız olaraq quldurluq maddəsi ilə ittihamın verilməsi, istintaq zamanı hüquqlarımın kobud formada pozulması, 29-cu polis bölməsində və Yasamal Rayon Polis İdarəsində polis əməkdaşlarının zorakılığına məruz qalmağım və bununla bağlı obyektiv araşdırma aparılmamasındadır”.
Belə bir vəziyyətin yaranması isə təsadüfi olmayıb. Hər şey Araz Yusifovun tanışı ilə qisas almaq fikrinə düşməsindən sonra başlayıb.
Əsgərlikdən qalan kin
"Belə ki, mən tanışım Səfər-zadə Qulu Əli oğlu ilə birlikdə Ağayev Rəvan Xanlar oğlunu döymüşük, həmin vaxt mən Rəvan Ağayevin sifətinə bir dəfə yumruqla vurmuşam. Onu döyməyimizin səbəbi isə mən 2002-2003-cü illərdə Cəlilabad rayonunda həqiqi hərbi xidmətdə olduğum zaman həmin vaxtlar qeyd etdiyim hərbi hissədə komandir müavini vəzifəsində işləyən Rəvan Ağayevin dəfələrlə məni təhqir edib məni döyməsi olub. Rəvan Ağayevin onun tabeçiliyimdə olmağımdan sui-istifadə edərək mənə qarşı təhqir edici zorakılıqlar etməsi hərbi xidmətdə olduğum müddətdə məni fiziki və mənəvi iztirablara məruz qoyub. Onun məni döyərkən alnıma yetirdiyi xəsarətin izi bu gün də qalmaqdadır.
Araz Yusifov
Mən hərbi xidmətimi 2003-cü ildə başa vurduqdan sonra uzun illər Rəvan Ağayevlə rastlaşmamışdım. Mən onu hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində "20 Yanvar” metro stansiyasının yaxınlığında saat 08 radələrində gördüm. Bundan sonra mən bir neçə dəfə onun eyni vaxtda həmin ərazidən keçdiyini görüb başa düşdüm ki, o, həmin vaxtlarda oradan işə gedir. Mən Rəvan Ağayevi görəndən sonra onun mənə qarşı etdiyi təhqiredici və zorakılıq hərəkətləri yadıma düşdüyündən onu döydürüb ondan qisas almaq qərarına gəldim.
Bu məqsədimi mən tanışım Mikayıl Qafarova deyib, ondan mənə kömək etməsini xahiş etdim. O da tanışı Qulu Səfər-zadəni mənimlə tanış etdi və bildirdi ki, Rəvanı döyməklə Qulu sənə kömək edəcəkdir. Bundan sonra mən Qulu ilə birlikdə gəlib "20 Yanvar” metro stansiyası yaxınlığında gediş-gəlişin az olduğu küçədə Rəvan Ağayevlə rastlaşıb onu döydük və mən həmin vaxt ondan qisasımı almaq üçün yumruqla bir dəfə onun sifət nahiyəsinə vurdum”.
A.Yusifov deyir ki, buna baxmayaraq polis idarəsində ona qarşı qondarma ittiham sürüblər. "Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatında CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə istintaq olunmuş 1700 90333 nömrəli cinayət işi üzrə mənə verilən ittihama görə guya mən tamah niyyəti ilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, yəni tanışlarım Səfərzadə Qulu Əli oğlu və Qafarov Mikayıl Hüseyn oğlu ilə birlikdə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 25 iyun 2017-ci il tarixdə saat 08 radələrində Səfər-zadə Qulu Əli ilə birlikdə Ağayev Rəvan Xanlar oğlunu təqib edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən Azərbaycan Respublikası Uşaq Ankoloji Xəstəxanasının qarşısında yaxınlaşaraq üzərimdə olan dəmir parçası və bıçaqdan silah qismində istifadə etməklə R.X.Ağayevi basqına məruz qoyaraq, dəmir parçası ilə sifət və baş nahiyəsinə, sonra bıçaq ilə arxa yan nahiyəsindən bir dəfə vurub ona məxsus 400 manat dəyərində "Samsung Galaxy S5 Mini” markalı, üzərində 20 manat dəyərində "070 256 11 41” "Fəukaht” nömrəsini və cibində olan 50 manat pulunu yerdə götürüb ələ keçirərək, sonuncuya maddi ziyan vurmaqla quldurluq etmişəm. Nəzərinizə çatdırım ki, mənə elan olunan ittiham başdan-ayağa cəfəngiyyat olmaqla, əsassız və qanunsuzdur”.
Şikayətçi vurğulayır ki, Rəvan Ağayevi döyərkən heç vaxt onun əmlakını, o cümlədən telefonunu və pulunu ələ keçirmək niyyəti olmayıb: "Mənim niyyətim yalnızhərbi xidmətdə olduğum dövrdə onun mənə yetirdiyi fiziki və mənəvi iztirabların, qismən də olsa, əvəzini çıxmaq olub. Hadisə zamanı Rəvan Ağayevin ittihamda qeyd edilən telefon və pulundan mənim xəbərim olmayıb və həmin əşyaları mən görməmişəm, görsəm də belə, mən heç zaman onun puluna və telefonuna əl uzatmazdım, çünki bu hərəkətləri hər şeydən əvvəl mən özümə təhqir hesab edirəm. Təbii ki, öz şəxsiyyətimə vurulan fiziki və mənəvi zərəri bağışlamadığım halda, öz şəxsiyyətimi alçaldıb əvəz çıxmaq əvəzinə 50 manatına və köhnə telefonuna tamah salmağım heç zaman ağlımdan belə keçməyib”.
A.Yusifovun sözlərinə görə, işi aparan müstəntiq Qasım Abbasov cinayət işinin qurtarması barədə ona heç bir məlumat vermədən və məni cinayət işinin materialları ilə tanış etmədən ittiham aktını prokurora təsdiqlədib işi məhkəməyə göndərib:
"Belə ki, 15 yanvar 2018-ci il tarixdə saat 17 radələrində ittihamın qanunsuzluğu ilə bağlı Bakı şəhəri, Yasamal Rayon Prokurorluğunda qəbulda olmaq istəyərkən dəftərxanadan mənə bildirdilər ki, Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində barəmdə Azərbaycan Respublikası CM-nin 181.2.1. və 181.2.5-ci maddələri ilə istintaq olunan 170090333 nömrəli cinayət işi yekunlaşdırılmış tərtiib olunmuş ittiham aktı prokuror tərəfindən təsdiqlənib. Halbuki, mən dəfələrlə müstəntiq Qasım Abbasovla əlaqə saxlayıb işimin nə yerdə qalmasını, mənə verilən əsassız ittihamın aqibətinin necə olmasını soruşsam da, o, məni aldadaraq, hələ istintaqın davam etdiyini, məruzədən sonra əsassız quldurluq maddəsi ilə verdiyi ittihamı sağlamlığa yüngül zərər vurma maddəsinə dəyişəcəyini, ona görə də Bakı Şəhər Prokurorluğuna gedib vəsatət verməyimin lazım olduğunu bildirib. Mən verilmiş itihamın əsassızlığı ilə bağlı Bakı Şəhər Prokurorluğuna getdikdə oradan məni Yasamal Rayon Prokurorluğuna göndərdilər, Yasamal Rayon Prokurorluğunda olanda isə artıq istintaqın tamamlanıb ittiham aktının təsdiq edildiyini bildirdilər”.
Tanışı ilə görüşə gedir, onu mülki geyimli polislər qarşılayırlar
A. Yusifov deyir ki, hadisədən 5 gün sonra – 30-06.2017-ci il tarixdə saat 13 radələrində Səfər-zadə Qulu Əli oğlu telefonuna zəng edib görüşmək üçün "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığına çağırır: Mən "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığına çatan kimi mülki geyimli şəxslər mənə hücum edib məni tutub mülki maşına basaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə apardılar. Həmin şəxslər özlərini təqdim etmədiklərindən mən onların polis əməkdaşları olduğunu bilmədiyimdən telefonumla Daxiili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istədim, lakin həmin şəxslər mənim telefonumu əlimdən alıb şüşəsini sındıraraq mənə qarşı zorakılıq etməyə başladılar.
"Dalaşdığımı dedikdə onlar məni döyməyə başladılar”
Polis bölməsinə çatdıqdan sonra isə onlar məndən quldurluq cinayətinin etirafı ilə bağlı yazılan izahatı imzalamağımı tələb etdilər. Mən onlara quldurluq deyil, dalaşdığımı dedikdə onlar təpik və yumruqla vuraraq məni döyməyə başladılar. Həmin gecə məni qanunsuz olaraq polis bölməsində saxladılar, sabahı gün isə onların döyməsi nəticəsində aldığım xəsarətləri gizlətmək üçün guya yıxılıb xəsarət almağımla bağlı tərtib etdikləri sənədləri və izahatı imzalamağımı tələb etdilər, yenə də mən həmin sənədləri imzalamaqdan imtina etdim.
Bundan sonra onlar məni Yasamal Rayon Polis İdarəsinə aparıb müvəqqəti saxlama yerinə təhvil verdilər. Eynilə 17 dekabr 2017-ci il tarixdə polis idarəsində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən döyüldüm. Döyülməyimin səbəbi isə soyuq havada MSY-nin həyətinə çıxmaqdan imtina etməyim oldu. Müvəqqəti saxlama yerindən istintaq təcridxanasına təhvil verilən zaman polis əmədaşları tərəfindən döyülərkən aldığım xəsarətlər açıq-aşkar görünürdü. Ona görə də istintaq təcridxanasında mənim aldığım xəsarətlər sənədləşdirildi. Polis əməkdaşları tərəfindən döyülməyimlə bağlı dəfələrlə rəsmi şikayətlər versəm də, Yasamal Rayon Prokurorluğunda araşdırma aparan müstəntiqlər mənim xəsarətlərimi yıxılma kimi qiymətləndirərək toplanan material üzrə cinayət işinin başlanmasını rədd etdilər. Pozulmuş hüquqlarımın bərpa edilməsi ilə bağlı dəfələrlə etdiyim müraciətlərin heç bir nəticəsi olmayıb. Ona görə də Sizdən mənim pozulmuş hüquqlarımın bərpa olunması üçün qanuni tədbirlər görülməsinə göstəriş verməyinizi xahiş edirəm”. Pressclub.az

Külli miqdarda valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

4_valyuta.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdlərin qarşısını alıblar.

Araz.az-a Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Bakı-İstanbul hava reysilə getmək istəyən Türkiyə vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib.

Vətəndaş üzərində 5000 dollar olduğunu bildirsə də, onun hərəkətləri şübhə yaratdığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama nəticəsində, vətəndaşın şalvarının cibində 70 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla 7000 dollar, gödəkçəsindəki pulqabında isə 30 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla 3000 dollar, idman çantasında da 70 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla 7000 dollar, ümumilikdə 17000 (on yeddi min) dollar aşkarlanıb.

Daha bir fakt isə Bakı-Moskva reysi zamanı aşkarlanıb.

Həmin reyslə getmək istəyən Rusiya vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Lakin vətəndaş üst geyimini və şəxsi əşyalarını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında plastik qaba yerləşdirib rentgen aparatının lentinə qoyub keçərkən gömrük əməkdaşları monitorda pul əskinaslarına bənzər təsvirlər görüb. 

Bundan sonra sərnişin saxlanılaraq ona məxsus əşyalara və üzərində şəxsi yoxlama aparılması üçün gömrük zonasında yerləşən yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Rusiya vətəndaşına məxsus gödəkçənin cibindən 190 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 19 min dollar aşkar edilib. Pressday.az

Azərbaycanda insan alverinə görə beynəlxalq axtarışa verilənlər: SİYAHI

c6b4.jpg

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib. 

Araz.az bildirir ki, onlardan 5-i qadın, biri kişidir. 

Həmin şəxslərdən 4-ü "İnterpol" kanalları ilə beynəlxalq axtarışa verilib, 2-si barəsində isə Azərbaycanda axtarış qərarı çıxarılıb. 

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alverinə görə ümumilikdə 37 nəfər barəsində axtarış qərarı çıxarıb. Onlardan 2-si kişi, 35-i isə qadındır. Həmin şəxslərdən 35-i "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

Onların hamısı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham olunurlar və barələrində cinayət işi başlanılıb.

Həmin şəxslərin siyahısı:

Samirə Tahir qızı İbrahimova –1980-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib.

Məlahət Həsənağa qızı Bəşirova –1976-cı ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Elçin Asif oğlu Heydərov – 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Nətavan Ənvər qızı Bayramova – 1976-cı ildə Şəmkir şəhərində anadan olub. Şəmkir rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Sədaqət Şirastan qızı Əliyeva – 1964-cü ildə Gəncə şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Züleyxa Nüsrəddin qızı Həsənova – 1963-cü ildə Xaçmaz şəhərində anadan olub, Xaçmaz şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib.

Zenfirə Şahbala qızı Beydiyeva – 1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Zeynəb Böyükağa qızı Qədirli – 1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Nərminə Cəfər qızı Alxazova – 1964-cü ildə Zaqatala rayonunda anadan olub, Zaqatala rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Təranə Adil qızı Çakıroğlu – 1963-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilin, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Elvin Elşad oğlu Hüseynzadə – 1985-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Sevda Həsən qızı Həsənova – 1968-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Qızqayıt Rafiq qızı Hacıyeva – 1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Cinayət Məcə lləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Solmaz Ənvər qızı Əbiyeva –1969 -cu ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2014-cü ildən axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Xalidə İsa qızı Əmirova – 1965-ci ildə Yevlax şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2014-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Zülfiyyə Bəhmən qızı İsgəndərova –1979-cu ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2014-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Gülxanım Əhməd qızı Sadıxova – 1964-cü ildə Şəki şəhərində anadan olub, Şəki şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2014-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Validə Tahir qızı Quliyeva – 1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Manya Cabbar qızı Qasımova – 1963-cü ildə Qazax rayonunda anadan olub, Şəmkir şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2010-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Gülşən Cavanşir qızı Əhmədova – 1981-ci ildə Şəmkir rayonunda anadan olub, Şəmkir rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 
2010-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Ərəbzəngi Nərçə qızı Manay (Tağıyeva) – 1960-cı ildə İmişli rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şöhrət Savalan qızı Məmmədova – 1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Təranə Yengibar qızı İbrahimova – 1971-ci ildə Hacıqabul şəhərində anadan olub, Hacıqabul şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Fidan Sabir qızı Babayeva – 1982-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Amanı Müslüm qızı Əhmədova – 1975-ci ildə Şabran rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Sevinc Səfər qızı İbrahimova – 1964-cü ildə Gəncə şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Mətanət Əhməd qızı Əbilova (Həsənova) – 1963-cü ildə Göyçay şəhərində anadan olub, Göyçay şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Esmira Sabir qızı Cəfərova – 1972-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hicranə Rəcəb qızı Abdıyeva – 1969-cu ildə Quba şəhərində anadan olub, Quba şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Dostuxanım Əlövsət qızı Abdullayeva – 1961-ci ildə Salyan şəhərində anadan olub, Salyan şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Gülxanım Xudam qızı Məmmədova – 1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Ulduz Eyyub qızı Əlizadə – 1968-ci ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Yeganə Aydın qızı Mehdiyeva – 1966-cı ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Sahibə Məmməd qızı İbrahimova – 1969-cu ildə Salyan şəhərində anadan olub, Salyan şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Aybəniz Mirəddin qızı Səfərzadə – 1970-ci ildə Qəbələ rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Almaz Mirəddin qızı Səfərova – 1969-cu ildə Qəbələ rayonunda anadan olub, Qəbələ rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilibx həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Vəsilə Mərkəz qızı Eyvazzadə – 1975-ci ildə Laçın rayonunda anadan olub, Göyçay rayon sakinidir. Barəsində Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə 2004-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.(report)

SON DƏQİQƏ: DTX ŞOK əməliyyat keçirdi – DSX və XİN-in əməkdaşları tutuldu (FOTOLAR)

 

dtx_201216_01.jpg

Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilmiş və çoxsaylı cinayət faktları qeydə alınıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülmüş, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.

“Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə, ölkədə turizmin inkişafına zərər vurulması hallarının qarşısının alınması üçün bundan sonra da qətiyyətli tədbirlər görüləcək”, – deyə, rəsmi məlumatda bildirilib.

Bələdiyyə sədrləri ilə bağlı 98 iş məhkəmələrə göndərildi

1516989085_mehkeme.jpg

Araz.az bildirir ki, Azərbaycanda qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib və onların əksəriyyəti barədə işlərə baxılaraq artıq inzibati məsuliyyətə cəlb ediliblər.

Bu sözləri bu gün Ədliyyə naziri Fikrət Məmmədov keçirdiyi geniş kollegiya iclasında bildirib.

Qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62 600 bələdiyyə aktına baxılıb və Nazirliyin təklifləri əsasında 1454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 640 hektar torpaq sahəsi geri qaytarılıb. qafqazinform.az

5 -dən səhifə 11

Əlaqəli xəbərlər