Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü: AÇIQLAMA

ulviyye1.jpg

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının yanvarın 23-də Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb.

Araz.azın məlumatına görə, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində 30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 32 yaşlı tələbə qızı vurub.

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Hadisədə ölən Ülviyyə Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.(apa)

Killer əlində gül buketi biznesmeni güllələdi

13624.jpg

Moskvada biznesmen Maxaç Çaquçive güllələnib.

Araz.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, killer iş adamını Lomonosov prospektindəki evinin yaxınlığında gözləyib.

Məlumata görə, qatilin əlində gül buketi olub.

Onun tapançanı həmin buketdə gizlətdiyi ehtimal olunur.

İstintaq qətlin sifariş olduğunu düşünür. 

Killer sui-qəsdi reallaşdırandan sonra hadisə yerindən avtomobillə aradan çıxıb.

Əlbir olub bir dələduz bir notarius ilə… – Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

1516649045_notari2-660x330.jpg

Xırdalanda fəaliyyət göstərən Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın adı saxtakarlıq və qanunsuz hərəkətlərdə hallanır

Yenicag.az xəbər verir ki, dələduzluğa məruz qaldığını deyən tikinti şirkətinin rəhbərliyi ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanlayıb. Ərazidə göstərilir ki, bəzi dələduz şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Məsimova Günay İsa qızı ilə birlikdə cinayətkar kombinasiya sayəsində vətəndaşlara məxsus külli miqdarda əmlakı mənimsəyib:

“Həmin dələduz şəxslər başqalarına məxsus əmlakı dələduzluqla ələ keçirmək üçün məzmunu əqdin şərhindən ibarət olan ərizə sənədlərini Abşeron rayonu 2 saylı Notariat Kontorunda 15.12.2016-cı il tarixdə 7E-7708 reyestr nömrəsi, 29.03.2017-ci il tarixdə 7E-2053 reyestr nömrəsi, 10.03.2017-ci il tarixdə 7E-1667 reyestr nömrəsi, 03.04.2017-ci il tarixdə 7E-2292 reyestr nömrəsi altında təsdiq etdirərək, həmin sənədləri vətəndaşlara mənzil alqı-satqı əqdi adı ilə təqdim edib. Beləliklə, başqasının külli miqdarda əmlakını ələ keçiriblər”.

Yuxarıda qeyd olunanlar sənədləri təsadüfən əldə etdiklərini deyən şikayətçilər bildiriblər ki, sənədlərin məzmunundan bu şəxslərin özlərinə məxsus olmayan binalarda müxtəlif mərtəbələrdə, müxtəlif sahəli mənzilləri vətəndaşları şirnikləndirmək üçün dəyərindən ucuz qiymətə, nisyə şərtlərlə təqdim etdikləri bəlli olur:

“Bu sənədlər təsdiq olunarkən onların əlində həmin mənzillərə dair sahiblik, istifadə və sərəncam hüququnu təsdiq edən müqavilə, maliyyə arayışı və ya qeyri sənəd olmayıb. Belə sənədlər ümumiyyətlə notariusa təqdim olunmayıb.
Həmin şəxslərlə əvvəlcədən əlbir olan xüsusi notarius Günay Məsimova sadalanan saxta sənədlərin tərtib olunmasında və təsdiq olunmasında bilavasitə iştirak edib. Nəticədə vətəndaşların aldadılmasına nail olub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2 maddəsinə əsasən başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqd hesab olunur”.

Şikayətçilərin yazdığına görə, adıçəkilən notarius hazırladığı sənədlərdə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, vəzifə səlahiyyətlərini aşıb:

“Ərizə-sənədlər əqdin şərhindən ibarət olduğu üçün notarius “Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 128 və 129-cu bəndlərinə əsasən tərəflərə onların iradəsinə uyğun olan əqd bağlamağı təklif etməli, müvafiq təsdiqedici sənədləri tələb etməli və müraciət edən şəxslərə hüquq və vəzifələrini izah etməlidi (qanunun 9-cu maddəsi). Onlar imtina etdiyi təqdirdə notarius da həmin saxta ərizələrin təsdiqindən imtina etməlidi. Bütün bunların əvəzinə notarius ona verilmiş səlahiyyətlərdən sui istifadə edərək vəzifə səlahiyyətlərini aşıb.
Məhz bu səbəbdən vətəndaşlar həmin dələduzlara və onların bu işinə dəstək verən Günay Məsimovaya aldanıb va onlara külli miqdarda pul vəsaiti verib. Belə aldanmaların qurbanı olmuş vətəndaşlar həmin mənzillərə baxmaq və sənədləşmə işləri ilə tanış olmaq üçün bir dəfə də olsun həmin binaların satış ofisinə və ya inşaat meydançasına gəlməyiblər. Hazırda əlacsız qalan vətəndaşlar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər edirlər”.

Müraciətdə bildirilir ki, şikayətçilər yuxarıda qeyd olunanları təsdiqləyən sənədlərə, video və fotomateriallara malikdirlər:

“Göstərilən faktlarla bağlı hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır, vətəndaşlara dəymiş ziyanın ödənilmasi istiqamətində tədbirlər həyata keçirilir”.

Müraciətin yekununda şikayətçilər ədliyyə naziri Fikrət Məmmədovdan haqqında danışılan notarial saxtakarlıqlar və bu qanunsuzluqları həyata keçirən notariusun fəaliyyətinə hüquqi qiymət verilməsini, eyni zamanda bu şikayəti şəxsi nəzarətinə götürməsini xahiş edir:

“Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə maddi məsuliyyət daşımalıdır. Bu səbəbdən notariusun peşəkar fəaliyyəti sığortalanıb. Qeyd olunanları nəzərə alaraq, notariusun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, araşdırma aparıldığı müddətdə vəzifələrinin icrasının müvəqqəti dayandırılması, vətəndaşlara və rəhbərlik etdiyim təşkilatın işgüzar nüfuzuna vurulmuş ziyanın notariusun şəxsi vəsaiti və sığorta olunan hissəsi ilə birlikdə ödənilməsinə, xüsusi notarius Günay Məsimovanın fəaliyyətinin daha dərindən yoxlanmasına (əlavə faktların aşkar olunacağına əminik) göstəriş verməyinizi və bu şikayəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik”.

O da qeyd olunur ki, nazirə müraciətdən sonra məsələnin araşdırması üçün təyin olunan şəxslər də qısa zaman sonra Günay Məsimovanın tərəfindən çıxış etməyə başlayıblar. Belə ki, şikayətçiləri aidiyyatı olmayan məsələlərə yönəldərək, G.Məsimovanı prossesdən “təmiz” çıxarmağa çalışırlar.

O da bildirilir ki, Günay İsa qızı Məsimova respublikanın tanınmış şəxslərindən birinin qohumudur və nazirlik əməkdaşları onun əməlləri ilə bağlı hüquqi ölçü götürülməsi məsələsində tərəddüd edirlər. Bunun zərərini isə toplamda yarım milyondan çox pul itirən Azərbaycanın günahsız vətəndaşları çəkir. Qaynarxett.az

DTX-dan böyük əməliyyat: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

dtx_201216_01.jpg

Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Araz.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda banka basqın oldu

1516281260_untitled-1.jpg

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
 
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
 
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
 
Fakt üzrə araşdırmalar davam etdirilir.

Bakıda vəzifəli şəxsə iş açıldı: əlillərin 10 milyon pulunu alıbmış

Invalidi.jpg

Araz.az-ın məlumatına görə “Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev barəsində cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılır. Artıq vəkillər cinayət işi ilə tanış olur. Cinayət işinin yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bildirilib ki, Səmyar Abdullayev Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur.

Cinayət işində Səmyar Abdullayevdən başqa iki nəfər təqsirləndirilən şəxs var. Onlardan biri Səmyar Abdullayevin Hikmət adlı işçisi və Nərimanov rayon İcra Hakimiyyətinin Yaməddin adlı əməkdaşıdır.

Binəqədi rayon Məhkəməsində hər 3 şəxslə bağlı heç yerə getməməklə bağlı iltizam tədbiri seçilib.

İttihamdan belə məlum olur ki, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Azərbaycanda 1028 cinayətkar qrup zərərsizləşdirilib

kriminal-1.jpg

2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26 min 113 cinayət qeydə alınıb.

Araz.az PRESSDAY.az əsasən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov məlumat verib.

Nazirin sözlərinə görə, qeydə alınan cinayətlərin 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. 

Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib. 

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 18.132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb. Hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

2017-ci il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib.

6 -dən səhifə 11

Əlaqəli xəbərlər