Ərəbin öldüyü otelin arxasındakı üç məmur və “biznes imperiyası” – Siyahı/Fotolar

Bakıda ərəb turistin öldüyü “Ariva” otelinin sahibinin başqa obyektləri haqda yeni məlumat əldə etmişik.

Araz.az AzEuroNews.coma istinadən verilən xəbərə görə, otelin sahibi həm də Atatürk prospektində yerləşən “İstanbul estetik” klinikasının qeyri-rəsmi rəhbəridir.

“Ariva” otel, “İstanbul estetik” klinikası…

Onun Nərimanov rayonu, Əliyar Əliyev küçəsində villası, ticarət obyektləri, restoranları var.

Məlumatda deyilir ki, bu biznes şəbəkəsinin əsas sahibi Nərimanov rayon icra başçısı müavini Şahmar İbadovdur.

Başçı müavini “Ariva” otel, “İstanbul estetik” klinikası və bir çox müəssisələrin qeyri-rəsmi sahibidir və onları icarəyə verib.

Ş.İbadov mətbuata açıqlamasında otelin ona aid olmasını təkzib etsə də, bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, “Ariva” otel başçı müavininə məxsusdur.

Başçının “kassir”i və yoxa çıxan yazı

Ancaq qəribə nüans ondan ibarətdir ki, otelin əsl sahibinin icra hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Ağayev Rəşid Ağaqulu oğlu olduğu haqda yenicag.az yazıb.

Sayt iddia edir ki, R.Ağayev Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ən sadiq adamlarındadır.

Ağayev Fərzəliyev Nizami rayonunda icra başçısı kimi fəaliyyət göstərdiyi dövrdən bəri onunla birlikdədir.

Nərimanova təyin olunduqdan sonra ilk təyinatlarından biri Ağayevlə bağlı olub. Rayonda Rəşid Ağayevin icra başçısının “gizli kassa”sı olduğu bildirilir.

Hətta “Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərin bir çoxunun R.Ağayevin nəzarətində olduğuna dair xəbərlər var.

Amma bu məlumat sonra sözügedən saytdan çıxarılıb və arxivdən tapmaq olur. Belə görünür ki, otel A.Fərzəliyev – Ş.İbadov – R.Ağayev triosunun nəzarətindədir.

Turist viaqra qəbul edib?

Xatırladaq ki, yanvarın 8-də Küveyt vətəndaşı olan 56 yaşlı Məsfər Oma Alshelahi oteldə vəfat edib. Turist ürək-damar çatışmazlığı üzündən keçinib.

Ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısında dünyasını dəyişib.

Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər. Kriminalistlər turistin üzərində və otaqda pul aşkarlamayıblar.

Ehtimal olunur ki, otağa dəvət olunan fahişələr pulları özləri ilə aparıblar. İstisna olunmur ki, ərəb turist viaqra qəbul edib və onun ürəyi dayanıb.

Dəfələrlə eşitmişik ki, bəzi insanlar cinsi aktivliyi artıran preparat qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Çox uzağa getmək lazım deyil.

Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün oteldə hansı səbəbdən həyatını itirdiyini yəqin ki, çoxunuz bilirsiniz. Müğənni məhz bu cür dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişmişdi.

Kamaqra” və “Viaqra” tipli dərmanlar daha çox satılır. Dərmanları daha çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclər də tez-tez alırlar.

"Atamın istəyi ilə 4 milyon 225 min manat kredit götürdüm"- Röyanın keçmiş əri dindirili

thumb_20140805114501060.jpg

Araz.az azbaku.info-ya əsasən xəbər verir ki, “Çudo Peçka” MMC-nin təsisçisi, hazırda həbsdə olan iş adaml Çingiz Cəlilovun övladlarının adına bandan milyonlarla manat kredit götürdüyü məlum olub.

Ç.Cəilovun həmçinin qardaşı və digər qohumlarının adına da kreditlər götürüb. Həbsdəki iş adamının adına kredit görürdüyü övladlarından biri də müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovdur.

Musavat.com xəbər verir ki, Anar Cəlilov atasının cinayət işində şahid qismində dindirilib. Anar Cəlilovla yanaşı, onun əmisi Pərviz Cəlilov və qardaşı Teymur da şahid qismində dindiriliblər.

A.Cəlilov istintaqa ifadəsində deyib ki, heç bir yerdə işləmir və adına kredit götürülməsinə atasının istəyi ilə razılıq verib.

O, ifadəsində "Çudo Peçka" MMC-nin əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olduğunu söyləyib.

"2012-ci ildə atam çağırıb dedi ki, "Çudo Peçka" üçün "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm"- A.Cəlilov ifadəsində göstərib.

Ç.Cəlilovun digər oğlu Teymur da qardaşı kimi eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, ittihama görə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, Səlim Kirman isə ölkədən qaçıb. O, "İnterpol" xətti ilə axtarışdadır.

Masallıda banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırdı

 

 

1495187541-3655.jpeg

Masallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlu özünü yandırıb.

“Araz.az Musavat.com saytına istinadən xəbər verir ki, hadisə bu gün rayon məhkəməsinin qarşısında baş verib.

Məlumata görə, Raqif Zeynalov Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq özünü yandırıb. Vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb.

O, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir.

Əldə etdiyimiz məlumata görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb.

“Dəmir Bank”ın filial müdiri Fərəh Rəşadətlinin cinayət dosyesi məhkəməyə göndərildi

“Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə istintaq yekunlaşıb.
 
Araz.az-ın “Təzadlar”dan əldə etdiyi məlumata görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
 
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddəlləri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
 
Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, bir müddət öncə hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib.
***
Qeyr edək ki, “Təzadlar” bir müddət əvvəl bu dələduzluq və mənimsəmə cinayətinə dair şikayət əsasında araşdırma aparmışdı. Aşağıda həmin yazını təqdim edirik:

ŞAKİR ABUŞOVUN OĞLU “DƏMİR BANK”DA ƏMANƏTÇİLƏRƏ NECƏ TƏLƏ QURUB?

Tarix: 24/8/2017
Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu Fərid Abuşov bankın İdarə Heyətin sədri, onun qayınatası Rəhman Hacıyev isə Müşahidə Şurasının sədri kimi əmanətçilərə elə bir tələ qurublar ki…
…Bir ildən çoxdur barəsində Az. CM-nin mənimsəmə və digər maddələri ilə qaldırılmış cinayət işinin istintaqını uzadan “Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi, nəhayət, başlayıb, amma… Sabiq xanım müdimr isə hələki dəmir iradə ilə müqavimət göstərir, mənimsədiyi pulları qaytarmaq fikrində deyil. Neçə gün isə əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi başladı.
 
Lakin hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məlum oldu ki, cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ibtidai istintaq dolaşıq aparılıb, prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulub. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. Beləliklə, iş materialları yenidən ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilib.

Sabiq filial müdirinin uydurduğu yalanlar…

Bu arada Fərəh Rəşadətlinin yaxın ətrafının daha bir yalanı üzə çıxdı. Belə ki, istintaq altında olan sabiq filial müdirinin qohumları şaiyə yayıblar ki, guya o, o dərəcədə “odda yanmaz, suda batmazdır ki…”, hətta istintaq altında ola-ola Antalyada dincəlir və onsuz da ona qarşı olan ittihamlar absurddur, tezliklə bu cinayət işinə son veriləcək.

 
Lakin elə həmin şaiyələrin fonunda belə informasiya yayanların yalanlarına son qoyuldu və aidiyyəti qurumlardan rəsmi qaydada bildirildi ki, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilərək məsuliyyətə cəlb olunan, barəsində həbs qətimkan tədbiri seçilən Fərəh Rəşadətli Kürdəxanı İstintaq Təcridxanasındadır və onun belə bir halda xaricə getməsi mümkünsüzdür.

Acı bağırsaq kimi uzanan istintaq fonunda məhkəmə prosesindən hansı qərarı gözləmək olar?

Hələ bir müddət əvvəl azpress.az-da belə bir məqalə dərc olunub. Həmin məqaləni aktuallığını nəzərə alaraq təqdim edirik:

 
…Səbirsizliklə gözlədiyimiz məhkəmə prosesi nəhayət ki, öz işinə başladı. Məhkəmənin tələbi ilə vəkillər lazımi sənədləri toplamış və lazımi şahidlərin məhkəməyə gəlişini təmin etmişdir. Lakin DəmirBank tərəfindən bir sıra sənədlərin toplanmaması və necə deyərlər, aləmi qarışdıran əsas günahkarın ( Fərəh Rəşadətlinin ) məhkəməyə gəlməməsi onunla nəticələndi ki, məhkəmə başqa bir günə təxirə salındı. Beləliklə, 21 dəqiqə 16 saniyə davam edən məhkəmə prosesinin başlamağı ilə qurtarmağı bir oldu. Məhkəmədə mətbuat nümayəndələrinin müşahidəçi kimi iştirak etməsinə şərait yaradılmışdı və biz də bu imkandan istifadə etdik. Buna görə də, məhkəmənin sədrinə mətbu orqan tərəfindən öz dərin minnətdarlığımızı bildiririk. Məhkəmənin gedişi elə bir hiss oyadırdı ki, bank tərəfindən təyin edilmiş vəkillər prosesin uzadılmasında maraqlıdırlar. Bununla əlaqədar olaraq, bizdə belə bir sual yarandı ki, bu nə ilə bağlıdır? Bu prosesin uzadılmasından belə güman etmək olar ki, DəmirBank rəhbərliyi vaxt qazanmaq istəyir və bu vaxt ərzində şikayətçilərin, yəni öz əmanətçilərinin əmanətlərini qaytarmaq üçün mənbə axtarır. Amma qarşıya başqa bir sual da çıxır. Əgər, belə bir fikir varsa, onda bu hay-küy nəyə lazımdır? Elə bir dəfəlik əmanətçilərə söz verilsin ki, necə deyərlər, kişi sözü ki, bir və ya iki aydan sonra sizin əmanətlərinizi hissə-hissə qaytarmağa başlayacağıq. Mənə elə gəlir ki, əmanətçilər də bankda baş vermiş bu anlaşılmazlığı başa düşərlər. Və bununla da, bu sonu bilinməyən məhkəmə proseslərinə ehtiyac qalmaz.
 
Məhkəmə prosesində hakimin Fərəh Rəşadətlinin vəkilinə verdiyi “Siz işlə tanışsınız? “ sualına, vəkilin “ yox “ cavabını verməsi bizi çox təəccübləndirdi. Zənnimcə, məhkəməyə vəkil qismində gələn şəxs bilməlidir ki, məhkəməyə nə üçün və kimlərin hüquq və maraqlarını müdafiə etmək üçün gəlir. Bildiyimizə görə, təyin olunmuş vəkil 3-4 gün əvvəldən vəkalətnaməsini məhkəmə sədrinə təqdim etməli və işlərlə tanış olmalıdır.
 
Qeyd etmək istərdik ki, Fərəh Rəşadətli məhkəməyə tərəf kimi yox, şahid qismində dəvət olunub. Belə olan halda onun vəkilə ehtiyacı varmı? Məhkəmə prosesi qurtardıqdan sonra, müxbirlərimiz vəkilə “Siz Fərəh Rəşadətlinin vəkilisiniz? “ sualını vermişdi. Bu zaman vəkil Fərəh Rəşadətlini elə bil tanımadığı kimi bir sima aldı. Belə olan halda soruşarlar ki, sən kimin hüquqlarını müdafiə etmək üçün gəlmisən? Heç olmasa, o adamın adını, soyadını bilirsənmi? Maraqlı burasıdır ki, şahid qismində məhkəməyə dəvət olunan Fərəh Rəşadətli görəsən, öz hüquqlarını bu vəkilə həvalə edəndə nə düşünürdü? Fərəh Rəşadətlinin təyin etdiyi vəkil, mətbuat nümayəndələrinə, onu sorğu-suala tutmasına etirazını bildirərək, “Mən sizin suallarınıza niyə cavab verməliyəm?”, -deyərək, sorğu-sualdan yayındı.
 
Müxbir araşdırması onu göstərir ki, Fərəh Rəşadətlinin deyəsən, heç konkret mövqeyi də bəlli deyil. Nə bizə, nə də şəxsən onun özünə. Xanımcığaz Fərəh Rəşadətli, biz ilk gündən bankda baş vermiş bu biabırçılıqla tanış olmağa cəhd göstərmişik. Və güman edirik ki, lazımi qədər məlumat toplamışıq. Bu məlumatların bir hissəsini artıq oxucularımıza çatdırmışıq. Bütün bu məlumatlardan belə nəticə çıxartmaq olar ki, Fərəh xanım, sizin özünüzə aydın olan, qəti, məntiqli bir müdafiə mövqeyiniz yoxdur. Bu zaman bank rəhbərliyi bundan istifadə edib, sizi faciəli vəziyyətə sala bilər. Bizə elə gəlir ki, bank bilərəkdən işləri sizin üstünə atır. Və siz də sadəlövcəsinə onlara inanıb, bu oyunun faciə ilə qurtaracağını bilməyərək, hər şeyi öz üzərinə götürürsünüz. Zənnimcə, bank sizi öz əlində alət edib. Bank rəhbərliyi sizi bədbəxt edəcək. İllər keçəndən sonra siz bütün bu hadisələri yadınıza salıb analiz edəndə biləcəksiniz ki, siz hansı oyunların qurbanı olmusunuz. Bəlkə ayılasınız! Atalar demişkən: ziyanın yarısından qayıtmaq da xeyirdir. Bu arada yuxarıda dediyimiz kimi, arsenalımızda olan məlumatlardan bir neçəsini də açıqlamaq istərdik. Amma, inanın ki, bu yalnız bir məqsədi daşıyır: haqq-ədaləti müdafiə etmək. Yeri gəlmişkən, bu hadisəyə kənardan tamaşa edənlərə də mesaj göndərmək istərdik. Siz niyə susursunuz? Niyə baş vermiş bu hadisələri, sadəcə, kənardan seyr edirsiniz? Bunu biz sizə deyirik, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası. Yoxsa, elə bilirsiniz ki, bu hadisələrin sizə heç bir dəxli yoxdur? Səhv düşünürsünüz. Bu hadisələrin bilavasitə sizə də dəxli var. Məsləhətdir ki, siz qısa müddət ərzində bu məsələləri öz yoluna qoyasınız. Bilin ki, oxucularımıza çatdırılacaq sizə də aid olan hekayələrimiz var. Onda hamı sizi də tanıyacaq, sizin də kim olduğunuzu və bu işlə necə əlaqəniz olduğu haqqında məlumatlanacaqlar. Yoxsa, elə bilirsiniz ki, hər şey ötüb keçəcək və siz sudan quru çıxacaqsınız?
 
Bu məhkəmədə biz gözləyirdik ki, şahid qismində Fərəh Rəşadətli də olacaq. Və nəhayət, biz bu xanımın dilindən eşidəcəyik ki, burada nə baş verir, nədir bu oyunlar? Bəlkə, Ağaye xanım, sənin də gəlişini kölgədə durub idarə edən Leyla xaladır? Bir daha qeyd edirik ki, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası sən elə düşünmə ki, səni unudublar. Onsuz da bilən bilir ki, bu işləri idarə edənlərdən biri də sənsən. Məsləhətimiz odur ki, qısa müddət ərzində öz mövqeyini 180 dərəcə dəyişib, bu işləri yoluna qoyasan. Əks halda, sənin də hekayələrini, sənin də kim olduğunu, haradan-haraya gəlib çıxdığını açıqlamalı olacağıq. Bu açıqlamalar içərisində kimlərin adından və qohumluğundan istifadə edib, hansı işləri görmüsənsə, onlar da olacaq.
***
Bank haqqında bir-iki kəlmə fikirlərimizi demək istərdik. Yeri gəlmişkən, DəmirBankın İdarə Heyətinin sədri ( Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu, bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevin qızının həyat yoldaşı) Fərid Abuşov, sən nə düşünürsən? Sənin valideynlərin səni bəsləyərək, xətadan- bəladan uzaq saxlayaraq, bu səviyyəyə çatdırdığı bir vaxtda başqa bir valideynin övladı vətən uğrunda Qarabağda şəhid olmuşdur. İndi isə, sən və sənin rəhbərlik etdiyin bank onun əmanətlərini mənimsəyir. Bunu göydə Allah görmürmü? Yoxsa, elə bilirsən ki, sən və sənin ətrafın cəzasız qalacaq? Rəhman Hacıyev, sən niyə səsini çıxarmırsan? Sən vaxtilə Romanın “torbasını tikib “, yeznəni və kürəkənini DəmirBanka yerbəyer edəndə, əmanətçilərin pulunu daha yaxşı mənimsəmək üçün şərait yaradırdın… Sən də, qohumların da bilsin ki, hələ deyiləsi və yazılası hekayələrin sayı həndəsi hesabla artır. Mətbuatda yayımlanan hər məqalədən sonra, redaksiyalara onlarla məktublar daxil olur. Bunlar da DəmirBankın hansı çirkablar içərisində çapaladığına aydınlıq gətirir.
 
Redaksiyaya daxil olan zənglərdən və məlumatlardan məlum olur ki, DəmirBankda müxtəlif qüvvələrin oyunları gedir. Və bizə elə gəlir ki, bu oyunlarda Rəhman Hacıyevin özünün də ayağının altını qazanlar var. Və onu bu korrupsiya oyununa yönəltməkdə maraqlı olan qüvvələr var. Belə olduğu halda, cənab Rəhman Hacıyev, bəlkə, siz də baş verən hadisələri dərindən analiz edəsiniz. Biz bankdan kənarda ola – ola, baş verənləri analiz elədikcə, bir çox sensasion nəticələri çıxardırıq. Bəs siz? Kimi gözləyirsiniz? Qarşıdan gələn faciənin başınızın üstünü almasınımı gözləyirsiniz? Bankda baş verən saxtalıqlar gec də olsa, əvvəl – axır üzə çıxacaq. Bax, onda sənin öz işçilərin üzünə duracaq.
 
Sonda bir daha qeyd edirik:
1. Vətandaşların halal pulunu mənimsəyən hər bir kəs QANUNLARIN ZƏFƏR CALMASI NƏTİCƏSİNDƏ CƏZASINI ALACAQ və oğurlamaq istədiyi pulları qəpiyinə kimi SAHİBİNƏ QAYTARACAQ! BUNA ƏMİN OLUN !!!
 
2. Onu da Sizə xatılatmaq istərdik ki, qanunlardan qorxmursunuzsa, Allahdan qorxun! Hələ indiyə qədər heç kəs haram pul yeməklə, öz firavanlığını qura bilməyib! Allah (o ilahi qüvvə) gec – tez sizdə də olmasa, sizin nəsillərinizlə bu hesabı çürüdəcək! Əgər, buna şübhə ilə yanaşırsınızsa, biz sizə həyatda olmuş yüzlərlə faktları sadalaya bilərik…
 
Mövzuya mütləq qayıdılacaq…

Bakıda üç fahişənin əhatəsində ölən ərəbin ölüm səbəbi açıqlandı

1445853949_qadinlar.jpg
Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib.
 
Araz.az ölkə.az-a istinadən bildirir ki, hadisə yanvarın 8-də "Ariva" hoteldə qeydə alınıb. Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələrinə təhvil verilib.
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb.
 
Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar.

"Lotu Quli"yə meydan oxuyan Əziz Butkayev... - Deputat qatili, çeçenlərlə "qan qardaşı", yoxsa Kadırovun yaxın dostu?

Xüsusi xidmət orqanları yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov və çeçen avtoritet Əziz Batukayev arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. 

Araz.az-ın Primecrime.ru saytından əldə etdiyi məlumata görə, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb.

Dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə edilən gəliri yönləndirməyə çalışıb.

Onlar bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. 

Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. 

Sayt yazır ki, tərəflərin danışıq tonuna görə, barışıq real görünmür.

Bəs, Əziz Batukayev kimdir? 

Mia.az Musavat.com-un bu mövzuda əldə etdiyi maraqlı faktları təqdim edir.

Cinayət aləmi hələ 1993-cü ildə Moskvada "qanuni oğru” adı alan Əzizin tacını tanımayıb. İddialar var ki, "samozvanets”i cəzalandırmaq üçün dövrün ən tanınmış kriminal generalları - "Dato Taşkentski” və "Yaponçik” onunla görüşüblər də. Amma fakt faktlığında qalır ki, o, son illərədək Qırğızıstanda yeganə "qanuni oğru” hesab edilib. Əziz başına topladığı adamlara da "qanuni oğru” ideyası ilə yaşamağı deyil, "blatnoy” - "yaxşı oğlan” olmağı tövsiyə edib. Məhz bu səbəbdən onu bəzi hallarda "vor vne zakona” da adlandırırlar. Onun haqqında "Çuy Al Kaponesi”, "Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.

Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.

Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun "Mercedes”i güllələrdən deşik-deşik olsa da özü salamat qala bilər, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.

Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün kriminal aləmin diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.

2005-ci il, oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi İkmatulla Polatov da müşayiət edir. Həbsxana rəhbərliyi deputatın bu kolona getməməsi üçün müraciət etsə də, komitə sədri inad edir. Deputatın nəyə görə 31 saylı həbsxanaya getmək israrı məlum idi. Çünki onun qardaşı Rısbekin qatı düşməni, narkotik alverinə görə tutulan Əziz məhz həmin həbsxanada cəza çəkirdi…

Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq "zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır.

Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da hücum olmur.

Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir. Meyitlərə baxış keçirilərkən onların hamısının güllə yarasından öldüyü məlum olur. Ağır xəsarət alan Penitensiar Xidmətin rəisi də bir neçə gün sonra vəfat edir.

Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. 2006-cı ilin avqustunda Alamund Rayon Məhkəməsində aralarında Əzizin vətəndaş nikahında olan arvadı olmaqla ümumilikdə 38 nəfərin məhkəməsi keçirilir. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq qardaşının qatilinin məhz Əziz olduğunu sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən "İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür.

Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir. 2006-cı il, mayın 10-da Bişkekdəki məsciddən çıxanda Rısbek Akmatbayev də atəşə tutulur və bu dəfə əcəlin əlindən qurtula bilmir. Məlumatlar var ki, onun öldürülməsi təkcə Əzizin deyil, siyasi hakimiyyətin də marağında olub.

Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb. Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında "Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.

Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Rusdilli Qırğızıstan mətbuatı yazır ki, Əzizin azadlığı üçün o zamankı prezident Bakiyevə hətta rüşvət də təklif edilsə də o, ictimai qınaqdan çəkinərək bu addımı atmayıb. Mətbuat yazırdı ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması sadəcə gülməli bəhanədir.

2013-cü ilin martında onu azadlığa buraxanda həkimləri deyirdi ki, Batukayev sayılı günləri qalıb. O vaxtdan  4 il keçib...

Qobustanda məhbus qiyamının pərdəarxası – Öldürülən general necə nazir olmuşdu? (FOTO, VİDEO)

qob.jpg
1999-cu ilin yanvarın 7-də saat 23 radələrində Qobustan həbsxanasında aralarında general olmaqla bir qrup məhkum qiyam qaldırmış. Tarixə “Qobustan qiyamı” kimi düşən həmin hadisədən 19 il keçir.

Araz.az Femida.az istinad etdiyi xəbərdə qiyamla bağlı araşdırma yazını təqdim edir:


Qobustan həbsxanasında kimlər saxlanılır?

Qobustan həbsxanası 1998-ci ildən fəaliyyət göstərir. Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşir. Qapalı həbsxanaya ən ağır cinayət törədən məhbuslar göndərilir. 


Qiyama başçılıq edən general-mayor Vahid Musayev kim idi? 

Musayev Vahid Abdulla oğlu 1947-ci ildə Bakı şəhərində anadan olub.1971-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra zabit kimi Gürcüstanda hərbi xitmət keçib. 1978-1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. 1992- ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmət keçməyə başlayıb.

(Vahid Musayev)

General-mayor Vahid Musayevi Müdafiə naziri kim təyin etmişdi?


Həmin illərdə "Azərbaycan Ordusu" qəzetinin ilk baş redaktoru olmuş, hərbi ekspert Üzeyir Cəfərov Vahid Musayevin necə nazir təyin olunması barədə faktları Femida.az -a danışıb. 

“ 1992-1993-cü illərdə vəziyyət çox gərgin idi. Qısa bir müddətdə Azərbaycan Müdafiə Nazirliyində neçə nazir və Baş Qərargah rəisləri dəyişmişdi. O vaxt "Xalq Ordusu" qəzetinin (Red –indiki “Azərbaycan Ordusu” qəzeti) növbəti nömrəsi axşam saatlarında çapa imzalanarkən bizə MN-nin rəhbərliyindən xəbər verildi ki, general-mayor Vahid Musayev Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib. Əvvəl bu xəbəri verməyə tərəddüd etdik . Ancaq bizə təkidlə xəbəri dərc etmək göstərişi verildi. Hətta nazirliyin Kadrlar İdarəsindən Vahid Musayevin tərcümeyi-halını da təcili gətirdilər ki, dərc edək. Həqiqətən də o vaxtkı Baş nazir Surət Hüseynov yeni müdafiə naziri kimi general Vahid Musayevi kollektivə təqdim etmişdi.

Qəzet yayımlandıqdan sonra məlum oldu ki, Vahid Musayevin müdafiə naziri təyin edilməsi ölkə rəhbərliyi ilə razılaşdırılmadan edilib. Artıq Vahid Musayevin nazir təyin olunması bütün mətbuat orqanlarında yayımlanmışdı. Mərhum Heydər Əliyev Vahid Musayevin nazir təyin edilməsinə razı deyildi. Buna görə də, təyinatı təsdiq etmədi. Qərar geri oxundu. Ertəsi gün biz bu xəbərin təkzibini verdik. Bu vaxta qədər Vahid Musayev müdafiə nazirinin arxa cəbhə üzrə müavini idi. O, nazir kimi cəmi 18 gün işlədi.Daha sonra məlum hadisələr baş verdi...”


Bəs qiyama başçılıq edən digər şəxs Faiq Baxşəliyev kim idi?


Faiq Baxşəliyev Ağdam rayonunda anadan olub. Bir müddət Ağdamda yanğınsöndürən kimi işləyib. Qarabağda döyüşlər başlayan zaman könüllü kimi iştirak edib. Faiq Baxşəliyev polis batalyonunun komandiri olub. 


Həmin illərdə döyüşlərdə komandir kimi iştirak edən hazırda ehtiyatda olan polkovnik Xətai Baxışov Faiq Baxşəliyevlə bağlı bəzi məqamlara aydınlıq gətirib.


“Mən, demək olar ki, bir müddət Faiq Baxşəliyevlə çiyin-çiyinə vuruşmuşam. O, Ağdamın polis batalyonunun komandiri idi. Onun başçılıq etdiyi batalyon Ağdamın “Yeddi Xırman” yüksəkliyini qoyub qaçmışdı. Ora isə Ağdamın qapısı hesab edilirdi. Buna görə də onu məhkəməyə vermişdilər. Bu hadisə 1993-cü ilin may-iyun aylarında baş vermişdi...”


Xətai Baxışov Qobustan həbsxanasında baş verən qiyamla bağlı bildiyi faktları Femida.az-a danışıb.

“ Həmin vaxt mən Xüsusi Təyinatlı Hərbi Hissənin komandiri idim.Müdafiə Nazirliyindən xəbər gəldi ki, Qobustanda qiyam baş verib.Mən hərbi hissədən iki bölüyü əraziyə göndərdim. Əsgərlərim əraziyə çatanda qiyamçılar hələ həbsxananın içərisində idi. Şahidlərin sonradan dediyinə görə, onlar “UAZ” markalı avtomobillə həbsxananı tərk edib, qaçmaq istəyərkən atışma düşüb. Mənim əsgərlərimdən də, bunu görən olmuşdu...”


General-mayor Vahid Musayev və Faiq Baxşəliyev niyə həbs olunmuşdu?


1995-ci ilin martında Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini Rövşən Bəxtiyar oğlu Cavadov və qardaşı Mahir Cavadov, XTPD komandiri Nizami Şahmuradov və müavini Cəfər Cəfərov, XTPD-nin Qazax rayonunda yerləşən 8-ci rotasının komandiri Elçin Əmiraslanov, habelə xarici dövlətin vətəndaşı Kənan Gürel və başqalarının iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərildi. 1995-ci il martın 12-17-də 32 nəfər öldürüldü, 86 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Habelə dövlətə və vətəndaşlara külli miqdarda maddi ziyan vuruldu. 1994-1995-ci illərin dövlət çevrilişlərinə görə 100-dən artıq cinayət işi açılmış, 300 nəfərdən artıq şəxs cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Prezidentin təyyarəsini partlatmaq planı necə iflasa uğradı?

Həmin hadisələrin davamı kimi 1995-ci il iyulun 2-də respublika Prezidentinin təyyarəsinin vurulmasına cəhd göstərildi. Bu iş üzrə istintaq materiallarına əsasən, Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavinləri - Şahin Musayev, Vahid Musayev, həmçinin nazirliyin hərbi ticarət idarəsinin sabiq rəisi Hacımurad Sadəddinov, Azərbaycan Respublikası DİN-in ləğv edilmiş XTPD-nin sabiq əməkdaşı Faiq Baxşəliyev və qeyriləri 1995-ci il may ayının ortalarında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Prezidentini fiziki məhv etmək, yeni dövlət çevrilişinə nail olmaq, terror aktı törətməklə hakimiyyəti zorla ələ keçirmək məqsədilə yeni planlar işləyib hazırlamışlar. Bu məqsədlə 1995-ci il may ayının 26-dan 27-nə keçən gecə Azərbaycan Milli Ordusunun "N" saylı hərbi hissəsindən "İqla-1" markalı zenit raketləri və zenit raketlərinin atıcı qurğusu oğurlanıb. 1995-ci ilin may-iyul ayları ərzində isə cinayətkar dəstənin üzvləri mütəmadi olaraq müzakirələr apararaq ölkə başçısının təyyarəsinin vurulması üçün raketlərin buraxılacağı xüsusi meydançalar seçmişlər. Nəhayət, 1995-ci ilin iyul ayının 2-də həmin raketlərdən və atıcı qurğudan istifadə etməklə xarici səfərdən qayıdan prezidentin təyyarəsinin vurulmasına cəhd göstərilib.Lakin hava şəraitinin dəyişməsi ilə əlaqədar prezident təyyarəsinin hava limanına başqa istiqamətdən enməsi səbəbindən sui-qəsd baş tutmamışdı...

Həmin bu hadisələr zamanı həbs edilənlər arasında Vahid Musayev və Faiq Baxşəliyev də var idi. 


Faiq Baxşəliyevlə Vahid Musayevin Qobustan həbsxanasında qiyam planı necə hazırlanmışdı?


1999-cu ilin yanvarın 7-də saat 23.00 radələrində Qobustan həbsxanasında xüsusi təhlükəli dövləti cinayətlər törətdiyinə görə məhkum olunmuş Vahid Musayev və Faiq Baxşəliyevin rəhbərliyi ilə bir qrup məhkum qiyam qaldırır. Əvvəlcədən qurulmuş ssenariyə görə qiyamçıların rəhbəri guya xəstələnir. Bu zaman həbsxananın tibb işçiləri Vahid Musayevə yardım etmək məqsədi ilə kameraya daxil olduqda gözlənilmədən hücuma məruz qalır.
Həmin vaxt Qobustan həbsxanasının tibb şöbəsinin rəisi olmuş,ədliyyə polis kapitanı Əsəd Qasımov baş verənləri belə xatırlayır:

- Aşam, saat 21:30 idi. Xəbər verdilər ki, məhbuslardan ağır vəziyyətdə olanı var, təcili getmək lazımdır.Mən də, ilk yardım üçün nə lazımdırsa,götürüb növbətçi çavuş Tapdıq Əsədovla birlikdə korpusa girdik. Korpusa girən kimi Faiq Baxşəliyev,Vahid Musayev və soyadını xatırlamadığım Yaşar adlı OMON-çu şığıdılar üstümə. Bu zaman qaranlıqdan 4 nəfər çıxıb bizə hücum çəkdi. Onlar qolumuzu burub gəzinti otağına saldılar. Üstümüzdə silah tapmadıqdan sonra paltarlarımızı soyundurub, qapını bağlayıb getdilər. Bir saatdan sonra atışma səsləri eşitdik. Bu zaman bir rus məhbusu qapını açıb bizi avtomatla çölə çıxardı.Gördüm ki, digər kameraların da qapısı açıqdır. Məhbuslar dəhlizdə gəzişir.Silahlı adamlar məni və digər girovları məntəqənin damına çıxmağa məcbur etdilər. Dama çıxanda gördüm ki, Faiq Baxşəliyev, Vahid Musayev, Yaşar və bir silahlı rus məhbusu ordadır. Bizi səhərə kimi qolumuz bağlı orada saxladılar. Mən Vahid Musayevdən “axı mən həkiməm, sizə köməyə gəlmişdim” soruşduqda o, “ mənim səninlə heç bir işim yoxdur,mənim işim prezidentlədir”- deyə cavab verdi...

(Mənbə: Yeni Azərbaycan qəzetinin 12 yanvar 1999-cu il buraxılışı.)


Qiyamçılar ermənilərlə birgə hansı planı hazırlayırmış?


Femida.az məlum qiyamla bağlı daha bir maraqlı faktı təqdim edir. Yuxarıda adları qeyd olunan şəxslər həbsxana işçilərini girov götürdükdən sonra həbsxanadan çıxmaq üçün zirehli avtomobil tələb ediblər. Bu zaman onlar həbsxanada cəza çəkən 4 nəfər erməninin də “xidmətlərindən” istifadə etmək niyyətində olublar. Belə ki, Vahid Musayevlə Faiq Baxşəliyev 4 nəfər erməni məhbusla birlikdə Dağlıq Qarabağ ərazisinə keçməyi planlaşdırıblarmış.Bu zaman Vahid Musayevlə Faiq Baxşəliyev digər dustaqlara guya prezidentə sui-qəsd edildiyini, tezliklə kənardan silahlı qüvvələrin gələcəyini bildiriblərmiş. Qiyamçılar ilk əvvəl nəzarətçiləri aradan götürməyi planlaşdırıbmış. Bu məqsədlə də, nəzarət-buraxılış məntəqəsinə hücum ediblər...

(İstinad: Daxili İşlər naziri general-leytenant Ramil Usubovun 10 yanvar 1999-cu il tarixdə keçirilmiş mətbuat konfransından çıxışı. Arxiv materiallarından çıxarış.)


Qiyam barədə həyəcan siqnalını işə salan rus zabiti kim idi?

Qiyamçılar nəzarət məntəqəsinə hücum edən zaman xidmətdə olan zabit Mixail Slesaryov həyəcan siqnalı vermiş, iki nəfər hücum etmiş məhbusu güllələyib. Bu zaman Faiq Baxşəliyevi ağır yaralasa da, o müqaviməti davam etdirib.Mixail Slesaryovun vaxtında həyəcan siqnalını işə salmasından sonra ətrafdan köməyə əlavə qüvvələr gəlməyə başlayıb. Bu xidmətinə görə, Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.

Məlumat üçün bildirək ki, Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb.2014-cü ilin aprelin 12-də vəfat edib.

Qiyamçılar nə istəyirdi?


(Qiyamçıların içərisində olduğu avtomobil)


Tezliklə qiyamın baş verməsi barədə aidiyyatı dövlət qurumlarına məlumat ötürülür. Qiyamın yatırılması üçün hazırlanmış xüsusi əməliyyata xeyli sayda canlı qüvvə və texnika cəlb edilir. Qiyamçılarla danışıqlar aparmaq məqsədi ilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Aydın Qasımov, respublika prokurorunun müavini İsa Nəcəfov və daxili işlər nazirinin müavini Oruc Zalovdan ibarət əməliyyat-istintaq qrupu hazırlanır və hadisə yerinə göndərilir. Tərəflər arasında 10 saata qədər davam edən danışıqlardan sonra qiyamçılar iki tələb irəli sürür. Onlardan birincisi maşınla,silahla təmin olunaraq girovlarla birgə həbsxanadan çıxmaq, aeroporta gedərək ölkəni tərk etmək olur.Lakin Aydın Qasımov geri qayıdandan sonra qiyamçılar fikirlərini dəyişib.Onlar ikinci təklifi irəli sürüblər. Bu təklifə görə, onlar silah və maşınla təmin edildikdən sonra Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə daxil olmaq idi. Bu məqsədlə həbsxanada saxlanılan 4 nəfər erməni əsirinin də köməyindən istifadə etmək istəyiblər. Bu zaman 28 nəfər həbsxana işçisi artıq qiyamçıların əlində girov idi... 

(Mənbə: “Qobustan qiyamı” ilə bağlı arxiv materialları)


Hadisə şahidlərinin dəhşətli xatirələri...

Həmin gün qiyamçılar tərəfindən girov götürülən gizir Namiq Adıgözəlovun xatirələrindən:

“Hadisə ərəfəsində ikinci mərtəbədə postda idim.Təxminən 10-a qalmış səs eşitdim. Səs gələn tərəfə gedən zaman 3 nəfər məhkum – Faiq Baxşəliyev,Vahid Musayev və Yaşar üzərimə hücum edib sürüyə-sürüyə dəhlizin o biri başına apardılar. Məndən açar tələb etməyə başladılar. Məndə açar yox idi. Buna baxmayaraq, onlar məni döydülər və bıçaqla əlimi yaraladılar...Onlar bizi dama çıxarıb, qollarımızı bağladılar.Bizi məcbur edirdilər ki, hamımız bir yerdə “maşın gəlsin” deyə çığıraq...” 
(Mənbə: Yeni Azərbaycan qəzetinin 12 yanvar 1999-cu il buraxılışı)


Qiyam necə yatırıldı? Həlak olanlar kimlər idi?


Belə bir çətin vəziyyətdə polis kapitanı Rövşən Rzayev və kapitan Gündüz Abdullayevin iştirakı ilə xüsusi əməliyyat hazırlanır. Qiyamçıların əlində girov qalan həbsxana işçilərinin azad edilməsi müqabilində hər iki zabit qiyamçılara təslim olur. Bundan sonra bir neçə girov azad edilir.Qiyamçılarla əldə edilən razılaşmaya əsasən, hər iki polis zabiti “UAZ” markalı avtomobildə onlarla bərabər həbsxananı tərk etməli idi. Amma bu anlaşma qiyamçılar tərəfindən pozulur. Onlar “UAZ”la həbsxananı tərk edən zaman kənardan müşahidə edən güc sturukturlarının əməkdaşlarına atəş açmağa başlayırlar. Atışma zamanı qiyamçıların rəhbərləri olan Vahid Musayev və Faiq Baxşəliyev öldürülür. Bu zaman polis kapitanları Rövşən Rzayevlə Gündüz Abdullayev qəhrəmancasına həlak olur.

Qiyam zamanı neçə nəfər öldürüldü?

Rəsmi rəqəmlərə əsasən, qiyam etmiş məhbuslardan 11 nəfəri öldürülüb. Qiyamçıların ümumi sayı isə 25-30 nəfər olub.


Qiyam zamanı qəhrəmanlıq göstərən polis kapitanları kimlər idi?


Qiyamın yatırılması zamanı qəhrəmancasına həlak olan polis kapitanı Rövşən Rzayev 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olub. 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuş. Qarabağ müharibəsi başlayan zaman Milli Orduya yazılan Rövşən Rzayev döyüşlərdə bir sıra qəhrəmanlıqlar göstərib. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüş dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi. 1999-cu ildə 29 yaşında qiyamın yatırılması zamanı şəhid olub.Göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikası prezidetnin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


(Polis kapitanı Gündüz Abdullayev)

Qiyamın yatırılması zamanı həlak olan digər polis kapitanı Gündüz Məhərrəm oğlu Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. 1981-ci ildə hərbi xidmətə çağırılan gənc Almaniyada qulluq keçir. Elə burada qulluq zamanı gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə gizirlər məktəbini bitirir. Qarabağ müharibəsi zamanı uzun döyüş yolu keçdikdən sonra Daxili Qoşunlarda xidmətini davam etdirib. 1999-cu ildə Qobustan həbsxanasındaki qiyam zamanı həlak olub. Prezident Heydər Əliyevin 12 yanvar 1999-cu il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. DİN-nin Biləcəridə yerləşən N saylı Daxili Qoşunlar Hərbi hissəsində Gündüz Abdullayev adına maneələr zolağı yaradılıb. Daxili Qoşunlar Qala Tədris Mərkəzinin atəş mərkəzi bu gün Gündüzün adını daşıyır.Yaşadığımız küçəyə yoldaşımın adı verilib, qəsəbədə adına bulaq istifadəyə verilib.


7 -dən səhifə 11

Əlaqəli xəbərlər