Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək

16368452691274722618 1000x669İstanbulda Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.

araz.az   AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutacaq.

“Bir millət - iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunacaq.

Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.

 

araz.az xəbər portalı.