GÜCLÜ İSTƏK SEL KİMİDİR, QARŞISINI ALMAQ OLMUR

IMG-20181002-WA0003.jpg


Müsahibim tanınmış meyxanaçı – müğənni Samir Qocadır.
(Məmmədov Samir Namidər oğlu).Samir 1985-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından mahnılı meyxana janrında yazdığı mahnılarla populyarlıq qazanıb.
Pərəstişksrları onu “Səni mənə xatırladır”, “İçirəm cananımın sağlığına”, “Ötən xatirələr”, “İçirəm mən” və.s mahıları ilə daha da seviiblər.

-Xoş gördük, Samir. Isti yay günləri arxada qaldı. Bəziləri bu yay günlərini istirahətinə xərclədi, bəziləri isə işinə-gücünə həsr elədi.
Bax, sənin üçün bu yay nə ilə yadda qalan oldu?
Ümumuiyyətlə, istirahət etdin, yoxsa, işləməyə üstünlük verdin?

Xeyr, mən bir çoxları kimi istirahətə yox, işləməyə üstünlük verdim. Əsasən el məclislərində iştirak etmişəm. İki mahnı hazırlamışam, hər ikisi çox uğurlu alınıb. Pərəstişkarlarım tərəfindən də çox sevildilər. Bunlar “Ötən xatirələr” və “Səni mənə xatırladır” mahnılarıdır.Müraciət etdiyin mahnılı meyxana janrı son dövrlər çox populyarlıq qazanıb.

- Bu janra nəyə görə müraciət etdin, populyar olduğu üçünmü, yoxsa?

..Mən bu janrı populyar olduğu üçün seçməmişəm. Mən bu janrı kiçik yaşlarımdan sevmişəm. Bu janrın yaradıcısı olan Nizami Rəmzi, Elçin Maştağalı, Məşədibaba, Namiq Qaraçuxurlu və digərlərinin mahnılarına həmişə qulaq asıb, bu sahədə olan bilgilərimi daha da təkmilləşdirməyə çalışmışam. Deməyim odur ki, insanın bir şeyə sevgisi varsa, ona qarşı çıxması çox çətindir.

-Mahnılarını özün yazırsan, yoxsa kiməsə yazdırırsan?

Oxuduğum mahnıların sözləri və musiqisi özümə aiddir. Heç vaxt başqalarının yazdığı mahnılarla populyarlıq qazanmaq istəməmişəm. Belə, el məclislərində isə ifa etmişəm.

-Təbbüsçüsü və iştirakçısı olduğun “Sözünü de”, “Istedadını göstər”, “Asudə vaxt” verilişləri tamaşaçı və dinləyici rəğbətini qazanmışdır.
Indi də hansısa layihə üzərində işləyirsənmi?

Bəli, belə bir layihə üzərində işləyirəm. Yaxın günlərdə efirdə yayımlancaq.

-Sosial şəbəkələrdə və “You Tube” kanalında pərəstişkarlarınızın çox olduğunu bilirik.
Bəs rəsmi televiziya kanalları ilə əlaqələrin nə yerdədir?

Televiziya kanalları ilə münasibətim normaldır. Təkliflər gələndə məmnuniyyətlə dəvəti qəbul edirəm.

-Iş birlyində olduğun kimlər var? Kininlə tərəfdaşlıq edirsən?

Birgül Ağdamlı və Emin Atəşlə iş birliyində olmuşam. Onlar mənim duet ortağım olublar. Mahnılarımı aranjiman edən isə Rövşən Muhəmməddir.

-Bu sənətdə müəllimin kimdir? Kimi özünə ustad hesab edirsən?

Mənim bu sənətdə heç bir ustadım olmayıb. Az öncə qeyd etdiyim kimi, baxıb öyrəndiyim, bəhrələndiyim sənətkarlar var. Uşaqlıqda Ağasəlim Çıldaq, Nizami Rəmzi, Ağamirzə, Kərim və digərlərinin lent yazılarını çox dinləyirdim. Görünür, elə bunlar da mənə sənət seçimində istiqamət veriblər.

-Səsin bir az qalın səs olsa da, əslində çox kövrək və həzin səsdir. Mahnıların da eynilə belə... Yəni kövrək notlara söykənir. Xüsusi səbəblər varmı?

Xeyr, heç bir səbəb yoxdur. Mən mahnılarımı nakam sevgililərə həsr edirəm. Ətrafda, dost-tanış içində o qədər belələri var ki... İnsan təsirlənməyə bilmir...

-Təxəllüsünlə bağlı da bir sualım var. Doğrusu, əvvəl elə bilirdim Qoca sənin soyadındır (yəni Qocayev). Sonra öyrəndim ki, bu sənin təxəllüsündür.Bəs, niyə məhz Qoca?

Orta məktəbdə oxuyarkən bir Rəşid müəllimimiz vardı. Fizika fənnini tədris edirdi. Görünür özümü bir az təmkinli, ağıryana apardığımdan və bir az da yaşımdan böyük görsəndiyimdən “Bu uşaq qoca kişi kimi görünür, özünü çox ağıryana aparır” demişdi. Sonra bu söz yoldaşlarımın dilinə düşdü. Elə o vaxtdan hamı mənə zarafatyana “qoca” deyirdi.

-Deyirlər insan hələ dünyaya göz açmamış Allah istedadını təyin edir. Düzdür, bəzən insan səhvənmi, ya hansısa səbəbdən öz bacarıqlarını inkişaf etdirə bilmir. Tamamilə başqa səmtə yönəlir. Yəni, insanlar sənətlərini ya arzuılarına rəğmən, ya da sırf təsadüfdən seçirlər. Bu mövzuda genetik kodun əhəmiyyəti də çox böyükdür. Sən necə, arzunlamı seçdin bu sahəni, yoxsa nəsildən keçmədi?

İlk dəfə 9-cu sinifdə oxuyanda şeir yazmağa başlamışam. Yaxşı səsim də vardı. Yaşadığım Müşviqabad qəsəbəsinin mədəniyyət evində tədbirlər zamanı xalq mahnılarını böyük məharətlə ifa edirdim. Ifalarım çox rəğbətlə qarşılanırdı. 2002-ci ildə səsim birdən-birə tutuldu. Sonra meyxana janrı mənə çox yaxın olduğu üçün bu sənəti seçdim. 2011-ci ildə bu sənətdən ümumiyyətlə uzaqlaşdım. Tam fərqli sahədə çalışmağa başladım. Amma sevgi, istək yenə öz sözünü dedi. Bu sənəti o qədər çox sevirdim ki, uzun müddət uzaq qala bilmədim. Təkrarən bu sənətə qayıtdım. Bir söz deyim, güclü istək sel kimidir, qarşısını almaq olmur.

-Gələcəklə bağlı nə kimi planların var?

Gələcəklə bağlı planlarım çoxdur. Sadəcə yarımçıq qalan işlər üzərində işləyirik deyə, hələlik açıqlama vermək istəmirəm.Sənə uğurlar, Samir. Təklifimizi qəbul edib gəldiyin üçün sənə təşəkkür edirəm.Sağ olun. Bizə tribuna təklif edib, xalqla ünsiyyətimizi daha da sıxlaşdırdığınız üçün mən də bütün sənət adamları adından sizə təşəkkür edirəm.

Nüşabə Əhməd