Esmira Günəşin "Unutmadıq şəhidim!" kitabı işıq üzü gördü

WhatsApp Image 2020-07-20 at 19.39.30.jpg

"Günəşin Nuru" layihəsi ilə bölgələri qarış-qarış gəzib istedadlı gənclərə dəstək olan gənc şairə Esmira Günəş uzun müddətdir üzərində çalışdığı yeni bir layihəsi ilə yenidən oxucuların görüşünə gəldi. Bu dəfə şəhidlərimizə həsr etdiyi layihə ilk öncə tv proqram kimi nəzərdə tutulsa da müəyyən problemlərə görə alınmamışdı. Daha sonra saytlarda layihəni həyata keçirməyə çalışan şairənin qarşısına yenidən problemlər çıxır. Ən ağırı isə belə bir mövzuda heç kəsdən dəstək görməməsi olur. Öz yolundan dönməyən, əzmkar şairə nəhayyət bütün əziyyətlərə qatlaşaraq şəhid ailələrindən götürdüyü müsahibələri məqalələr şəklində kitaba köçürməyə qərar verir. Və gecəsini gündüzünə qatıb min bir ürək ağrısı ilə başa gətirdiyi "Unutmadıq şəhidim!" adlı kitabı məhz şairənin ad günündə 15 iyulda çapdan çıxır. Onu da xatırladaq ki ölkəmizin sərhəd bölgəsində gedən atışmalar nəticəsində həmin günlərdə bir neçə vətən oğlu da şəhid olmuşdu. Kitabın məhz bu günlərdə ərsəyə gəlməsi bəlkə də təsadüfü deyildir. Şəhid ailələrinə təsəlli olacaq bu layihədə şairənin məqsədi tarixindən və döyüşündən asılı olmadan Vətən uğrunda canını fəda edən igidlərimizi hər kəsə, ən əsası isə gələcək nəsillərə tanıtmaqdır. Şairə bu layihəsində də şairlərə dəstək olmuş, bir çox şairlərin şəhidlər haqqında yazdığı şeirləri "Unutmadıq şəhidim!" kitabında dərc etdirmişdir. Saytımız adından şairə Esmira Günəşə bu şərəfli yolda uğurlar arzulayır, yeni kitabı münasibiəti ilə təbrik edirik.