“Koroğlu havaları”ndan ibarət disk təqdim ediləcək

7F177192-CBE1-4BC0-B537-189116B57AE2.jpgSentyabrın 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi əsasında hazırlanmış audiodiskin təqdimatı keçiriləcək.

Astarada aşıq yubileyi

36043826_1641849955934606_8890149292707151872_n.jpg

Azərbaycan Aşıqlar Birliyinin istedadlı nümayəndəsi, ustad aşıq Elxan Astaralının 60 illiyi münasibəti ilə iyun ayının 22-də Aşıqlar Birliyi və Astara İcra Hakimiyyətinin birgə təşkil etdiyi yubiley böyük təntənə ilə keçmişdir. Aşıqlar Birliyi və Astara ictimaiyyətinin təşkil etdiyi bu tədbir rayon Mədəniyyət Mərkəzində olmuşdur. Aşıq Elxanın həyat və sənət yolu barədə məruzə dinlənildikdən sonra yubiliyara ünvanlanmış təbrik və təltiflər təqdim olunmuşdur.

Şahin Sərdarlının beynəlxalq müsabiqədə qalib olmuş hekayəsi - "Rənglərə boyanmış yalanlar"

sahin-serdarli.jpg

Xəbər verdiyimiz kimi, ötən ay "Ədibin evi"nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə 2 nəfər II, 6 nəfər isə III yerə layiq görülüb.

Araz.az Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsində II yerə layiq görülən yazıçı-jurnalist Şahin Sərdarlının "Rənglərə boyanmış yalanlar" hekayəsini təqdim edir:

5 -dən səhifə 20