Heç bir fəxri adı olmayan məşhurlar - Ramiz Rövşən, Musa Yaqub ...

1527674511_33873819_10211262118380290_1704213770030546944_n.jpg

Bir qrup mədəniyyət və incəsənət adamlarına fəxri adlar verilməsi ilə bağlı sərəncamdan kənarda qalan məşhur müğənnilər Nadir Qafarzadə və Xatirə İslam buna etiraz ediblər.

Nadir Qafarzadə sosial şəbəkədəki hesabında vaxtaşırı olaraq dövlət tədbirlərinə getdiyini və bunun nəzərə alınmadığını, X.İslam isə "yəqin yaxın dostlarımız yoxdur” deyərək, fəxri ad alanların çoxunu tanımadığını iddia ediblər.

Rasim Balayevdən inanılmaz qərar: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

rasim-balayev.jpg

Xalq artisti, tanınmış aktyar Rasim Balayev yeni seriala çəkilib. Yaxın günlərdə serial Xəzər televiziyasında nümayiş olunacaq.

Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən aktyor serialın Kamran Cəfərovun “Şifrələnmiş Brailler” əsərinin motivləri əsasında çəkildiyini və detektiv janrda olduğunu bildirib:

“Mən dəfələrlə açıqlamalarımda da demişdim ki, seriallara çəkilmək istəmirəm. Dəfələrlə təkliflərdən imtina etmişəm. Çünki böyük filmlərə çəkilmək istəyirəm. Amma rejissor saqqızımı oğurladı və özüm də bilmədim necə oldusa, çəkilməyə razılıq verdim. Serialın rejissoru Sərdar Gözəlovdu. Məni filmdə kriminal avtoritet kimi görəcəksiniz. Sayılıb-seçilən və hər kəsin hörmət etdiyi bir obrazdır. Bilmirəm tamaşaçılar bəyənəcək, ya yox”.

Maraqlıdır, aktyor nə vaxtsa həyatda avtoritet olmaq istəyibmi?

“Heç vaxt bu barədə düşünməmişəm”- aldığımız cavab belə oldu.

ƏLVİDA, CƏNUB ŞƏHƏRİ...

 

poloadov-01.jpg

(FUAD POLADOVUN 70 İLLİK YUBİLEYİ ÜÇÜN ON EPİZOD)

BİRİNCİ EPİZOD: İLK TANIŞLIQ
Teatr və kinoya marağım elə o gündən başladı demək olar ki. Valideynlərimlə ilk dəfə Azdramaya getdim. Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” pyesinə baxdım. Bir çoxlarının indiyədək səhnədə canlı görmək istədiyi, amma görə bilmədiyi aktyorları 10-11 yaşlı Anar ilk dəfə gördü və tamaşaçı olaraq sehrə düşdü. “Sehrbaz”ların arasında Fuad Poladov da var idi. Daha sonralar səhnədə “Kərgədan buynuzu”, “Torpağa sancılan qılınc”tamaşalarında “görüşdük”.

8 -dən səhifə 21