Sataşdığı qadınla evlənən məşhur qəzəlxan – MARAQLI ADAM

200px-Aliaga_Vahid.jpg


Araz.az “Maraqlı adamlar” layihəsindən görkəmli Azərbaycan şairi Əliağa Vahidin əhvalatlarını təqdim edir.

“Azərbaycan” nəşriyyatında  şeirlər toplanırmış. Əliağa Vahid də gəlib şeirlərini deyir, makinaçı qadın yığırmış. Bir gün şair gəlmir. Qadın xeyli narahat olur. İş vaxtının bitməsinə bir az qalmış qapı açılır, Əliağa Vahid başını içəri uzadıb xırıltılı səslə deyir:

- Gəldim deyəm ki, bu gün olmayacam.

***

Makinaçı qızla başqa bir əhvalatı da var. Səməd Vurğun, Süleyman Rüstəm şeilərini gətirib almanax üçün verirlər. Vahid də gəlir. Makinaçı qadın onun köhnə-kürüş üst-başına baxıb gülür:

- Sən də şairsən?

Bu həmin məqam imiş ki, Vahid “El düşdü bütün heyrətə divanəliyimdən / Sirrim demədim kimsəyə mərdanəliyimdən” qəzəlini gətiribmiş.

Makinaçı qadının rişxəndinə pis olur, elə oradaca qəzələ bir beyt əlavə edir:

- Xakəstıri-eşqəm mənə təhqir ilə baxma

Min gənc çıxar zahirə vuranəliyimdən

***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...  

***

Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq onu yerli komissarlıq müharibəyə göndərmək istəyir. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.     

***

Deyirlər, Mir Cəfər Bağırov onu yanına çağırıb deyir:

- Mənə sən öl de ki, araq içməyəcəksən.

Vahid:

- Ağa, sən öl, içəcəyəm.

Onun mərdliyi Bağırovun xoşuna gəlir və şairi rahat buraxır.

***

Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

***

Vahidə evi də Mir Cəfər Bağırov verib. Vahid ev üçün ona aşağıdakı mənzum məktubu yazıbmış:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

***

Vahiddən soruşurlar:

- Şair, deyirsən, Füzulinin yadigarı mən özüməm, bəyəm səndən əvvəlkilər pis yazırdılar?

Vahid:

- Seyid Əzimin Füzuliyə layiq, mənim də Seyidə Əzimə layiq beş-altı qəzəlim var.

***

Yazıçı-jurnalist Aqşin Babayev bir məktəbdə Əliağa Vahidlə görüş təşkil edir. Görüşdən əvvəl Vahidə proqramı açıqlayır. Deyir, görüş belə olacaq, elə olacaq, axırda da bədii hissə təşkil eləmişik –yeyib-içəcəyik!

Vahid:

- Bəlkə görüşü bədii hissədən başlayaq?

***

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və hər dəfə deyirmiş: “Ona borclu idim.”

***

Əliağa Vahid ət növbəsində dayanıbmış. Birdən radio elan verir: “Hörmətli dinləyicilər, indi müğənni Mustafa Payan Ağayi-Vahidin qəzəllərini oxuyacaq.”

Vahid köks ötürür:

- Kül o ağanın başına ki, iki kilo ətdən ötrü növbədə dayanacaq!

***

Özü deyirmiş: “Əmim Məşədi Ağabəy olmasaydı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim.”

Əmisi Əliağanı mollaxanaya qoysa da, sonra nəzərini onun üstündən çəkir. Mollaxananın haqqını hər ay verə bilməyənlərdən biri də Əliağa Vahid olur. Mollanın tənəsi, danlağı uşağı boğaza yığır və o mollaxanadan qaçır. Amma ömür boyu orda öyrəndiyi hərflər ona kömək edir. Şeir yazmaqda da, redaktor işləməkdə də. 

***

Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış. İçki-filan da qoyarmış. Bir gün yenə gedir, Hüseyn Cavid deyir, mən içmirəm, tövbəliyəm, sən işində ol.

Vahid bədahətən deyir:

Cavid eylədi şəraba tövbə,

Ya rəbb, bizə çatmasın bu növbə.

***

Şair ahıl çağında, xəstə vaxtı xəstəxanada ona qulluq edən şəfqət bacısına sataşmaq üçün zarafatca deyir:

- Adamın belə arvadı ola!

Şairdən düz 25 yaş cavan olan şəfqət bacısı zarafata zarafatla cavab verir:

- Alsan, niyə olmur!

Zarafat-zarafat, axırı evlənirlər. Vahidin əvvəllər başqa həyat yoldaşı olsa da uşaqlarını bu qadın dünyaya gətirir.

lent.az

Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir

1518285636_as.jpg


 Fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulması ilə bağlı “Tural” şadlıq evində keçirilən anma tədbirində Sabutay Hacıyev adlı bir nəfər Rusiya Dövlət Arxivinə istinad edərək, oradan hansısa sənəd əldə etdiyini və bu sənədin köməyi ilə tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələsgərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini iddia edib. Bunun əvvəlcədən planlaşdırılan provokasiya adlandıraraq tədbirin təşkilatçısı M.Yusifova kəskin etiraz edən Nazir Əhmədli S.Hacıyevin təqdim etdiyi sənədin Fotoşopla düzəldilmiş saxta sənəd olduğunu bildirib və Rusiya Dövlət Arxivinə bu barədə sorğu göndərib. Manevr.az sorğunun orjinal mətnini və tərcüməsini təqdim edir:

Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir

“Директору Российского Государственного Архива

Роговой Ларисе Александровне

Многоуважаемая Лариса Александровна!

Я имею учёную степень кандидата наук и занимаюсь исследованием архивных документов Закавказского края 19-го века. В камеральных описаниях данного периода установил дату рождения, состав семьи, перемешение (переселение) и вид деятельности многих знаменитых личностей Азербайджана. Одним из них является и знаменитый поэт Ашуг Алескер, который родился в 1852-ом году в селе Агкилисе Новобаязитского уезда (на территории нынешней Республики Армения). До этого времене в наших научных кругах дату рождения поэта принимали за 1821-й год.

Собиравшие отметить 200-летие остались недовольны этим фактом. Даже нашлись обыкновенные черносотенцы, начали унижать меня в глазах общественности, обвиняя в непатриотизме. Я основывался на камеральные описания, которые содержатся в Национальном архиве Армении, уточнил даты рождения некоторых литературных знаменитостей. Из-за этого могут отложить юбилеи. Эти невежды предпочитают старые данные, а не архивные данные в Армении.

На днях, точнее 4 февраля 2018-го года один из них, по имени Сабутай Гаджиев, распространил в соцсетах, в СМИ (например, musavat.com от 07.02.2018 и др.) от имени Вашего Архива такой нелепый текст, думая что как будто от вашего имени официально опровергал меня. Но эти люди настолько некомпетентны, безграмотны, что даже не знают дату первого Российского Всеобщего переписи населения и не думали уточнить эту дату с помошью интернета. В итоге получается что эти люди шарлатаны и вас выдают некомпотетным в глазах научных кругов, в общественной среде. В соцсетях я объясняю, что это не является документом хотя бы потому, что тут не указан адресат, нет номера и даты на ней, с трудом читается ваше имя и должность. Не вооруженным глазом видно, что это сделано с помощью компьютерных программ (фотошоп и т.д). А это обыкновенное жульничество, даже я сказал бы преступление.

Правда, этот человек превратил себя в обьект посмешища в глазах общественности, но нашлись и такие, которые поверили ему, тем самым пострадала моя и где-то ваша репутация.

Многоуважаемая Лариса Александровна!

Я уверен, вы не останетесь безучастной на этот фарс и примите меры для спасения моей и вашей репутации. Иначе я окажусь пострадавшим от имени Вашего учреждения. Думаю, следует обратиться в наше посольство в Москве и Посольство Российской Федерации в Баку. Что предпримите еще, вам виднее, но мне ясно одно ­­­­­­- нельзя этот вопрос обойти стороной, чтобы в будущем всякие провокаторы не делали подобное.

Надеюсь, о предпринимаемых мерах осведомите и меня.

С глубоким уважением,

Назир Сурхай оглы Ахмедли.

Заведующий отделом по международным связям Центра Ататюрка.

г.Баку.

09.02.2018.

Прилагаю «сфабрикованный» документ Сабутая Гаджиева”.

Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir

"Rusiya Dövlət Arxivinin direktoru

Larisa Aleksandrovna Roqovayaya

Çox hörmətli Larisa Aleksandrovna!

Mənim elmlər namizədi alimlik dərəcəm var və Zaqafqaziyanın 19-cu əsrə aid arxiv sənədlərinin tədqiqi ilə məşğul oluram. Həmin dövrün kameral siyahılarında Azərbaycanın bir çox məşhur şəxslərinin doğum tarixini, ailə üzvlərinin adlarını, bir yerdən başqa yerə köçmələrini, məşğuliyyətlərini müəyyən etmişəm. Onlardan biri də 1852-ci ildə indiki Ermənistan Respublikasının ərazisində yerləşən Novobəyazid qəzasının Ağkilsə kəndində doğulan məşhur sənətkarımız Aşıq Ələskərdir. Bizim elmi dairələrdə onun 1821-ci ildə doğulduğunu qəbul edirdilər.

Onun 200 illik yubileyini qeyd etməyə hazırlaşanlar bundan narazı qalmışlar. Hətta bir sıra qaraguruhçular məni qeyri-vətənpərvərlikdə suçlayaraq ictimaiyyətin gözündə alçaltmağa çalışmışlar. Mən Ermənistan Milli Arxivindəki sənədlərə əsaslanaraq bir sıra ədəbiyyat nümayəndələrinin doğum tarixlərini dəqiqləşdirmişəm. Buna görə həmin ədəbi simaların yubileyləri təxirə salına bilər. Ona görə də bu nadanlar Ermənistan Arxivindəki məlumatlardansa, köhnə və səhv məlumatlara üstünlük verirlər.

Bu günlərdə, daha dəqiq desək, 4 fevral 2018-ci ildə onlardan biri, Sabutay Hacıyev adlı bir nəfər sosial şəbəkələrdə və KİV-lərdə (məsələn, musavat.com və başqaları) Sizin adınızdan sərsəm bir mətn yayaraq guya məni rəsmi şəkildə “təkzib etmişdir”. Lakin bu insanlar o qədər avam və savadsızdır ki, birinci Ümumrusiya siyahıyaalmasının keçirildiyi tarixi bilmir və onu internet məlumatlarından dəqiqləşdirməyi ağıllarına gətirməmişlər. Nəticədə bu şarlatanlar Sizi də ictimaiyyətin nəzərində və elmi dairələrdə savadsız kimi qələmə vermişlər. Sosial şəbəkələrdə kimə ünvanlandığı, nömrə və tarixinin olmadığı, adınızın və vəzifənizin çox çətinliklə oxunduğuna görə bu kağızın sənəd olmadığını izah etmişəm. Adi gözlə də görmək mümkündür ki, bu saxtakarlıq Fotoşop və başqa kompüter proqramlarının vasitəsilə edilib. Bu isə adi fırıldaqçılıq, hətta deyərdim ki, cinayətdir.

Çox hörmətli Larisa Aleksandrovna!

Əminəm ki, Siz bu fırıldaqçılığa biganə qalmayacaq, mənim və özünüzün reputasiyanızı qorumaq üçün ölçü götürəcəksiniz. Başqa halda, mən Sizin müəssisənizin adı ilə zərər çəkmiş olacağam. Düşünürəm ki, bu barədə bizim Moskvadakı səfirliyimizə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlisiniz. Hər hansı başqa tədbir görəcəyinizi də özünüz bilərsiniz. Lakin bir şey şübhəsizdir ki, bu məsələni kənara qoymaq olmaz ki, başqa provokatorlar da buna oxşar hadisələr törətməsinlər.

Ümid edirəm ki, həyata keçirdiyiniz tədbirlər haqqında mənə də məlumat verəcəksiniz.

Dərin hörmətlə,

Nazir Surxay oğlu Əhmədli.

Atatürk Mərkəzində beynəlxalq əlaqələr şöbəsinin müdiri.

Bakı şəhəri, 09.02.2018.

Sabutay Hacıyevin düzməcə “sənəd”ini əlavə edirəm”.

Üzeyir bəydən Bülbülə: Ar olsun sənə...

1455025605.jpg


 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimov məşhur xanəndələr - Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrdən danışıb.

Araz.az xəbər verir ki, qocaman professor bu xatirələri ona hadisələrin iştirakçıları Bülbül və tarzən Qurban Pirimovun şəxsən söylədiyini qeyd edib. Cahid Kərimov da ilk dəfə olaraq həmin xatirələri bölüşüb:

Bülbül, sənə ar olsun

"Şövkət Məmmədova ilə Bülbül İtaliyaya oxumağa gedirlərmiş. Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar. Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə tanışam. Bunları ona göstərərsən.

Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki, mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi? Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya, Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini başa düşməyib. O səbəbdən də məktubda Bülbülə yazır: "Bülbül, ar olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan "ə", "ü", "ı", "ö" saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi".

İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir. Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə, Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də məşhur "Sənsiz" romansı olub. Bülbül ikinci dəfə oxuyub bitirəndən sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf aparır. Açıq pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün konservatoriya yığışaraq pəncərədən onun ifasını dinləyirmiş...

Bax, Üzeyir bəy bu cür Üzeyir bəy olub".

Xan Şuşinski İran şahını necə ayağa qaldırdı

"Bunu mənə rəhmətlik tarzən Qurban Pirimov danışıb. Deməli, bir gün o, Xan Şuşinksi, erməni kamança çalan İran şahının toyuna dəvət alırlar. O zaman vəziyyət başqa idi. DTK-ın bir agenti də onlara qoşulur və hər hərəkətlərinə göz qoyurmuş. İş elə gətirir ki, ifaçılar toya bir gün gec gəlirlər. Toyun ilk günündə iştirak edə bilmirlər. Nəsə, ikinci gün gələn bu heyəti çox soyuq qarşılayırlar. Deyirlər ki, şahın ayırdığı əsas hədiyyələr birinci gün ifa edən xanəndələrə verildi. Xan Şuşinski bunu eşitcək pərt olur. Qurban buna deyir ki, günah özümüzdədir. Gec gəlmişik, ona görə də belə münasibət göstərirlər. Amma təbii ki, onlar da növbə çatanda oxumalı idilər.

Qurban Pirimov mənə belə danışdı: "Xan Şuşinksi "Bayatı Şiraz" oxumağa başladı. Amma o, heç zaman bu muğamı oxumazmış. Elə bir başlanğıc etdi ki, hamının diqqətini özünə çəkdi. Muğamın ortasında bir də gördüm ki, mizrab qızıb barmaqlarımı yandırır. Sən demə, bu Xanın nəfəsi imiş. Onun nəfəsindən həmin od gəlirmiş. Mən onda bildim ki, Xan Azərbaycanda heç vaxt muğam oxumayıb. Muğam oxumaq nə imiş, orda göstərdi. Şah da yuxarıda özü üçün ayrılan hücrədə Xanı dinləyirmiş. Təsnif bitəndən sonra bir də gördük ki, ətrafda olan bütün adamların hamısı bir nəfər kimi ayağa durub əl çalır. Sən demə, onlar yuxarıda şahın ayağa duraraq əl çaldığını görüblərmiş.

Bir azdan sonra məclisi idarə edən adam bizə yaxınlaşdı və dedi ki, şah əmr verib, sizi xəzinəyə aparacağıq və ürəyinizdən nə keçirsə, götürə bilərsiz. Çünki şah deyib ki, əllərini nəyə uzatsalar, həmin o bəxşişi verin. DTK-ın adamı da bizimlədi. Göstəriş verir ki, nabadə qızıl, brilyant götürəsiz. Xəzinəyə daxil olanda divarda bir xalça gördük. Məclisi idarə edən adam Xana göz vurdu ki, bu xalını götürün. Xalça Hindistanda salınan bir xalça olub. Şah Abbas qənimət kimi onu İrana gətirib. Xan da onu seçdi. Həmən gəlib xalçanı düşürdülər, bağladılar ki, biz aparaq.

Bakıya gələndə həmin dövlət agenti dedi ki, bunu Mircəfər Bağırova hədiyyə aparaq. Biz də öz-özümüzə dedik ki, əşi, nə işimizə qalıb, bir xalçadı, aparır aparsın da. Hamımız birlikdə Bağırovun otağına gəldik. Agent nə olmuşdusa hamısını birə-bir danışdı. Bağırov xalçaya baxıb valeh oldu. Dedi, martda yoldaş Stalinin 70 illiyidir. Bunu ona hədiyyə aparacağam.

Biz də daha bir söz demədik. Deyilənə görə, Stalin öz 70 illiyində ona gətirilən bütün hədiyyələrin içində ən çox bu xalçanı bəyənib. Xalça da xalça deyildi e, elə bil ki, alışıb yanırdı".

Moderator.az

GƏNC AŞIQLARIN KONSERTİ KEÇİRİLİB

20180201_194342.jpg

Fevralın 1-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirlib.

Ermənilər "Sarı gəlin" mahnısını niyə oxuyurlar?

874577.jpg

(Qeyd, müəllifin yazı üslubuna toxunulmayıb)

Durub, ermənilərin "Sarı gəlin" mahnısını israrla yasda- toyda oxumasının görünür bilmədiyimiz bir çox səbəbləri var. Ola bilsin bilirik, ancak kimsə hələ ki, ürəkaçan şəkildə bu qarşıdurmanın, bu israrın kökünə varıb da ürəkdən tikan çıxaracaq dərəcədə söz söyləməyib.

 

“Sarı gəlin” mahnısı misilsiz bir ovqata sahibdir. Bu mahnını dinlədiyin zaman sonsuz hüznə tutulursan. Bu hüzn və kədərin axarında sakit, rahat, bir az da nəvazişkəranə bir dəvətin eyhamını hiss edirsən. Bu dəvət də görünür soylu bir dəvət, köklü bir çağırış olduğundan əsrlərin bağrını yara- yara bizə gəlib dəyir, bizə gəlib çatır.

Mahnının adı olduqca möhtəşəmdir. Eynən Əsli və Kərəmi, Leyli və Məcnunu, Yusif və Züleyxanı xatırladır. Burdan yola çıxmış olsaq və mahnının ruhumuza çilədiyi ovqatın bilincinə varmış olsaq, onun adını çəkdiyim dastanlardan əsla heç bir fərqinin olmadığına varmış olacaqsınız. Hətta, bir az da irəli gedib Dədəm Qorquddakı “Sarı Donlu Selcan Xatun” boyuyla da dialoq halına girmiş olarıq. Bir az da bu yana, xəttin bu başına gəlsək, Əli və Nino əsərini tarixiliyinin təsdiqini yenidən bu mahnıda təsdiqləməyim yerinə düşəcək. Əslində isə məsələ nədir? Məğzdə nədir dayanan?

Başqa bir sual çıxır ortaya: Ermənilərin israrla bu mahnını oxumasında səbəb nə ola bilər? Niyə məhz bu mahnıya ermənilər sahib çıxmaq istəyir? Bu mahnıda ermənilərin istəklərinə cavab verən nə var? Ermənilər bu mahnını nədən özlərininki bilmək istəyir? Bu mahnı ermənilərin kimliyinə hansısa şəkildə dəlalət edə bilirmi? Bu mahnıda ermənilərin varlığından nəsə bir əlamət və keyfiyyət mövcuddurmu? Bu mahnı niyə məhz bu gün siyasi bir müstəviyə atılmış oldu? Bu mahnını Qarabaq adlı bir soruna, düyünə, yaraya yaxınlaşdıran nədir? Suallar bitib tükənməzdir. Hər şeyi bir tərəfə buraxıb, gerçəkləri danışmağın zamanıdır və həm də bizə qalan gerçəklər olacağını da unutmamaq lazım.

Hər xalqın düşməni olur. Bu doğal bir yaşamdır. Hər xalq özünə bir düşmən düzəldir. Bunu türk deyil, erməni edir. Yəni erməni türkü özünə düşmən hesab edir. Niyə, nədən, nə üçün? Hansı səbəblərdən və tarixi yaşantıdan, mərhələdən, keçiddən, haqq-hesabdan? Bəs türk ermənini bu qədər ortalıqda faciələri olmağına rəğmən nədən özünə düşmən hesab etmir? Niyə ermənidən türkə düşmənçilik alınmır? Əksinə nəyə görə erməniyə türk düşmənçiliyi yarayır?

"Sarı gəlin" mahnısında əsas məsələ iki fərqli etnosun kültür və mədəniyyətini daşıyan insanın, qadınla kişinin hüznü yaşanılır. Dəxli yoxdur mətnin mötivi tarixilik baxımından hansı dövrü və dövrləri əhatə edir. Əsas olan odur ki, mahnıda, mətndə gerçək bir fakt qaçınılmazdır. Bu qaçınılmaz olan, oğlan-qız deyil, ( gəlin məsələsi vurğulandığına görə) qadın-kişi, bəy-gəlin ehkamıyla qarşımıza çıxır.

Sözsüz ortada əsrarəngiz və valeh olacağın dərəcədə bir tutqu, sevda, eşq var. Bəy bu sevdadan vaz keçə bilmir. Çünki sevib aldığı, qaçırdığı qadını, gəlini geri tərləb edirlər. Aşiqdən məşuqu ayırırlar, ya ayırmağa çalışırlar.

Mətndə əsas nəzərə çarpan elementlər sözlə bu şəkildə sıralana bilər.

Gəlin

Sarı gəlin

sarı

Gül, Sulu gül.. sulu gülün dərilməsi,

Saç, Saçın ucu, saçın ucununun hörülməmə eyhamı, sevda məsələsi və. s... xatırlatma

Bu parçada, mətndə ən zirvə nöqtə, aşiqin məşuqunu əlindən alıb aparmaları və onun bu yolda əzab çəkib qanlı ah-vay etməsidir. O, əslində yaradandan bir gün nazlı yarının üzünü görməsini dəhşətli dərəcədə istəyir. Baş vermiş bu vaqeə bir dastan təfəkkürünün məhsuludur deyə bilərik. Bu şeirsəl və mahnılanıb avazlanaraq bəstəyə oturdulmuş dastanın gələcəkdə şifahi xalq ədəbiyyatımızda dastanlar içində maraqlı, ilginc bir yerinin olacağı da şəksizdir. Bəlkə də o dastan bulunb üzə çıxacaqdır. Çıxmasa belə onu yaratmaq da o qədər çətin deyil.

Sevgilisi tərəfindən qaçırılıb gətirilən, arvad edilən, bu tərsa gözəli sözsüz ki, başqa bir millətin, dinin nümayəndəsidir. Bu faktı biz mahnının digər etnoslar tərəfindən sevilib mənimsənilməsindən çıxarırıq. Bunu arxetiplər deyir-genetik yaddaşdakı arxetiplər. Artıq gəlin olmuş bu sarışın gözəlin ola bilməz ki bətnində də ürəyində olduğu kimi bir yük olmasın. Aşiq bundan halidir. Ancaq hələlik aşiqin naləsini göyə çəkən, qaldıran təzə gəlinin əlindən alınıb geri götürülməsidir. Bu süjet bizə tanışdır. Niyə? Çünki bir etnos olaraq, bu vaqeəni daha böyük çapda və daha çox yaşamışıq. Bu sarışın gözəl sözsüz xristian əsillidir. Sarışın olması onu yunan qızı olmasından xəbər verir. Bu isə tarixilik baxımından yunanlarla müttəfiq olduğumuz, ərəblərə qarşı savaşdığımız dönəmə təsadüf edə bilər. Ancaq bunu yunan niyə oxumur da, elə erməni oxuyur? Demək ortada daha ciddi arqument və faktor var ki, yenidən erməninin üzərinə gəlməli oluruq. Mahnı mətninin süjeti mahiyyət etibarı ilə Şeyx Sənan və yaxut Əsli-Kərəm əhvalatına, əfsanəsinə, dastanına, sonucda tarixi əhvalata uyğundur. Nə o yan, nə bu yan…sarışın demişkən, guya qaramat basmış erməninin sarışın gözəli olmur ki? Kim deyir olmur? Bu gün də hər 10 erməni qadınından birinin sarışın olduğunu yaxşı bilirsiniz.

Sarı sözünü mətndə məncə fikri başqa anlamlara yayındırmaq gərəkməz. Sarı bir rəng kimi bu mətndə işinin ustasıdır.

Qara keşiş Kərəmi nə günə qoydusa, çox güman ki, Sarı gəlinin atası da bizim aşiqi o günə qoydu. Əsrlərdir mələtməklə məşğuldur. Üstəlik, ortalıqda xristian –müsəlman qarşıdurması görünür. Biz niyə dərəyə-təpəyə qaçırıq? Hazır əlimizdə bizə qədər yaşanılmış, baş vermiş vaqeənin izini, yolunu qoyub gedib dağa-daşa düşmüşük. "Sarı gəlin" mahnısının mətni bir dastan təfəkkürü olduğu qədər, elə Əsli-Kərəm dastan faciəsinin sindromunu öz hüceyrələrində, bətnində yaşadır, daşıyır. Erməni erməni olduğu qədər də xristiandır. O, hesab edir ki, onun qızı müsəlman kişisində ailə olub ocaq qalaya, nəsl artıra bilməz. Bu hadisəyə sakit şəkildə tamaşa edən ata tanrının qəzəbinə tuş gələcəkdir mütləq. Bu xristian-fanatik erməninin mətndən yansıyan, dastanlarda izinə düşdüyümüz düşüncəsinin, anlayışının mahiyyətidir. Onun övladı mütləq öz dininin içərisində ailə qurub, nəsil artıra bilər. Erməni ona görə narazı deyil ki, qızı müsəlmana ərə gedəcək, ona görə partlayır ki, onun qızından doğulacaq müsəlman və türk cocuqları, törəyəcək nəsli, sabah onun deyil, türkün kimliyini və inancını daşıyacaq. Çünki ortalıqda digər bir fakt var - türkün patriarx özəlliyi özündə saxlanılan, özündə qorunan bir varidatdır. O heç vaxt kilsəyə girib, zəng səslərinə aludə olub zamanı ayarlamaz, keşişlərin vaftiz suyunda günahlarından arınacağı manqurtluğuna əsla inanmaz. İyrənc cəhalətlik gətirən bu tür düşüncə və əxlaq yapısı ona məxsus deyildir. Bütün bunlar bir yana, ancaq ortalıqda gerçək və qaçınılmaz bir hadisə mövcuddur: İki fərqli inanc və etnik özəllik daşıyan fərdlər bir canda birləşiblər. Bu nəyin müjdəsi, yaxut da nəyin harayıdır? Bu haray və bu müjdənin bağırçatladan bəraətinə nə qədər dözmək mümkün? Buna etnik gücümüz yetər və yetərlidirmi?

Erməni ata, erməni ağsaqqal, baş bilən hesab olunan şəxs, mətndən iddia edir ki, iki fərqli insanın (inanc və millət olara), bir canda var olması, kosmik gedişata ziddir. Xaçla hilal, kilsəylə məscid, azanla, kilsə zəngi bir-birinə düşməndir. Ümumiyyətlə, hilal bütün millətlərin düşmənidir.

Erməni bu gün "Sarı gəlin" mahnısını boşlu-boşuna oxumur. Ona görə oxuyurlar ki, bu mahnıda onun bu gün bizimlə bölüşə bilmədiyi bir qədəri var. Biz bu qədəri mahnılara, şeirlərə, dastanlara verdikcə, köçürdükcə, əbədiləşdirdikcə, demək biz bu münasibəti, aramızda baş vermiş olayı və hadisəni kosmosa yaymışıq, faş etmişik. Erməni əsla bundan utanmır. Ermənilər bundan bəlkə də zövq ala bilmək imkanını qaçırmır əsla. Çünki, onda özünü öldürsə də, bu ecaz, bu eşq alınmayacaq. Onun da kosmik eşqi, metafizik sərüvəni sənin, mənim, bizim varlığımız üzərindən, bizim ruhumuzun səxavətindən pərvazlanır. Ona biz bununla bir uçuş veririk, uçuş sərgiliyirik.Metbuat.az

Xanəmir TELMANOĞLU

(ardı var)

12 -dən səhifə 20