Sumqayıt hərbi komissarı Samir Məmmədovdan şikayətlər daha da çoxalır

Komissarlığın onlarla əməkdaşı cinayətə cəlb olunur

Bu ilin yanvar ayında orduya növbəti çağırışla əlaqədar Sumqayıt Hərbi Komissarlığında baş verən qanunsuzluqla bağlı qəzetimizdə yazı getmişdi. Vətəndaş şikayətləri əsasında hazırlanmış həmin yazıda deyilirdi ki, yenə də komissarlıqda şikayətlər, rüşvət iddiaları eşidilməkdədir.

Artıq ikinci ildir ki, orduya çağırış yeni qaydalarla həyata keçirilir. Bu qaydalar tətbiq ediləndə valideynlər sevinirdilər ki, komissarlıqlarda rüşvət olaylarına son qoyulacaq. Lakin gözlənilənlər heç özünü doğrultmadı. Düzdür, çağırışı həyata keçirən Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsi bu sahədə xeyli irəliləyişlər əldə edib. İndi hansısa məmur öz övladını istədiyi hərbi hissəyə saldırmaq üçün “asan yolla” Səfərbərlik İdarəsinə yaxın düşə bilmir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi çağırışçını rüşvət yolu ilə hansısa hərbi hissəyə saldırmaq mürəkkəb məsələdir.

Bəllidir ki, Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsi çağırışçıları bölüşdürərkən məsafə fərqini nəzərə alsa da, konkret tabor, bölük, manqa, vəzifə göstərmir. Burada, sadəcə, hərbi hissənin sayı əks olunur. Çağırışçının hərbi hissənin hansı taborunda, manqasında xidmət edəcəyini isə Səfərbərlik İdarəsi deyil, komandirlər müəyyənləşdirir.

Etiraf etmək lazımdır ki, bu qayda hərbi komissarlıqlardakı əvvəlki “açıq bazarı” aradan qaldırıb.

İndi hərbi hissəyə yerləşdirmək funksiyası komissarlıqlardan alındığı üçün onlar rüşvəti başqa cür, həm də kaprizlə alırlar. Məsələn, indi daha çox digər çağırışa qədər möhlət vermək və orduya yararsız olma haqda hərbi bilet verməkdən “qazanırlar”. Əgər yeni qaydalara qədər orduya yarasız olma haqda hərbi bilet 2000-3000 manat civarında idisə, indi bu məbləğ 5-7 min arasında dəyişir. Möhlət hüquq isə bir çağırış üçün 500-1000 manat arasındadır. Hansı ki, əvvəllər bu “işi” 200-300 manata görürdülər. Həmçinin, hərbi komissarlıqlar ikiqat rəhimsiz olublar. Hətta doğrudan da xəstəliyi olan, orduya yararsız vəziyyətdə olan xəstə gənclərə də uyğun hərbi bileti azı 1000-2000 min manat rüşvət almamış vermirlər. Beləcə, kasıb xəstə gənc orduya gedir, qısa müddətdən sonra isə hansısa xəstəlik tapıb, ən yaxşı halda şikəst vəziyyətdə yarımçıq geri dönürlər.

Həmçinin, indi hərbi hissə komandirləri də yeni qaydalardan sui-istifadə edirlər. Yəni əsgərləri “yaxşı” manqalara rüşvət hesabına yerləşdirirlər. Ekspertlər hesab edir ki, bunun da kompüterləşdirilməsinə ehtiyac var. Bu gün birləşmə və briqada komandirləri istənilən əsgərin yerini hərbi hissə daxilində rüşvət alıb dəyişdirə bilir. Bu zaman yenə də əsas zərbə imkansız ailələrə dəyir. İmkansız ailələrin övladları hərbi hissələrdə ən ağır işlərə buyurulur, xidmətlərə cəlb olunur...

Hazırda isə, ən çox şikayətləri hərbi komissarlıqlarla bağlı alırıq. Redaksiyamıza son günlərdə Sumqayıt Hərbi Komissarlığında baş verən neqativlərlə bağlı bir neçə şikayət daxil olub. Onlar bildirir ki, Samir Məmmədov Sumqayıta hərbi komissar təyin olunandan sonra burada qaydalar dəyişib. Yəni rüşvət tələbləri ikiqat artıb. Cari çağırış mövsümündə real səbəblərdən növbəti çağırışa qədər möhlət almaq istəyənlər xüsusi narazılıq ifadə edirlər. Həmçinin, xəstəliyi olan şəxslər də onlara uyğun hərbi bilet verilməsi üçün rüşvət tələb edildiyini bildirirlər. Biz bu iddialarla bağlı araşdırmalara başlamışıq. Onların nə dərəcədə əsaslı olduğunu müşahidələrimizdən sonra daha ətraflı yazacağıq.

Həmin yazı bu notlarla bitirdi. Etibarlı mənbəmiz deyir ki, komissarlıqda hərc-mərclik daha da çoxalıb. Hətta korrupsiyaya qarşı mübarizə ilə əlaqədar komissarlığın onlarla əməkdaşı cinayətə cəlb edilib. Dəqiqləşdirmə apardığımızdan daha geniş yazını novbəti sayımızda oxuya bilərsiniz.

Anar MÜSTAFA

Sumqayıt hərbi komissarı Samir Məmmədovdan şikayətlər daha da çoxalır

Komissarlığın onlarla əməkdaşı cinayətə cəlb olunur

Bu ilin yanvar ayında orduya növbəti çağırışla əlaqədar Sumqayıt Hərbi Komissarlığında baş verən qanunsuzluqla bağlı qəzetimizdə yazı getmişdi. Vətəndaş şikayətləri əsasında hazırlanmış həmin yazıda deyilirdi ki, yenə də komissarlıqda şikayətlər, rüşvət iddiaları eşidilməkdədir. Artıq ikinci ildir ki, orduya çağırış yeni qaydalarla həyata keçirilir. Bu qaydalar tətbiq ediləndə valideynlər sevinirdilər ki, komissarlıqlarda rüşvət olaylarına son qoyulacaq. Lakin gözlənilənlər heç özünü doğrultmadı. Düzdür, çağırışı həyata keçirən Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsi bu sahədə xeyli irəliləyişlər əldə edib. İndi hansısa məmur öz övladını istədiyi hərbi hissəyə saldırmaq üçün “asan yolla” Səfərbərlik İdarəsinə yaxın düşə bilmir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi çağırışçını rüşvət yolu ilə hansısa hərbi hissəyə saldırmaq mürəkkəb məsələdir.

Əlaqəli xəbərlər