Yeni dünya projesi

Ağ Ev hansı yalanlarıhazırlayır?

Tunis, Misir və Liviyada baş verən ərəb inqilabları ciddi bir nüansı ortaya qoydu. Bu zamana qədər İsraillə ortaq hərəkət edən Amerika adminstrasiyası yeni bir plan üzərində işləyir və İsrailin narazılığı burada əsas rol oynamır.

Xüsusilə, İsrailin ən böyük dayağı olan Hüsnü Mübarəkə qarşı ABŞ-ın münasibəti göstərdi ki, Obamanının beynindəki Böyük Orta Şərq proyekti sələflərindən fəqrlidir və İsrailin maraqları o qədər də ciddiyə alınmır.

Tunisdən başlayan yol

İsrailin Mübarək olmasa Ömər prinsipinin də qəbul edilməməsi göstərdi ki, Obama hökuməti ABŞ-dakı yəhudi lobbisinin də maraqlarını qarşılamayaraq yeni bir sistemin ortaya çıxmasında maraqlıdır. İlk baxışdan ABŞ-ın hazırki siyasəti ayağa qalxan xalq kütlələrini öz tərəfinə çəkmək, yeni iqtidarlarla arasında körpü qurmaq cəhdi kimi qiymətləndirilir. Çünki inqilabın olduğu hər üç ölkədə xalq üsyanı şəklində baş verən inqilab olduqca təbii görüntü ortaya qoyurdu.

İnqilabların katalizatoru da Tunisli gənc Buazizi Məhəmmədin özünü yandıraraq intiharı oldu. Müsəlmanlar üçün intihar bir günahdır, çünki Allahın verdiyi canı siz ala bilməzsiniz. Amma Buazizi bir şəhid olaraq görüldü, çünki o küçədəki gənc insanın çəkdiyi əziyyətlərin simvolu oldu. Onun ölümü Tunis üçün bir tətikləyici faktor oldu, amma eyni zamanda Misir və bölgədəki digər ölkələr üçün də eyni funksiyası daşıdı. Çünki vəziyyət hər yerdə eyni; gələcəyi olmayan gənc bir əhali, polis dövləti, korrupsiyalaşmış idarəçilər&

Ancaq inqilabın yetişmə şəklinə diqqətlə baxdıqda Amerikan izi özünü ciddi şəkildə göstərir. Sadəcə sosial paylaşma saytlarının rolunu diqqətə alsaq, xüsusilə Misir və Tunisdə bu saytların nə qədər təsirli olduğunu görə bilərik. Amerikan beyninin məhsulu olan və hazırda dünyanın dörd bir tərəfinə yayılan sosial şəbəkələr bu inqilablarda xüsusi rabitə forması oldu.

Virtual aləmdə birləşən gənclik küçələrə çıxdı. Azərbaycanda 2005-ci ildə Əli Kərimli, İsa Qəmbər və Eldar Namazovu ABŞ-a dəvət edən Nikson Fondu onları dinlədikdən sonra ölkədə jurnalist Elmar Hüseynovun qətli baş vermişdi. Elmar Hüseynovun hədəf seçilməsinin başlıca səbəbi kimsəyə bağlı olmaması, yəni ortaq dəyər ola bilmə ehtimalı idi. Ancaq həmin dövrdə iqtidarın sayıqlığı nəticəsində Elmar Hüseynovun meyidinin Azadlıq meydanına aparılıb, oradan Prezident Aparatına yürümək planı boşa çıxmışdı. Ərəb inqilablarının başlanmasına səbəb göstərilən Tunisli gənc Buazizi Məhəmməd də məhz işsiz və korrupsiyaya uğramış ərəb gəncliyini təmsil edirdi.

ABŞ niyə köhnə ortaqlarını devirməyə maraqlıdır?

Əsas səbəb budur ki, Amerika Obama ilə imic təzələmə əməliyyatına başlasa da, müttəfiqləri məsələsində sinifdə qalmışdı. Xüsusilə ərəb ölkələrində öz itirilən etibarını bərpa etmək istəyən Obama rejimi 2008-ci ildən etibarən Milli Demokratiya Fondu, Nikson Fondu, Statfor fondu kimi quruluşlar, Facebook, Tvitter kimi sosial şəbəkələrlə xalqın könlünü almağın yollarını arayırdı. 2008-ci ildə Misir, Tunis və Liviya üçün Nikson Fondunun keçirdiyi konfransda da ərəb inqilablarının təməli atılmışdı.

İnqilabdan sonra üzə çıxan ABŞ-İxvanül Müslimin görüşmələri də ABŞ-ın bu mövzudakı həssasiyyətini ortaya qoyur. Çünki nəinki Misirdə, hazırda Ərəb Dünyasında ən güclü müxalifətin İxvanül Müslümin olduğu, digərlərinin də bu qrupun şinelindən çıxdığı görünməkdədir.

İxvanül Müslüminin İrana qarşı bəyanatları da deməyə əsas verir ki, istər Misirdə, istərsə də digər ərəb ölkələrində hakimiyyətin dəyişməsi ABŞ maraqlarını zəifləndirməyəcək, əksinə xalq dəstəyi ilə gücləndirəcək. Amerikanın adamı sayılan Muhammed Əli Baradeyinin Misirin yeni prezidenti olmaq ehtimalı da buna sübütdur. İxvanın geri planda durduğu Misirdə neytral şəxs olaraq Baradeyinin önə çıxarılması, ordunun da buna loyal yanaşması ABŞ siyasətinin gerçəkləşməsindən xəbər verir.

Nədən İslamçılar?

Ərəb inqilablarında diqqət çəkən və beyin qarışdıran faktor islamçıların ön planda olmasıdır. ABŞ niyə islamçıların güclənməsini istəsin ki? Məsələ burasındadır ki, islamçıların ayağa qalxmasını istəməyən ABŞ deyil, İsraildir. İsrail Ərəb dünyasına Həmas, Hizbullah kimi terror təşkilatları vermiş İxvanül Müslüminin güclənməsini arzulamır. Ancaq ABŞ-ın planı başqadır.

Azərbaycanda Facebook şəbəkəsində müxalifətin güclənməsi ilə yanaşı “insan hüquqları” adı altında Amerikanın Azərbaycandakı əsas dayaqlarından olan “Azadlıq” radiosunun Azərbaycan İslam Partiyası ətrafında baş verən prossesləri gündəmdə saxlaması, İrandan daha çox Azərbaycandakı dindarların siyasiləşməsinə çalışması buna bariz örnəkdir.

QHT, sosial şəbəkə və media üçlüyü ilə öz planlarını həyata keçirən ABŞ Azərbaycanda da islamçılardan bufer rolunu oynamaqda qərarlıdır. Müsavatın mitinqində dindarların olması xəbərinin qabarması da göstərir ki, ABŞ Misirdə olduğu kimi dindarları küçələrə çıxarmaq, ancaq lider pozisiyasında ənənəvi adamlarının olmasını istəyir. Çünki Misirdə birləşdirici füqur adı altında Əl-Baradeyi önə sürülüb.

“Əl-Cəzirə”nin rolu

Obama rejimi CNN, BBC kimi dünyanın ən böyük media kanallarına deyil, amerikan nəzarətində olan Qətərdan yayımlanan “Əl-Cəzirə”yə üstünlük verməsi də imic dəyişikliyi ilə əlaqədardır. Dünya artıq amerikan istehsalı olan xəbərlərə inanmır. Ona görə də, Amerika siyasətinin hədəf bölgəsi olan və yenidən etibar qazanmaq istədiyi ərəb bölgəsindən yayımlanan bir kanalla vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər.

“Əl-Cəzirə”nin CİA bağlantılı olması ilə bağlı günümüzdə xeyli iddiaların səslənməsi ilə yanaşı ABŞ-ın antiterror siyasətinə tez-tez məşhur terrorçuların bəyanatlarını “özəl” olaraq yayması ilə gizli dəstək verən və öldüsü-qaldısı bilinməyən Usamə Bin Laden qorxusunun dünya üzərindən getməməsində mühüm rol oynayan “Əl-Cəzirə” ABŞ-ın bölgədəki ən etibarlı sinifidir. ABŞ-dakl prezidentlik yarışında CNN, BBC, Blomberg ilə yanaşı “Əl-Cəzirə”nin də prosesə canlı yayımlamasına izin verilməsi heç də ABŞ idarəçilərinin azad media sevgisindən irəli gəlmir.

Azərbaycanda

nə ola bilər?

Hazırda ərəb inqilablarının Azərbaycana transferi prosesinə hazırlıq görülür. Ərəb dünyasında olduğu kimi Azərbaycanda da eyni silahdan istifadə olunur: Gənclik hərəkatları və QHT-lər, Sosial şəbəkələr və dindarlar.

Dindarların və gəncliyin seçilməsindəki əsas məqsəd dindarların mübarizədə siyasilərdən daha aqressiv olmalarıdır. Dini duyğuların istismar olunması ilə dindarları önə çıxarmaq və hakimiyyətlə mübarizədə onlardan istifadə əsas planın tərkib hissəsidir. Ölkədə bir neçə dəfə baş verən dindar aksiyalarının siyasilərin aksiyalarından daha radikal olması onlarla hədəfə çatmağın daha real olmasından xəbər verir. Sosial şəbəkələr isə televiziyaya çıxmaq imkanı olmayan qüvvələrin daha rahat əlaqə qurmasında rol oynayır. Bir neçə il ərzində Amerikan dəstəkli qəzet-jurnalların azalması ilə yanaşı internet sayt və forumlarının artması da virtual şəbəkələrə önəm verildiyini göstərir.

Son olaraq qeyd edək ki, Obama ABŞ-ın Böyük Orta Şərq proyektini reallaşdırmaq üçün düyməni basıb. Tunis, Misir və Liviyadan sonra regionda “domino inqilabı” proyekti davam edəcək. Görüntüdə islami olan, ancaq ipi Amerikanın əlində olan və daha rahat işləməsinə səbəb olacaq rejimlər qurulmaqda davam edəcək.

Çingiz, Hamlet SADIQOV

Əlaqəli xəbərlər