Etibar Pirverdiyev hədəfdə

etubar-pirverdiyev

“Azərenerji” prezidentinin korrupsiya əməlləri araşdırılır

“Antikorrupsiya dalğasında ilk hədəfə gələn məmur-oliqarxlardan biri də “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevdir. Hazırda onun ifşası istiqamətində ciddi işləır görülür. Dövlət büdcəsini talaması, digər qanunsuz əməlləri barədə ciddi araşdırmalar aparılır”. Bu barədə redaksiyamıza məlumat ötürən mənbə deyir ki, hazırda daha çox E.Pirverdiyevin biznes dairələri müəyyənləşdirilir:


“İlkin bəlli olan budur ki, Etibar Pirverdiyev də heyvanbazdır. Onun Kürsəngidə dəvə ferması var. Bundan başqa, Umbakıda, Xaçmazın Çarxı və Yusuboba kəndlərində də E.Pirverdiyevin fermaları mövcuddur. Bu fermalarda əsasən qoyun, inək və camış saxlanılır. Yusubobadakı fermasında baş energetik ancaq ətlik heyvanlar bəslətdirir. Fermada saxlanılan cins heyvanlardan çəkisi az olanının 500 kiloqram əti var. Etibar Pirverdiyevin Xaçmazda, Bakıda, Qubada, Sumqayıtda restoranları, mağazalar şəbəkəsi var. Ət həmin fermalardan onun mağaza və restoranlarına gedir”.

Mənbəmiz deyir ki, “Azərenerji”də əməkhaqqı kartla verilməyə başlayandan işçilər pullarını 1 ay gecikmə ilə alırlar: “Gecikdirilən əməkhaqqılar milyonlarla manatdır. Bu qədər pulu da bankda 1 ay fırladıb faizini götürəndən sonra işçilərə verirlər. Pulumuz köşürülən “Avtonəqliyyatbank”ın səhmlərinin böyük hissəsinin Etibar Pirverdiyevə məxsusdur. Etibar Pirverdiyev əldə etdiyi milyonları yığıb saxlamır, Bakıətrafı istirahət zonalarına da böyük yatırımlar qoyur. O, təkcə Bilgəh qəsəbəsində 100-dən çox villa inşa etdirib. Görünüşçə bir-birindən fərqlənməyən həmin villaların satış qiyməti 500 min -1 milyon dollar arasındadır. Sumqayıtda isə E.Pirverdiyevin kabel və avtomobil zavodu tikilib başa çatmaq üzrədir. Ölkəyə elektrik avadanlıqlarının, kabellərin gətirilməsi də E.Pirverdiyevin inhisarındadır”.

İnformasi qaynağımız bildirir ki, E.Pirverdiyevin “Azenko” şirkəti Bakıda Bayraq Meydanında qülləsini inşa edərkən ciddi maxinasiyalara yol verib: “Bir müddət sonra qüllənin laхlaması “Azərenerji” prezidenti Etibar Pirverdiyevin maxinasiyalarının nəticəsidir. Bu hərəkətinə görə o, prezidentin etimadını doğrulda bilməyib. Artıq yuхarıdan Etibar Pirverdiyevin “qara siyahı”ya salınmasına qərar verilib və bu qərar dəyişməyəcək. Belə məlumatlar da var ki, Etibar Pirverdiyevin vəzifəsini hazırda “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov icra edir və bütün səlahiyyətlər ona malikdir. Mənbə deyir ki, başı bəlada olan cənab Pirverdiyev hazırda vəzifəsi barədə deyil, həyatı barədə düşünür və törətdiyi cinayətləri, korrupsiya əməllərinin məsuliyyətini dərk edərək həbsdən yayınmağa cəhd edir”.

Mənbəmiz onu da qeyd edir ki, E.Pirverdiyev Mingəçevir su anbarı üzərindəki SES-i normadan artıq istismar etməklə milyonlar qazanır. Belə ki, SES-də daha çox elektrik enerjisi istehsalı üçün su anbara həddən artıq çox buraxılır. Alınmış əlavə enerji isə elə “Azərenerji”yə yaxın olan qurumların əli ilə istilik elektrik enerjisi kimi təqdim olunur. Nəticədə E.Pirverdiyev milyonlar qazanır...

“Azərenerji” prezidenti bu vəzifəyə təyin olunandan sonra təyin olunandan sonra bütün savadlı kadrlar buradan didərgin salınıb: “Təcrübəli, peşəkar adamlar buradan uzaqlaşdırıldı, başqa-başqa qurumlardan yeniləri yığıldı. Son zamanlar isə E.Pirverdiyevin başı indi dəbdə olan təmir işlərinə qarışıb. ”Azərenerji"nin binası hər il təmir olunur, milyonlarla manat vəsait silinir. Bəs görəsən, Korrupsiya ilə Mübarizə İdarəsi hara baxır?!"

Əlaqəli xəbərlər