Putin ya Navalni? Rusiya siyasəti dəyişə bilərmi, hansı vacib məqamları dəyərləndirmirik, unutmuşuq?

bandicam 2021 01 24 21 05 27 042

“Demək olar ki, Azərbaycan da daxil olmaqla bütün dünya KİV-i 17 yanvarda Almaniyadan müalicə olaraq Rusiyaya geri dönən Aleksey Navalninin həbsinə qarşı Rusiyanın əksək böyük şəhərlərində başlamış etirazın siyasi nəticələrini və ümumiyyətlə Rusiyada siyasi durumu müzakirə və təhlili edir, müxtəlif proqnozlar irəli sürürlər.

Azərbaycanda isə təbii ki, Rusiyadakı siyasi proseslərə izləyənlər , fikir söyləyənlər olduqca çoxdur. Təbii ki, bu diqqət Rusiyanın Azərbaycanla bağlı siyasətinin doğurduğu yanaşmadır. Ancaq Rusiya haqqında hər hansı bir siyasisi təhlil vermək olduqca asan göründüyü kimi də, o qədər də dərin və çətin bir məsələdir. İlk öncə onu qeyd edim ki, ümumiyyətlə Rusiya haqqında hər hansı bir siyasi təhlil verərkən bu ölkənin tarixini, ideologiyasını, mental dəyərlərini, milli düşüncə tərzini nəzərə almadan hər hansı bir proqnoz vermək yanlış yanaşmadır. “

araz.az   bildirir ki, bunu, hüquqşünas Vüqar Dadaşov Rusiyada başlamış etirazları şərh edərkən deyib. Hüquqşünas öz fikrini belə davam edib:
“Azərbaycan mətbuatçıda olduqca çoxlu yazılar ümumən Rusiya siyasətinin mahiyyətini düzgün qiymətləndirir. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Rusiyanın demokratikləşməsi mümkünsüz görünür.
 
Qısa tarix boyu ruslar “velikoderjavie” ideyasına o qədər inanmış və bu inam onların mental dəyərlərini və milli düşüncə tərzini formalaşdırmışdır. Ruslarda rəhbərə tabe olmaq hissi daxili tələbat formasındadır. Napoleon Bonapart vaxtı ilə qeyd etdiyi kimi, ruslarda rəhbərə tabe olmaq bacarığı dünya xalqlarına nümunə olaraq qalır. Yəni, Navalanı nə qədər etirazçı yığmağından asılı olmayaraq, hazırkı lider Putinin tərəfdaşları Rusiya cəmiyyətində olduqca çoxluq təşkil edir.
 
Qeyd etmək lazımdır ki, etirazçılar Putinin siyasətinə yox, iqtisadi və sosial vəziyyətə görə etiraz edənlərdi. Bu isə tamamilə fərqli situasiya deməkdir. 2020-ci ildə Putinin təşəbbüsü ilə dəyişdirilmiş Rusiya Konstitusiyası onun dövlətinin və cəmiyyətinin əsl mahiyyəti yəni, rus şovinizmi, digər xalqlar üstündə rus hökmü ali qanunları səviyyəsində təsdiqlənmişdir.
 
Maraqlısı isə odur ki, 145 milyon əhalisi olan Rusiyada Konstitusiyaya mahiyyət etibarı ilə millətçi, şovinist, digər xalqlar üzərində hökm və hakim kimi normaların qəbul edilməsinə etiraz edənlər, əhalinin ümumi sayının 10%-dən çox olmadı. Həmin o 10%-ə Rusiyada yerli digər xalqların nümayəndələri daxildir. Nəticə isə budur ki, ruslar ümumən dövlət idarə sistemindən, rəhbərindən asılı olmayaraq bir dövlət olaraq müstəmləkə, aqressiv siyasi quruluş tərəfdarlarıdır.
 
Təbii ki, Aleksey Navalni də millətçi, şovinist və aqressiv siyasət düşüncəsində olan bir siyasi fiqurdur. Fikir versəniz görərsiniz ki, Aleksey Navalni bir müxalifətçi olaraq bütün siyasi fəaliyyət dövründə Rusiyanın xarici siyasət kursuna etiraz etməyib, daha çox susqunluq nümayiş etdirib. Navalninin dilə gətirdiyi məsələlər anacaq korrupsiya, sosial, iqtisadı məsələlər və sair vacib siyasi maliyyət kəsb etməyən məsələlər olmuşdur.

Yeri gəlmişkən Navalnı Rusiyanın Krım ilhaqını və ümumiyyətlə Rusiyanın Ukrayna siyasətini dəstəkləyən fikirlər söyləmişdir. Bu isə bir daha onu göstərir ki, Aleksey Navalniyə demokratik lider kimi ümidlə baxanlar yanılırlar.
Hətta müasir Rusiyanın 1-ci prezidenti Boris Yeltsini də demokratik lider sayanlar da yanlış fikrədirlər.
 
Bəli, Boris Yeltsin demokratik lider kimi görünüb, ancaq hakimiyyəti dövründə verdiyi siyasi qararlar tam əksinə olan mənzərəni ortaya çıxarır. Yeltçin 2000-ci ildə hakimiyyəti onun davamçıları Qaydar, Nemçov, Çubays kimi qərb reformatorları və demokratik düşüncəli şəxslərə deyil, SSRİ-ı həsrətində olan Vladimir Putinə ötürdü. O dövrdə ABŞ-dan asılı olan Yeltsin hakimiyyəti şovinist, aqressiv, millətçi Vladimir Putinə ötürmək üçün Bill Klintonu da aldadaraq Putinin demokratik düşüncəyə malik olmasını və Rusiyanın demokratikləşməsini davam etdirəcəyinə əminliyini bildirmişdi.
 
Bu isə bir daha onu göstərir ki, necə göründüyündən asılı olmayaraq rus rəhbərlərinin əvvəl-axır “velikoderjavie”, şovinizm, millətçilik kimi hissləri özünü büruzə verir, ön plana çıxıb hakim ideya olur.
Rusiya ilə bağlı olduqca maraqlı bir tezislə müəyyən qədər də olsa razılaşmaq olar. Belə bir fikir var ki, Rusiyanın tam olaraq demokratikləşməsi daha təhlükəli ola bilər və bəzi qərb dairələri Rusiyanın tam demokratikləşməsinə maraqlı deyil. Bu tezis belə izah edilir ki, demokratik Rusiya digər xalqlar və dövlətlər üçün daha cəlb edici ola bilər və bununla da Rusiya özünəməxsus demokratik cəmiyyəti ilə Avropa və Qərb demokratiyasına rəqabət yaradar, qərb demokratiyasını arxa plana keçirə bilər. Ancaq Rusiyanın avtoritar rejimi, millətçi, “velikoderjavie” ideyaları dünya dövlətlərini Qərb demokratiyası ətrafında cəmləşməyə məcbur edir, Qərb dünyasını gücləndirir.
 
Əlbəttə ki, bununla razılaşmamaq mümkünsüzdür ki, aqressiv Rusiya fonunda dünya dövlətləri üçün Qərb demokratiyası, qərb dəyərləri daha cəlbedici görünür və bu baxımdan yuxarıda qeyd edilən tezisin həyatda duruşu mümkündür. Təbii ki, Rusiyada dövlət idarə üsulundan və rəhbərinin kimliyindən də vacib rusların düşüncə tərzinin köklü şəkildə dəyişməsi fonunda Rusiyanın demokratikləşməsi mümkün ola bilər.
 
Ümumiyyətlə isə, Rusiyanın aqressiv, şovinist, hökm siyasətindən imtinası və demokratikləşməsi indiki siyasi xəritəsi daxilində sadəcə mümükünsüzdür daha doğrusu, demokratiya Rusiyanın parçalanmasına aparan mütləq siyasi proses olduğundan Rusiyanın düşündüyümüz demokratik cəmiyyət və dövlət gözlətisi əbəsdir. Odur ki, Putin, Navalnı, Şoyqu, Narışkin və ya hər hansı bir İvanın hakimiyyətdə olması Rusiyanın demokratikləşməsi, aqressiv və hökm siyasətindən imtinasına gətirməyəcək. “
 
araz.az

Əlaqəli xəbərlər