Hüseynbala Mirələmov restoranında müştərilərə nə əti yedizdirir?

Lerik sakini deputat haqda və digər məsələlər barədə şok faktlar açıqlayıb

İki gün öncə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) Lerik rayon peşə məktəbinin keçmiş müəllimi də Eldar Cəfərov mətbuat konfransı keçirərək şok faktlar açıqlayıb. O deyib ki, Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olunub: “Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxardı. Yeni təyin edilən direktorların isə hər birindən 3 min manat aldı”.

 

E.Cəfərov deyib ki, Balaşirin Cəfərov işdən çıxartmadığı orta məktəb direktorlarının isə hər birindən 500-1500 manat alıb və aylıq haqq qoyub: “O, hər ay guya qonaqları yola salmaq bəhanəsi ilə 47 orta məktəb direktorunun hər birindən 50 manat, 40 əsas məktəb direktorunun hər birindən 30 manat, ibtidai məktəb direktorlarının hər birindən 20 manat alır”.
E.Cəfərov qeyd edib ki, təsadüfi adamların vəzifəyə təyin olunması nəticəsində Laman kənd orta məktəbində bir neçə aydır direktor məktəbə gəlmir: “Rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib. Halbuki uşaq bağçalarının demək olar əksəriyyəti formal fəaliyyət göstərir. Bu uşaq bağçalarına verilən ərzaq və inventar pulunun əksər hissəsi həmin uşaq təşkilatına çatmamış mənimsənilir. Təhsil Nazirliyinin razılığı olmadan təkcə bu il Lerik rayonunda 25 müəllim işə götürülüb. O cümlədən nazirliyin keçirdiyi test imtahanlarında lazımi qədər bal yığa bilməyən Cəsur Həmzəyev adlı şəxs 3 min manat rüşvət hesabına Laman kənd məktəbinə müəllim təyin edilib”.
E.Cəfərovun sözlərinə görə, 2010-cu ilin sonlarında məktəblərin təmiri üçün ayrılmış 50 min manat B.Nəsirov tərəfindən heç bir təmir işi görülmədən saxta sənədlərlə yaxını Süleyman Rzayevin bank hesabına köçürülərək mənimsənilib: “2011-ci ilin 1-ci rübündə Masallıda yerləşən MMC-yə avadanlıq almaq üçün 140 min manat pul köçürülüb və həmin vəsait mənimsənilib. Məktəblərə adi top 120 manata, saniyəölçən 60 manata sırınıb. Onun deputat Hüseynbala Mirələmovla hansısa əlaqələri var. Bakının girəcəyində, sahil zonasında Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət zonası var. Təhsil sahəsindən daha çox qəssablıqla məşğul olan Balaşirin Nəsirov Lerikdə 1 kiloqramı 5 manata olan çəpiş, keçi ətini həmin istirahət zonasında ceyran əti qiymətinə satdırır. Onun qanunsuz əməllərinə sipər çəkməli olan icra başçısı Rövşən Bağırov və Balaşirin Nəsirovun yaxın qohumu Hüseynbala Mirələmov onun açıq müdafiəçisi kimi çıxış edirlər. 1997-ci ildə Balaşirin Nəsirov əmisi qızı Sevinc Nəsirovanın həyatını korlayıb, sonra isə rüsvay olmamaq üçün onu öldürüb. Lerik Rayon Prokurorluğu ondan rüşvət alaraq, işi ört-basdır edib".

Əlaqəli xəbərlər