Sumqayıtın hərbi komissarı cəzasını aldı

Sumqayıtlılara qan udduran Samir Məmmədov haqda yazdıqlarımız təsdiqini tapdı

“Araz” qəzetinin ötən saylarında Sumqayıt şəhər hərbi komissarı Samir Məmmədovun qanunsuz əməlləri, rüvşətxor, korrupsioner fəaliyyəti barədə yazmış və onun cəzalandırılmalı olduğunu bildirmişdik. Yazdıqlarımız rəsmən öz təsdiqini tapıb. Belə ki, polkovnik Samir Məmmədov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Məhkəmənin hökmü ilə onun barəsində 3 ay müddətinə ...


həbs-qətimkan tədbiri seçilib. Bakı Hərbi Məhkəməsinin qərarından Samir Məmmədov apellyasiya şikayəti də verib. Mayın 18-də Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılsa da, hakim Lətifə Məmmədovanın sədrlik etdiyi məhkəmə polkovnikin barəsindəki həbs qərarını dəyişdirilməyib. S.Məmmədov Cinayət Məcəlləsinin 313.1 və 311.3.2-ci(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərafindən təkrar şəkildə rüşvət alma) və 341.1-ci(hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələri ilə ittiham olunur. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, bu ilin yanvar ayında orduya növbəti çağırışla əlaqədar Sumqayıt Hərbi Komissarlığında baş verən qanunsuzluqla bağlı qəzetimizdə yazı getmişdi. Vətəndaş şikayətləri əsasında hazırlanmış həmin yazıda deyilirdi ki, Samir Məmmədov Sumqayıta hərbi komissar təyin olunandan sonra burada qaydalar dəyişib. Yəni rüşvət tələbləri ikiqat artıb. Cari çağırış mövsümündə real səbəblərdən növbəti çağırışa qədər möhlət almaq istəyənlər xüsusi narazılıq ifadə edirlər. Həmçinin, xəstəliyi olan şəxslər də onlara uyğun hərbi bilet verilməsi üçün rüşvət tələb edildiyini bildirilirdi.

Nəzərə çatdıraq ki, Azərbaycanda korrupsiyaya bulaşmış qurumlar içərisində hərbi komissarlıqlar ön sıraları tuturdu. Bu baxımdan hərbi komissarlarla bağlı aparılan əməliyyatlar təqdir olunur və korrupsiyaya qarşı mübarizədə ciddi addım kimi dəyərləndirilir.

Onu da nəzərə çatdıraq ki, son ayyarım ərzində Binəqədi rayon hərbi komissarı, onun ardınca Suraxanı rayonunun hərbi komissarı həbs ediliblər. Suraxanıda sədrdən əvvəl iki əməkdaş həbs edilmişdi. İki gün öncə isə  Suraxanı Rayon Hərbi Komissarlığının daha bir əməkdaşı həbs edilib. Məlumata görə, komissarlığın çağırış şöbəsinin əməkdaşı Məbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur

Əlaqəli xəbərlər