Azər­bay­can­da mü­xa­li­fət böh­ra­nı

Ha­ki­miy­yət AXCP, AMİP və ADP-nin ba­şı­na gə­tir­dik­lə­ri­ni in­di  Mü­sa­va­tın ba­şı­na gə­tir­mə­yə ça­lı­şır

İki həf­tə ön­cə yaz­mış­dıq ki, Qərb və ha­ki­miy­yət xalq hə­ra­ka­tı­nın şi­ne­lin­dən çıx­mış ənə­nə­vi mü­xa­li­fə­tin si­ya­si səh­nə­dən çə­kil­mə­si­ni is­tə­yir və bu­na gö­rə ha­ki­miy­yət mü­xa­li­fə­tə par­la­ment­də yer ayır­ma­dı. Ye­ni ya­ra­na­caq si­ya­si mü­xa­li­fə­tin isə Qərb yö­nüm­lü ola­ca­ğı­nı söy­lə­miş­dik. Ara­dan ke­çən qı­sa müd­dət ər­zin­də ar­tıq si­ya­si klu­ar­lar­da və mət­bu­at sə­hi­fə­lə­rin­də ye­ni mü­xa­li­fət haq­qın­da cid­di mü­za­ki­rə­lər baş­la­dı­lıb. Xü­su­si­lə bu mə­sə­lə mü­xa­lif dü­şər­gə­də ak­tu­al­lıq qa­zan­mış­dır.

Mü­xa­li­fət dü­şər­gə­si iki əsas mə­sə­lə ət­ra­fın­da po­le­mi­ka baş­lat­mış­dır. Bun­lar Mil­li Məc­li­sə al­ter­na­tiv ola­raq "Xalq Məc­li­si" ya­rat­maq və ye­ni Xalq Hə­ra­ka­tı ya­rat­maq ide­ya­la­rın­dan iba­rət­dir.

Əs­lin­də mü­xa­lif dü­şər­gə­nin ye­ni si­ya­si qüv­və­nin, ya da xalq hə­rə­ka­tı­nın ya­ra­dıl­ma­sı po­le­mi­ka­sı içi­nə gir­mə­si, əs­lin­də on­la­rın tü­kən­dik­lə­ri­ni və re­al­lıq­la­rı nə­zə­rə ala­raq ala­raq, si­ya­si səh­nə­dən çə­kil­mək ha­zır­lıq­la­rı için­də ol­duq­la­rı­nı do­la­yı­sı ilə eti­raf et­mək an­la­mı­na gə­lir. Ar­tıq de­mək olar ki, bu öl­kə­nin MÜ­XA­Lİ­FƏT PROB­LE­Mİ var və bu prob­lem çö­zül­mə­yə ça­lı­şı­lır.

 

"Xalq məc­li­si" nə de­mək­dir?

 

"Xalq Məc­li­si" ide­ya­sı­nı or­ta­ya atan­lar öz­lə­ri də yax­şı bi­lir­lər ki, bu, an­caq gün­də­mi məş­ğul et­mək­dir. Bu, seç­ki­lə­rin nə­ti­cə­lə­ri­ni ta­nı­ma­yan mü­xa­li­fə­tin ha­ki­miy­yə­tə və bey­nəl­xalq alə­mə hər han­sı bir sə­viy­yə­də me­saj yol­la­maq is­tə­yi­dir. Mü­xa­li­fət çox yax­şı bi­lir ki, on­la­rın ha­ki­miy­yət or­qan­la­rı­na hər han­sı bir al­ter­na­tiv ya­rat­maq üçün güc­lə­ri və si­ya­si im­kan­la­rı yox­dur. "Xalq Məc­li­si" an­caq mü­əy­yən bir an­lam­da mü­xa­li­fə­tin bir­li­yi­ni tə­min edə bi­lər. La­kin Azər­bay­can xal­qı o qə­dər pas­siv­dir və bu pas­siv­li­yin fo­nun­da mü­xa­li­fət o qə­dər zə­if­dir ki, on­la­rın bir­ləş­mə­si be­lə, cə­miy­yət­də heç bir ef­fekt ya­rat­ma­ya­caq.

Di­gər tə­rəf­dən "Xalq Məc­li­si" ide­ya­sı mü­xa­li­fə­tin da­ha re­al gö­rü­nən və da­ha nor­mal ef­fekt ya­ra­da bi­lə­cək bir bir­ləş­mə­si­ni ar­xa pla­na ke­çir­mək­də­dir. Söh­bət Mü­sa­vat və AXCP-nin bir­ləş­mə­sin­dən ge­dir. Mü­sa­vat­da­kı son is­te­fa­lar­dan son­ra de­mək olar ki, bu bir­ləş­mə cid­di təh­lü­kə al­tı­na gi­rib. An­caq in­di mü­xa­li­yə­ti bir qə­dər dir­çəlt­mək və bey­nəl­xalq alə­min diq­qə­ti­ni cəlb et­mək üçün Mü­sa­vat-AXCP bir­li­yi ən doğ­ru stra­te­gi­ya­dır.

 

Xalq hə­rə­ka­tı mə­sə­lə­si

Və­ziy­yət­dən çı­xış yo­lu ola­raq ye­ni xalq hə­rə­ka­tı­nın ya­ra­dıl­ma­sı fik­ri­ni or­ta­ya atan­lar ən sa­də hə­qi­qə­ti gör­məz­lik­dən gə­lir­lər. Xalq hə­rə­ka­tı ya­ra­dıl­mır, xal­qın küt­lə­vi psi­xoz və­ziy­yə­tin­dən do­ğur və xal­qın eti­raz sə­si ola­raq for­ma­la­şır. Azər­bay­can xal­qı isə hə­lə­də su­sur, olan­la­ra bi­ga­nə­lik nü­ma­yiş et­di­rir və küt­lə­vi psi­xoz fa­za­sı için­də de­yil. Bu du­rum­da xalq hə­rə­ka­tı ya­rat­maq is­tə­yən­lər bu hə­rə­ka­tı ne­cə tə­səv­vür edir­lər və xal­qı han­sı üsul­lar­la psi­xoz və­ziy­yə­tə gə­tir­mə­yi dü­şü­nür­lər?

Mə­lum­dur ki, xalq hə­rə­ka­tı ya­rat­maq ide­ya­sı­nı or­ta­ya atan­lar xal­qın psi­xo­lo­gi­ya­sı­na tə­sir et­mək im­kan­la­rı­na ma­lik de­yil­lər. Öl­kə­də ona gö­rə mü­xa­li­fət prob­le­mi var ki, xalq bu mü­xa­li­fə­tin ça­ğı­rış­la­rı­na və te­zis­lə­ri­nə bi­ga­nə­dir.

Mü­xa­li­fət nə de­yir-de­sin, nə edir-et­sin, xalq on­la­rın sə­si­ni duy­mur, da­ha doğ­ru­su duy­maq is­tə­mir. Bu du­rum­da han­sı xalq hə­rə­ka­tın­dan da­nı­şır­lar?

Əs­lin­də xalq hə­rə­ka­tı ide­ya­sı­nı or­ta­ya atan­lar bu mə­sə­lə ilə ma­ni­pul­ya­si­ya edir­lər. Yə­ni si­ya­si səh­nə­dən get­mək is­tə­mir­lər və xalq hə­rə­ka­tı ya­rat­maq adı al­tın­da vaxt qa­zan­maq is­tə­yir­lər.

 

Ha­ki­miy­yə­tin mü­xa­li­fət tak­ti­ka­sı

Bü­tün hal­lar­da ye­ni ya­ran­caq olan mü­xa­li­fət ma­rio­net­ka mü­xa­li­fət ola­caq. Fər­qi yox­dur, is­tər Qərb ya­rat­sın, is­tər ha­ki­miy­yət, is­tər­sə də ru­si­ya və İran. Ya­ra­na­caq olan mü­xa­li­fət oyun­caq mü­xa­li­fət ola­caq və heç bir za­man Azər­bay­can xal­qı­nın da­xi­li və xa­ri­ci ma­raq­la­rı­nı ifa­də et­mə­yə­cək.

Əgər söh­bət Azər­bay­can­da tə­bii yo­la ye­ni mü­xa­li­fə­tin for­ma­laş­ma­sın­dan ge­dir­sə, o za­man bu pros­ses üçün da­ha on il la­zım­dır. Ən azın­dan, bi­zim in­sa­nı­mı­zın psi­xo­lo­gi­ya­sın­da mü­əy­yən də­yi­şik­lik­lər ol­ma­lı, si­ya­si pro­ses­lə­rə xalq mü­na­si­bə­ti for­ma­laş­ma­lı və xalq ha­ki­miy­yə­tə qar­şı mü­ba­ri­zə apar­maq üçün özün­də ruh hiss et­mə­li­dir.

Bu gün Azər­bay­can xal­qın­da bü­tün bun­la­rın heç işar­tı­sı be­lə, yox­dur. De­mək ki, iq­ti­dar ana­li­tik­lə­ri düz he­sab­la­yıb. On­la­rın mü­xa­li­fə­tə eh­ti­ya­cı yox­dur. Da­ha doğ­ru­su, xalq öz için­də bu eh­ti­ya­cı hiss et­mir.

On­da mə­sə­lə özü-öz­lü­yün­də ay­dın­dır. İq­ti­dar Qər­bin, ya da ru­si­ya və İra­nın Azər­bay­can­da ma­rio­net mü­xa­li­fət ya­rat­ma­sı­na qar­şı çı­xa­caq. La­kin Qər­bin təz­yiq­lə­ri­nə da­vam gə­ti­rə bil­məz­sə, o za­man in­di­ki par­la­ment­də tə­sis et­di­yi tip­də bir mü­xa­li­fə­tin for­ma­laş­ma­sı­na im­kan ve­rə­cək. Baş­qa cür hər han­sı bir for­ma­da ye­ni mü­xa­li­fət for­ma­laş­dı­rıl­ma­sı­na im­kan ya­rat­ma­ya­caq.

Elə bu­nun üçün də cə­miy­yət­də iq­ti­da­rın qa­tı av­to­ri­ta­rizm­dən yum­şaq dik­ta­tu­ra­ya keç­mə­si haq­qın­da söz-söh­bət gə­zir. Əs­lin­də,bu söz-söh­bə­ti or­ta­ya at­maq­la­iq­ti­dar cə­miy­yə­tin ak­tiv­ləş­mə­si­ni ön­lə­yir və mən­cə, bu­na na­il olur.

Qa­tı av­to­ri­ta­rizm və yum­şaq dik­ta­tu­ra nə de­mək­dir və ikin­ci ter­min nə­yi ifa­də elə­yir? Əs­lin­də bu iki ter­min ey­ni şe­yi, yə­ni ha­zır­da Azər­bay­can­da­kı si­ya­si re­ji­mi ifa­də elə­yir.

 

Si­ya­si re­al­lıq

Azər­bay­ca­nın si­ya­si ma­raq­la­rı və ha­ki­miy­yə­tin xa­ri­ci ma­raq­la­rı si­ya­si re­ji­min bun­dan ar­tıq tünd­ləş­di­ril­mə­si­ni im­kan­sız edir. Bu, qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin tə­la­ba­tı­na zid­dir. Əgər iq­ti­dar bu tə­lə­ba­tı nə­zə­rə al­maz­sa, o za­man cid­di iq­ti­sa­di prob­lem­lər­lə üz­lə­şə­mə­si və bey­nəl­xalq təc­rid təh­lü­kə­si ilə üz-üzə qal­ma­sı­qa­çı­nıl­maz ola­caq.

Ona gö­rə də in­di­ki si­ya­si re­al­lıq­lar­dan çı­xış edər­sək, ha­ki­miy­yə­tin qa­tı­la­şa­ca­ğı­nı gü­man et­mək doğ­ru ol­maz. Bu, ha­ki­miy­yə­tin əl ata bi­lə­cə­yi ən son va­ri­ant­dır.

 

Mü­xa­li­fə­tin ta­le­yi

 

Ənə­nə­vi mü­xa­li­fət bu dö­nəm­dən son­ra nə edə­cə­yi­ni dü­şü­nür? İlk ağıl­la­rı­na gə­lə­ni söy­lə­yib­lər. Xalq hə­rə­ka­tı ya­rat­maq ide­ya­sı­nı gün­də­mə gə­ti­rib­lər. An­caq bu, qə­tiy­yən çı­xış yo­lu de­yil. Bu­nu öz­lə­ri ha­mı­dan yax­şı bi­lir.

An­caq mü­xa­li­fə­tin hər şe­yi bu­ra­xa­raq, qol­la­rı­nı sal­la­ya-sal­la­ya çə­kib ge­də­cə­yi­ni dü­şün­mək sa­də­lövh­lük olar­dı. Tə­bii ki, mü­xa­li­fət qa­la­caq və im­kan­la­rı da­xi­lin­də mü­ba­ri­zə apa­ra­caq. La­kin iq­ti­dar­da əli­ni ya­nı­na sa­lıb boş da­yan­ma­ya­caq.

Sül­həd­din Ək­bə­rin və İb­ra­him İb­ra­him­li­nin Mü­sa­va­tı tərk et­mə­si bu­na ba­riz sü­but­dur. Bu pros­se­sin ar­xa­sın­ca da han­sı pro­se­sin ge­də­cə­yi in­di­dən ay­dın­dır. Ha­ki­miy­yət AXCP, AMİP və ADP-nin ba­şı­na gə­tir­dik­lə­ri­ni in­di də Mü­sa­va­tın ba­şı­na gə­ti­rir. Yə­ni, Azər­bay­can­da ye­ga­nə mo­no­lit par­ti­ya gö­rün­tü­sü ya­ra­dan Mü­sa­vat par­ti­ya­sı­nı par­ça­la­yır. Sa­də­cə uzun za­man­dır bu­nu nə­dən et­mə­mə­si ma­raq do­ğu­rur­du. Çün­ki Sül­həd­din Ək­bə­rin par­ti­ya­da ha­ki­miy­yə­tin ada­mı ol­du­ğu­nu da­ir mə­lu­mat­lar uzun il­lər­dir mət­bu­at­da ya­zı­lır­dı. Baş­qan isə Nax­çı­van şö­bə­lə­ri­nin par­ti­ya­dan ay­rıl­ma­sı­nı ön­lə­mək xa­ti­ri­nə Sül­həd­din Ək­bə­rə döz­mək zo­run­da qa­lır­dı. İn­di bö­yük eh­ti­mal­la, Mü­sa­va­tın Nax­çı­van şö­bə­lə­ri bu təş­ki­lat­dan qo­pa­caq və Sül­həd­din Ək­bə­rin ya­rat­ma­sı göz­lə­ni­lən par­ti­ya keç­dik­lə­ri­ni bə­yan edə­cək­lər.

Mü­sa­va­tı par­ça­la­maq­la ha­ki­miy­yət ey­ni za­man­da AXCP-Mü­sa­vat bir­li­yi­nə də ağır zər­bə en­dir­miş ol­du. Bö­yük eh­ti­mal­la, ar­tıq bir­ləş­mə baş tut­ma­ya­caq və ya­xud da kon­fe­de­ra­tiv şərt­lər­lə baş tu­ta­caq ki, gə­lə­cək­də bu bir­li­yi da­ğıt­maq ha­ki­miy­yət üçün heç də çə­tin ol­ma­ya­caq.

Bun­dan baş­qa Mü­sa­vat və AXCP-nin bun­dan son­ra da­ha bir ne­çə də­fə par­ça­la­na­ca­ğı­nın şa­hi­di ola bi­lə­rik. İs­tis­na de­yil ki, ha­ki­miy­yət so­nuc­da bu par­ti­ya­la­rı qə­rar­gah­la­rın­dan çı­xa­ra­raq, bu də­fə bir də­fə­lik ola­raq kü­çə­yə at­sın.

Çox gü­man ki, "cırt­dan" par­ti­ya­lar­da ha­ki­miy­yət­dən öz nə­sib­lə­ri­ni ala­caq­lar. Hər hal­da ha­ki­miy­yə­tin əlal­tı­sı ol­ma­yan və yal­nız sədr­lə­ri ilə ta­nı­nan par­ti­ya­lar ta­ma­mi­lə si­li­nib ge­də­cək­lər.

 

Qərb pro­se­si ne­cə ni­zam­la­ya­caq?

 

Qərb Azər­bay­can ha­ki­mi­yə­tin­dən Gür­cüs­tan sə­viy­yə­sin­də de­mok­ra­tik is­la­hat­lar apa­rıl­ma­sı­nı is­tə­mir. Ame­ri­ka­da və Av­ro­pa­da yax­şı an­la­yır­lar ki, Azər­bay­can xal­qı­nın de­mok­ra­tik şüu­ru son on il­də SSRİ-nin 70-cil­lər sə­viy­yə­si­nə qə­dər ge­ri­lə­yib. An­caq özü­nün stra­te­ji ma­raq­la­rı na­mi­nə Qərb Azər­bay­can­la əmək­daş­lıq et­mək zo­run­da­dır. Hər hal­da Qərb Azər­bay­can­la mü­na­si­bət­lə­ri Be­la­rus sə­viy­yə­si­nə çat­dır­maq ma­ra­ğın­da de­yil və bu­nu is­tə­məz. Azər­bay­ca­nı Qərb­dən təc­rid et­mək də Qər­bin ma­raq­la­rı­nı heç cür tə­min et­mir. La­kin Azər­bay­can­la əmək­daş­lıq edə bil­mək üçün öl­kə­də­ki si­ya­si re­jim nis­bə­tən Qərb stan­dart­la­rı­na ca­vab ver­mə­li­dir.

Ona gö­rə də Qər­bin qar­şı­sın­da iki yol qa­lır. Bi­rin­ci: Azər­bay­can ha­ki­miy­yə­ti­ni öl­kə­də ən azın­dan 2005-ci il sə­viy­yə­sin­də de­mok­ra­tik şə­ra­it ya­rat­ma­ğa ra­zı sal­maq. İkin­ci: Azər­bay­can­da məx­mə­ri in­qi­lab et­mək və Qərb stan­dart­la­rı­na da­ha ya­xın olan bir si­ya­si qüv­və­ni ha­ki­miy­yə­tə gə­tir­mək.

Va­şinq­to­nun ikin­ci va­ri­an­ta ge­də­cə­yi­ni dü­şün­mək doğ­ru ol­maz­dı. Bu, hər hal­da Va­şinq­ton üçün ən son va­ri­ant­dır. Di­gər tə­rəf­dən ikin­ci va­ri­an­tın uğur­lu ola bi­lə­cə­yi­nə heç kim tə­mi­nat ve­rə bil­məz. Çün­ki Azər­bay­can ha­ki­miy­yə­ti məx­mə­ri in­qi­lab­la­rı ön­lə­yə bil­mək üçün ki­fa­yət qə­dər güc­lü­dür. Həm­çi­nin, öl­kə da­xi­lin­də məx­mə­ri in­qi­la­bı re­al­laş­dı­ra bi­lə­cək si­ya­si qüv­və yox­dur. Ona gö­rə bö­yük eh­ti­mal­la, Qərb Azər­bay­can ha­ki­miy­yə­ti­ni bi­rin­ci va­ri­an­ta ra­zı sal­ma­ğa ça­lı­şa­caq.

 

Öl­kə­də mü­xa­li­fət ola­caq­mı?

 

Öl­kə­də mü­xa­li­fə­tin olub-ol­ma­ma­sı­nı ha­ki­miy­yə­tin Qərb­lə bun­dan son­ra tən­zim­lə­nə­cək olan mü­na­si­bət­lə­ri tə­yin edə­cək. Söz­süz ki ha­ki­miy­yət Qərb­lə mü­na­si­bət­lə­ri nor­mal axı­na sal­ma­ğa ça­lı­şa­caq. Qərb özü­nün stra­te­ji ma­raq­la­rı­nın tə­min olun­ma­sı üçün Azər­bay­ca­na eh­ti­yac duy­du­ğu ki­mi, Azər­bay­can ha­ki­miy­yə­ti də özü­nün stra­te­ji ma­raq­la­rı na­mi­nə Qərb­lə əmək­daş­lıq et­mə­yə möh­tac­dır. La­kin Qərb özü­nün de­mok­ra­tik stan­dart­la­rı­nı qo­ru­ma­ğa ça­lış­dı­ğı ki­mi, Azər­bay­can ha­ki­miy­yə­ti də öz ma­raq­la­rı­nı qo­ru­ma­ğa ça­lı­şa­caq. Yə­ni Azər­bay­can­da mü­xa­li­fət ol­sa be­lə, bu, Pre­zi­dent Ad­mi­nis­tra­si­ya­sı­nın şə­kil­lən­dir­mək is­tə­di­yi sə­viy­yə­də ola­caq. Tə­bii ki, bu Qər­bin is­tə­di­yi de­ko­ra­si­ya­nın tə­min olun­ma­sıy­la baş ve­rə­cək.

 Azər QA­RA­MAN­LI

Əlaqəli xəbərlər