Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir

Bu gün Azərbaycan xalqı tarixinin şanlı günlərini yaşayır. Buna əsas səbəb, ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən, həmçinin Dağlıq Qarabağ da daxil olmaqla 30 ilə yaxın müddət ərzində yağı düşmən qüvvələrinin tapdağı altında qalan torpaqlarımızın geri qaytarılması ilə nəticələnən Vətən Müharibəsi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu ərazilərdə yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tuturlar.31409225ae6d35f1609276921 Həmin anlarda Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan ordusunun komandanlığı qoşunların bütün cəbhəboyu ərazilərdə sürətli əks-hücum əməliyyatına başlaması haqda qərar verir. Hərbi əməliyyatların başlaması səbəbindən işğalçı Ermənistan Respublikasında hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda Respublikasında isə hərbi vəziyyət və komendant saatı elan olunur. Qeyd edək ki, sərhədboyu ərazilərdə baş verən qarşıdurmalar qısa müddət ərzində sürətlə alovlanır və İkinci Qarabağ müharibəsinə çevrilir. Bu müharibənin başlaması nəticəsində 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd və strateji yüksəkliklər işğaldan azad olundu. Hər bir şəhərin, kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük coşqu və sevinc hissi ilə qarşılandı. Azərbaycan tərəfi 44 gün ərzində davam edən Vətən müharibəsinin gedişi zamanı yalnız tarix yazmadı, eyni zamanda “məğlun xalq” adını üstündən götürməyi bacardı. Bundan əlavə, hərbi əməliyyatların həyata keçirildiyi vaxtlarda milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası, müasir dövr hərb tarixinə qabaqcıl nümunə olaraq həkk olundu. İşğalçı Ermənistan ordusu isə, sanki sabun köpüyü kimi məhv edildi. Vətən müharibəsi başlayana qədər tam əksəriyyət erməniləri “məğlubedilməz” tərəf olaraq qəbul edirdilər. Buna baxmayaraq, Vətən müharibəsi kimin və hansı tərəfin nəyə qabil olduğunu ortaya çıxartdı və erməni mifi tamamilə altüst olundu. Qısa zaman kəsiyində düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi, məhz hərbçilərimizin peşəkar və cəsur olmalarından xəbər verdi.

Onu da bildirək ki, Vətən müharibəsində xalq orduya göstərdiyi maddi və mənəvi dəstəyini heç bir halda əsirgəmədi. Xalqın bu inamı, bu güvənci hərbçilərimizin qələbə ruhunu daha da artırdı. Vətən müharibəsində döyüşən ordu ilə xalqın şüarı eyni idi: Zəfər bizimdir! Müharibənin davam etdiyi vaxtlarda dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Xalq bu müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə tam əmin idi. Bu əminlik ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsinin, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin əminliyi idi.

Bir xatırlamanı yada salaq ki, ötən 30 ilə yaxın müddət ərzində işğalçı Ermənistan daim atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu ortaya qoyurdu və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarında danışıqların formatını pozmağa çalışırdı. İşğalçı ölkənin bu yöndə atdığı addımlar dünyanın gözü qarşısında baş versə də, Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar baş verənlər haqda lazımınca məlumatlı olsalar da, onlar Ermənistana qarşı təzyiqlərini gücləndirmirlər. Diqqət yetirək ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, təəssüflər olsun ki, həmin qətnamələr müəyyən səbəblər üzündən icra olunmadı. Bu da olduqca təəssüf doğuran hallardır. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan başlayaraq müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” yazdı. Baş verənlər onu sübut etdi ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun görməli olduğu vəzifəni, məhz təkbaşına, öz qətiyyəti və döyüşkən ordusunun gücü sayəsində yerinə yetirdi. Bəli, Azərbaycan əsgəri döyüş bölgələrində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın olundu, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə bir vəziyyətdə təcavüzkar Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Fakt o oldu ki, nəhayət Paşinyan hakimiyyəti reallığı qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı və kapitulyasiya bəyannaməsini imzaladı. Bununla da 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün ərzində davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimiz düşmən tapdağından azad olundu. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini, bir sözlə nəyə qadir olduğunu nümayiş etdirdi. Xatırlayaq ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu deyir, uğurlu zəfərlərdə sərkərdələrin də əvəzsiz rolu olur. Bəli, Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə olmaqla bərabər, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoymağı bacardı, hərbi əməliyyatların davam etdiyi vaxtların informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, bütün təzyiqlərə mərdliklə sinə gərdi, öz xalqı ilə vəhdətdə olub mübarizlik rəmzinə çevrildi. Bununla da sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu faktdır, danılmaz həqiqətdir. Prezident İlham Əliyevin ötən 18 il ərzində həyata keçirdiyi siyasətin nəticəsi olaraq, 30 ilə yaxın müddət ərzində davam edən münaqişədə Azərbaycan Respublikası qalib tərəfə çevirdi və ərazi bütövlüyümüzün birmənalı olaraq təmin olundu.photo 54919481 1

Qeyd edək ki, 44 gün ərzində davam edən və işğalçı Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzdən sonra, xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamağa məcbur olmuşdur. Bu müharibənin gedişi zamanı həmvətənlərimizin bir çoxları şəhid oldular, yaralanıb sağlamlıqlarını itirdilər. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Bəli, Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, hər il 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Anım Günü ilə bağlı 27 sentyabrda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə, məscidlərdə, kilsələrdə, sinaqoqlarda müharibədə həlak olanların ruhuna dualar oxunacaq. Həmin gün günorta saat 12:00-da ölənlərin xatirəsi ölkə boyunca 1 dəqiqəlik sükutla yad olunacaq və axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasında və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.1571653821 cebhede 1549649400

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Leyla SÜLEYMANOVA,

Xətai rayon qeydiyyat şöbəsinin rəisi

Əlaqəli xəbərlər