Gənclər paytaxtı Tovuzda “Respublika Gənclər Debat Forumu”nun yaddaqalan tədbiri keçirilib -- FOTOLAR

D46A8125.JPG

2022-ci ildə Azərbaycanın Gənclər paytaxtı elan olunan Tovuz şəhərində, ölkənin Gənclər və İdman Nazirliyinin hərtərəfli dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin yüksək səviyyədə təşkilatçılığı ilə, “Respublika Gənclər Debat Forumu, 2022”-nin final və bağlanış mərasimləri keçirilib.

D46A7999.JPG

Bu barədə, adıçəkilən qurumdan araz.az-a daxil olan məlumatda bildirilir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, rəsmi qonaqlar, Vətən  Müharibəsi qaziləri və debatçı gənclər iştirak ediblər.

D46A7948.JPG
        Məlumata görə, bu tədbirin açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova debatın gənclərin inkişafındakı rolu, debat vasitəsilə formalaşan intellektual mühit, burada qazanılan yeni bilik və bacarıqların gənclərin həyatındakı rolu və “Respublika Gənclər Debat Forumu, 2022” barədə ətraflı danışıb. Daha sonra, Forumun fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. “Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən və 12 bölgəni əhatə edən bu Debat Forumun finalına, Bakı və Şirvan şəhərlərinin gənclərindən ibarət komandalar vəsiqə qazanıblar.

D46A8074.JPG

      Məlumatda o da qeyd olunur ki, "Respublika Gənclər Debat Forumu, 2022" çərçivəsində, Bakı və 11 bölgə üzrə (Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Ağdam, Quba, İsmayıllı, Lənkəran, Şirvan, Sabirabad, Biləsuvar) debat təlimləri, mövzu ilə bağlı görüşlər və debat turnirləri təşkil olunub. Ümumiyyətlə, keçirilən 60-dan çox təlim, görüş və 180 saatdan çox debat oyunu tədbirləri 2000 nəfərdən çox gənci əhatə edib. Final mərhələsində isə, Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Debat Klubu) və Şirvan şəhərini təmsil edən “Megalodon” (Şirvan Debat Klubu) komandaları debat aparıblar. Tədbir hakimlərinin qərarlarına əsasən, Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” komandası qalib elan olunub. Debat Forumun ən yaxşı məşqçisi Nofəl Məmmədov, ən yaxşı hakimi isə, Elşən Tağıyev seçilib. Tədbirin sonunda qalib, finalçı komandalar, fərqlənən debatçı gənclər təltif olunublar.

D46A8284.JPG
       Məlumatın sonunda xüsusi olaraq o vurğulanır ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı”, ümumilikdə, Respublikanın 45 rayonunu və böyük şəhərlərini əhatə etməklə, paytaxt Bakı şəhəri və 13 region üzrə nümayəndəliyi, 60-dan çox debat klubu özündə birləşdirir. İndiyədək, "Milli Debat Proqramı" çərçivəsində həyata keçirilən layihə əsasında, tədbirlərdə 50.000 nəfərdən çox gənc iştirak edərək, özlərini maarifləndirə bilmişlər.

D46A8104.JPG

D46A8198.JPG

 

Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər