Rektorun başı dərddədir



Şəmsəddin Hacıyevin mandatı ləğv oluna bilər

Mərkəzi Seçki Komissiyasının noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələrini yekun qərar üçün Konstitusiya Məhkəməsində 125 deputatın mandatının təsdiqlənmək üçün göndərməsindən sonra ortaya çıxan məqamlar siyasi gündəmin əsas müzakirə mövzularından biridir.

Xüsusən yekun nəticənin Mərkəzi Seçki Komissiyasının qərarına uyğun sakit şəraitdə təsdiqlənəcəyi gözlənilsə də, sözügedən məhkəmənin sədri Fərhad Abdulayev işi noyabrın 29-a qədər təxirə saldı, üstəlik, bir dairədə baş verən saxtakarlıq halları ilə bağlı cinayət işinin açılmasını bəyan etdi. Bir sözlə, hadisələrin ilkin gedişi bir neçə dairədə seçkinin nəticələrinin ləğv edilməsini də gündəmə gətirib. Elə cinayət işinin açıldığı 89 sayı Göyçay -Ucar Seçki dairəsi üzrə deputat seçilmiş İqtisad universitetinin rektoru Şəmsəddin Hacıyevin, həmçinin 31 saylı Suraxanı seçki dairəsindən deputat seçilmiş Fərəc Quliyevin, 9 saylı Binəqədi ikincidən Rəfael Cəbrayılovun, 15 saylı Yasamal birinci seçki dairəsindən Etibar Hüseynovun və hətta kimsənin gözləmədiyi başqa mandat sahiblərinin də vəziyyətinin hələ də aydın olmaması ilə bağlı deyilənlər də belə düşünməyə əsas verir.

Vəziyyəti qəzetimizə şərh edən məlumatlı şəxsin sözlərinə görə, 89 sayı Göyçay -Ucar seçki dairəsi üzrə cinayət işinin açılması həmin dairədən yenidən deputat seçilmiş İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin mandatının ləğv edilməsi ehtimalını gücləndirib. Bu isə rektorun yaxın ətrafında “səksəkə” yaradıb: “Dəqiq məlumatıma görə, rektorun yaxın ətrafı Konstitusiya Məhkəməsinin 89 saylı dairə ilə bağlı cinayət işinin açılmasını elan etməsindən sonra Dövlət İqtisad Universitetində şəmsəddin Hacıyevin yaxın ətrafında şok yaşanır. Hətta onlar nəticələrin ləğvi ehtimalını yüksək saydıqlarını da gizlətmirlər. Bəziləri isə nəticənin ləğvinin Şəmsəddin Hacıyevin rektorluq karyerasının təhlükəyə düşəcəyindən də əndişələnirlər. Açığı, belə təhlükə rektoru gözləyirdə. Çünki parlamentə real müxalif qüvvələrin təmsilçilərinin düşməməsi və buna görə hakimiyyətə beynəlxalq qurumlardan basqıların artması, həmçinin Şəmsəddin Hacıyevin dairəsində seçki saxtakarlıqlarının təsdiqləyən video kadrların olması durumu gərginləşdirib. Onun üçün də Konsitutusiya Məhkəməsinin iki gündən sonra keçirəcyi son iclası çox böyük həstərlə gözlənilir. Əgər bir gün əvvəl MSK-nın ən ali məhkəməyə göndərdiyi nəticələrin olduğu kimi təsdiqlənəcəyi gözlənilirdisə, dünənki iclasdan sonra belə düşünənlərin sayı minimuma enib”.

Malik MİRZƏ

Əlaqəli xəbərlər