Nəsiminin yol polisi məhkəməyə çəkilib


Vətəndaş yol polisininvəzifəli şəxsinin barəsindətədbir görülməsini də tələb edir

Yol Polislərinin sürücülərə qarşı bəzən “Polis haqqında” təlimatlara və digər qannvericiliyə rəğmən haqsız davrandıqları haqda tez-tez xəbərlər verilir. Hətta belə neqativ hallarla paytaxt ərizələrində rastlaşmaq da mümkündür.
Düzdür, haqsızlığa və yol polisinin kobud davranışlarna məruz qalan sürücülərin böyük əksəriyyəti bunu adi sayır. Nəticədə isə bəzi harınlamış yol polisləri bundan ruhlanır və qaba, qanunsuz hərəkətlərini daha da qabarıqlaşdırır. Ancaq yol polisinin qanunsuzluqları ilə barışmayıb, hüquqi yollara əl atanlar da var. Belələrindən biri Akif Kərim oğlu Məmmədovdur. O, nəinki yol polisinin qanunsuz hərəkətlərinə digərləri kimi baş əyib, əksinə, belələrinə qarşı daha sərt tədbirlərin görülməsi üçün bütün mümkün vasitələrə əl atıb.

 Bu barədə qəzetimizə daxil olan məlumatda bildirilir ki, Akif Məmmədov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin barəsində tərtib etdiyi İnzibati xəta haqqında qərarların ləğv edilməsini tələb etməklə yanaşı, yol polisindən vurulmuş maddi və mənəvi təzminat da istəyir. Üstəlik, qanunsuzluğa və haqsızlığa yol verən yol polisi bölməsinin vəzifəli şəxslərinin cəzalandırılmasını da məhkəmədən xahiş edir : “Akif Məmmədov bu tələblərinin təmin edilməsi üçün əvvəlcə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, bu məhkəmə instansiyası onun iddiasısını Azərbaycan “reallıq”larından çıxış edərək, rədd edib. Akif Məmmədovsa apellyasiya şikayəti verib və hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Gündüz Quliyevin sədrliyində baxışa qəbul olunub”.

Müsahibimizin sözlərinə görə, bir neçə gün əvvəl hakim Gündüz Quliyev Akif Quliyevin “İnzibati xəta haqqında qərarların ləğv edilməsi, tətbiq olunmuş balların silinməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxs barəsində xüsusi qərardad çıxarılması”ndan bəhs edən şikayət ərizəsi üzrə proses təyin edibmiş: “Lakin mənim məlumatıma görə, hakim prosesi qarşıdakı həftəyə təxirə salıb”.

Məsələ ilə bağlı sözügedən yol polisindən əlavə məlumat almaq cəhdlərimiz alınmadı. Ancaq onları da dinləməyə hazırıq.

Anar MUSTAFA

Əlaqəli xəbərlər