Yol polisinin rüşvət aldığı iddia olunan yeni görüntülər yayılıb - VİDEO

dyp-cerime-yol-polisi-rusvet.jpg

Sosial şəbəkələrdə dövlət yol polisi əməkdaşının rüşvət aldığı iddia olunan video yayılıb.

Yeniavaz.com-un məlumatına görə, videonu çəkib yayan şəxs iddia edib ki, ağırtonnajlı yük avtomobilini saxlayan DYP əməkdaşı ondan “şirinlik” aldıqdan sonra cərimə yazmadan buraxıb. Kadrlardan belə görünür ki, videonu çəkən şəxsin avtomobili 99 YP 808 dövlət qeydiyyat nişanlı DYP avtomobilindən bir qədər arxada dayanıb çəkiliş apardığından yol polisləri onu görmürlər.
31 AC 257 dövlət qeydiyyat nişanlı yük avtomobilinin nə qədər “şirinlik” verdiyi isə videodan tam aydın olmur.
Videonun şimal-qərb rayonlarından birində çəkildiyi iddia olunur.

 

Əlaqəli xəbərlər