Baş redaktor Prezident İlham Əliyevə müraciət etdi - Mətn

 Prezident16092018

Hörmətli Cənab Prezident!

"Araz Media" adlı ictimai-siyasi qəzetin Baş redaktoru, eyni adlı xəbər portalının (arazmedia.az) Baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Himayəmdə yaşlı təqaüdçü müəllimə anam və 1-ci qrup Qarabağ əlili qardaşım var. Ailə üzvlərimizin hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Dövlətə, dövlətçiliyə, ən başlıcası isə Sizə sadiqik. Lakin müəyyən məmurlar ailəmizi Sizlərdən narazı, incik salmağa çalışırıar.

Baş redaktorun araz.az-a verdi xəbərdə deyilir ki, kirayədə yaşadığımız darısqal, cansıxıcı bir otaqlı "evdən" genişliyə çıxmaq istəyi, sözün əsl mənasında bizə baha başa gəldi. Elə qara günlərimiz də bu itəkdən başladı. Belə ki, min-bir əziyyətlə əldə etdiyimiz 7.330 manat pulu, bir neçə adamla sövdələşərək onlara verdik ki, onlar bizə Abşeron rayonunun Qobu kəndi ərazisində bir neçə sot torpaq satsınlar. Həmin adamların dələduz olduqlarını dörd-beş ay sonra, ortaya sənəd çıxara bilməyəndə başa düşdük. Həmin adamlardan torpağımıza sənəd istəyəndə "yox" çıxdılar və təstiq olundu ki, onlar həqiqətən məşhur dələduzlar imiş. Hətta onlardan birinin Poladov Ərəstun Məbud oğlunun barəsində, eyni əməllər törətdiyinə görə bir neçə istintaq orqanlarında cinayət işi var.

Nəhayət uzun müddətli, çoxsaylı şikayətimdən sonra həmin adamlara Yasamal Rayon Poıis İdarəsinin İstintaq şöbəsində dələduzluq maddəsi ilə cinayət işi açdılar. Açdılar...

Amma mənasız, gülünc oldu bu cinayət işi. Çünki, bu gün dələduz Ərəstun Poladov və onun şəriki Əliyoldaşov Məmmədhəşim çöldə sərbəst gəzir, bəlkə də hər gün onlarla mənim kimi vətəndaşları aldadırlar. Onlara isə bu "şəraiti" Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Şahin Quliyev yaradır. Təqsirləndirilənlərə zəng çatmamağına baxmayaraq, hansısa maraqlarına görə, Şahin Quliyev onların barəsində axtarış elan etmir. Halbuki, təqsirləndirilən şəxslərin daimi iş yerləri olmadıqda, istintaq aparan orqanın ərazisində daimi pasport qeydiyyatında olmadıqda, çöldə sərbəst gəzərək, hadisə şahidlərinə təzyiq göstərmək imkanları olduğuna və sairə bu kimi nüanslara görə, dərhal həbs edilməlidirlər.

Qeyd edim ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi Sizin cəzaların humanistləşdirilməsi barədə imzaladığınız sərəncamı başlarına "qalxan" edirlər. Onları "başa" salan yoxdur ki, Cənab Prezidentin bu humanist sərəncamı, ilk dəfə cinayət törədənlərə, bilməyərəkdən cinayətə alət olanlara və ən nəhayət cəmiyyətə ictimai təhlükə saçmayanlara aiddir. Ərəstun Poladov kimi, eyni əməllərlə, təkrar cinayət törətmiş, Bakının Nizami Rayon Polis İdarəsində və Şamaxı Rayon Polis Şöbəsində barəsində açıq cinayət işləri olan, axtarışda olan cinayətkara şamil oluna bilməz!

Bununla bağlı dəfələrlə daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova, Bakı Şəhər Prokuroruna, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və digər aid səlahiyyətlilərə müraciət etmişəm. Əfsuslar olsun ki, onlar da mənə qaranlıq qalan məqamlara görə, dələduzların həbsini təmin etməyiblər. Hətta 2018-ci ilin avqust ayında, məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun da qəbulunda olmuşam. Təəssüf...

Möhtərəm Cənab Prezident!

Siz hər bir Azərbaycanlının yaşamasının, həyatda qalmasının qarantısınız. Ola bilər ki, 7.330 manat kimlər üçünsə kiçik puldur. Lakin mənim kimi kasıb jurnalist ailəsi üçünsə bu çox böyük bir məbləğdir. Sizdən xahiş edirəm ki, həmin dələduzların tutularaq həqiqi istintaqın qarşısına çıxarılması üçün göstəriş verəsiniz. O tip ictimai təhlükə saçan insanların hər gün günahsız insanları aldatmalarına göz yummayacağınıza əminəm.

Dərin hörmət və ehtiramla jurnalist Fariz Quliyev.

Əlaqəli xəbərlər