Koronovirus ABŞ-ın maliyyələşdirdiyi Çin virusologiya laboratoriyasından yayılıb -"Daily Mail"in iddiası

koronaavirusKoronovirus bütün mənalarda dünyanı diz çökdürməyə davam edir. Nəzarətə götürülə bilinməyən yoluxma sayının artdığı bu günlərdə virusun qəti mənbəyini müəyyən etmək üçün aparılan müxtəlif araşdırmalar davam edir.

Avropa.info xəbər verir ki, İngiltərənin "Daily Mail" qəzeti bir neçə gün əvvəl pandemiyaya çevrilmiş infeksiyanın meydana çıxdığı yerdə bir laboratoriyanın mağarada yarasalar üzərində araşdırmalar apardığını yazmışdı.

Ortaya çıxan sənədlər Uhan Virusologiya İnstitutunun Yunnandan 1600 kilometr uşaqlıqda yerləşən mağaralarda tutulan məməlilər üzərində təcrübələr apardığını göstərirdi.

Üstəlik bu təcrübələrin ABŞ hökumətindən alınan 3,7 milyon dollarlıq qrantla maliyyələşdirildiyi ortaya çıxmışdı. Qəzetin keçən həftə ortaya çıxardığı bu sənədlərdən sonra rəsmilər epidemiyanın institutdan sızan virusdan yayılma ehtimalından qorxmağa başlayıblar.

CNN telekanalı ABŞ kəşfiyyatının Kovid-19 virusunun meydana gəldiyi Çinin Uhan şəhərində yarasalar üzərində tədqiqatlar aparan virusologiya laboratoriyasından yayılması iddialarını araşdırdığını iddia edir.

Xeyli vaxtdır konspirasiya nəzəriyyələrinin mövzusu olan bu iddia dünən "Washington Post" qəzetində çıxan bir xəbərlə yenidən gündəm mövzusu oldu.

Qəzet Uhan Virusologiya İnstitutu laboratoriyasına gedən iki səfirlik nümayəndəsinin laboratoriyaların təhlükəsizlik şərtlərinin qənaətbəxş olmaması və aparılan tədqiqatların SARS-a oxşar epidemiyanın başlamasına səbəb ola biləcəyi barəsində 2018-ci ilin yanvarında Dövlət Departamentinə xəbərdarlıq etdiyini yazır.

Amerikalı rəsmilərin ziyarəti bağlı xəbərin ABŞ-ın texnoloji və maliyyə yardımı ilə qurulan laboratoriyanın internet saytından keçən həftə çıxarıldığı bildirilir. Laboratoriya epidemiyanın ortaya çıxdığı bildirilən heyvanların satıldığı balıq bazarının bir neçə kilometrliyində yerləşir.

CNN-nin kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, amerikalı rəsmilərin bioloji silah kimi hazırlandığına inanmadığı, ancaq Kovid-19-un buradan qəza ilə yayıldığı, ya da burada işləyən bir şəxsin xəstəliyi başqalarına da yoluxdurma ehtimalını araşdırır.

ABŞ ordusu Baş Qərargahı rəisi ordu generalı Mark Milliyə iddialarla bağlı sual verilib. Milli "Kəşfiyyat bu iddiaları ciddi formada araşdırdı. Virusun təbii yollarla ortaya çıxmasına dair əhəmiyyətli dərəcədə sübut olmasına baxmayaraq, nəticə əldə olunmadı. Amma yenə də tam əmin olmalıyıq" deyib.

CNN virusun Uhandakı laboratoriyadan ortaya çıxması nəzəriyyəsinin Tramp tərəfdarları və Konqresdəki respublikaçılar tərəfindən gündəmdə saxlanıldığını iddia edir. CNN bu qrupların böhran zamanı tənqidlərin hədəfi olan Trampdan diqqəti uzaqlaşdırmağa çalışdıqlarını deyir.

Yüksəkvəzifəli hökumət mənbələri ölümcül virusun ilk dəfə Uhanda canlı heyvan bazarında insanlara bulaşmış olduğunu nəzərə alaraq, Çində laboratoriyada meydana gələn qəza nəticəsində yayılmış olması fikrini görməməzliyə vurur.

Təsdiqini tapmamış iddiaya görə, institutdakı elm adamları virus daşıyan qanın səhvən havaya püskürdülməsindən sonra infeksiyaya yoluxub, daha sonra yerli xalqa bulaşdıra bilərlər.

İndi isə "Daily Mail" qəzeti elmi işçilərin ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutu tərəfindən maliyyələşdirilərək sınaqlar apardığını ortaya çıxarıb.

ABŞ-ın verdiyi qrantlarla təcrübələr keçirmək səlahiyyəti verilən Uhan laboratoriyasının layihə çərçivəsində yarasalar üzərində təcrübələr apardığı məlum olub.

Tədqiqatın nəticələri 2017-ci ilin noyabrında "SARS ilə əlaqəli koronovirusların zəngin gen hovuzunun kəşfi, SARS koronovirusunun mənşəyi haqda yeni baxışlar təqdim edir" başlığı altında dərc olunub.

Tədqiqat işində deyilir: "Yunnandakı bir mağarada yaşayan yarasalar tutuldu və laboratoriya sınaqlarında istifadə olunan koronoviruslar üçün nümunə kimi seçildi. Bütün nümunəyə alma prosedurası Uhan Virusologiya İnstitutu Heyvan Etikası Komitəsinin təsdiqi ilə baytarlar tərəfindən həyata keçirildi.

2011-ci il aprel və 2015-ci il oktyabr tarixləri arasında Çinin Yunnan əyaləti Kimminq adlı mağarada vəhşi təbiətdən fərqli mövsümlərdə on dəfə yarasa nümunələri götürülüb. Yarasalar tələyə salındı və ifrazat nümunələri götürüldü"

2018-ci ilin aprelində dərc olunan başqa tədqiqat "yarasadan törəyən HKU2 ilə bağlı koronovirusun səbəb olduğu ölümcül kəskin donuz ishal sindromu" adlandırıldı və tədqiqatı bu formada açıqladı:

"Çindəki donuz fermalarında 2016-cı ildə yarasalardan yayılma koronovirus epidemiyasından sonra yarasalar bir mağarada tutulub və nümunə götürülüb".

Elm adamları virusu laboratoriya şəraitində böyütdülər və üç günlük donuz çoşqalarına inyeksiya etdilər. Xəstə çoşqalardan alınan bağırsaq nümunələri üyüdüldü və digər donuz çoşqalarına verildi.

Yüksəkvəzifəli şəxslər son kəşfiyyat məlumatları ilə yanaşı virusun heyvanlardan keçdiyi, yəni "zoonotik" olduğunu deməklə yanaşı Uham laboratoriyasından sızdıqdan sonra insanlara yoluxduğunu da nəzərdən qaçırmırlar.

Uhan Jinyinta xəstəxanasının həkimi Çao Binin keçən həftə verdiyi açıqlamadan sonra heyvan bazarı nəzəriyyəsinə şübhə ilə baxılmağa başlanıldı.

Açıqlamaya görə, infeksiya diaqnozu qoyulan ilk 41 xəstənin 13-nün bazarla hər hansı əlaqəsi olmadığı ortaya çıxmışdı.

"Dəniz məhsulları bazarının virusun tək mənbəyi olmadığı açıq görünür" - Doktor Bin deyib.

Çindəki ən müasir laboratoriya kimi tanınan 36 milyon dollar dəyərindəki Uhan Virusologiya İnstitutu pis şöhrətə malik vəhşi heyvan bazarından 16 kilometr uzaqlıqda yerləşir.

Əlaqəli xəbərlər